Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə44/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   40   41   42   43   44   45   46   47   ...   114

 Dr. Əhməd NİYAZOV 
130 
b) Bir hüquqi qurum sayılan mehir müəssisəsi, qadının və ərin boşanma 
haqqından istifadə  şərtlərinin fərqliliyinə  təsir etmiştir. Buna görə  ərin 
əleyhinə olan mükəlləfiyətlərin  külfəti (yükü) müqabilində, lehinə olan 
boşama haqqı ona nemətdir
86
.  
Bu fikri müdafiə edən üləma mehri bir boşanma təzminatı saydığı üçün 
kişi, mütləq məhkəmə yolu ilə boşanma haqqından istifadə etmək 
məcburiyyətində deyil. Ərin mehir ödəmə mükəlləfiyyəti vardır. Elə isə 
mehri ödəyərək boşaya bilər
87
.  
Bunun hüquqi dayanağı Cəfər-i Sadiqdən rəvayət edilən aşağıdaki xəbərdir: 
İmam, cima və talaq haqlarının özünə verilməsi  şərti ilə evliliyi qəbul edə 
biləcəyini söyləyən qadını nikahlayan bir kişi haqqında belə hökm verdi: 
– Bu təqdirdə sünnəyə müxalifət etmiş və haqqı əhli olmayan biri almış 
olar.  Mehrin ərin mükəlləfiyyətində olduğuna talaq və cimanın da onun 
əlində olacağına hökm verdikdən sonra,  “sünnə budur” dedi.
88
 
İslamın mənimsədiyi ailə sistəminde məlum olduğu kimi kişi, istər 
ailənin quruluş günlərində, istərsə də ailə boyu qadına nəzərən daha böyük 
əmək və güc sərf edir. Mehir və  nəfəqə olaraq xərclədikləri ilə yuvasının 
xoşbəxtliyini təmin etmə müqabilində bu haqqın ləyaqətini daşıyır. 
Həmçinin qadın, mehir tələb etmək haqqına sahib ikən kişi mehri ödəməklə 
məsuldur.
89
 Cafrə b. Məhəmmədin babasından onun da babasından, onun da 
dədəsindən (Rəsulullahdan) olduğunu dediyi: 
 “ اسنلاب  ةدعلا  و  لاجرلاب  قلاطلا
ء
 
 / Talaq kişiyə,  iddət isə qadına aitdir” 
rəvayəti
90
 bu mənada söylənmə ehtimalı var. Yəni talaq haqqı, qadının lehinə 
olub ərin əleyhinə olan bəzi haqlar müqabilində kişiyə tanınan hüquqdur. 
Təbatəbaiyə görə əslində bununla İslam, böyük bir məsuliyyəti qadından 
qaldırıb kişiyə yükləmişdir. Bu, ancaq İslamın diqqət və bütün təfərrüatı ilə 
                                                 
86
 Mutahhari, Murtaza, “Hüquqe Zen”, Endişe Vijee  Zən Dergisi, Sayı 15-16, Tehran tsz, s 
217-296;  Hamanei, Seyyid Məhəmməd,  Hüquqe Zən Mokayese-ye Hüquqe Beşeri və 
Medəni /Zen dər İslam və E’lamiye-ye Hüquqe Beşer, y.y, 1951, s 87; Mezahiri, e.a.ə, s 17. 
87
 Hatemi, Hüseyin, Ailə Hüququ, İstanbul 1993, s 206; A. mlf, Hüquq DerslerI, s 97. 
88
 Kuleyni, Kafi, V, 403; Qummi, əl-Fəqih, III, 56; Tusi, Təhzibu’l-Ahkam, VII, 319; Amili, 
Vəsailu’ş-Şia, XXI, 289/ XXII, 89; Nəvəvi, e.a.ə, XV, 311. 
89
 Zəncani, Hukuke Hanevade, s 27, Mutahhari, “Hukuke Zen”, Endişe Vijee  Der. s 217-296;  
Hatemi, Hüseyin, Qadın,  İstanbul 1995, s 45-46-106; Hamanei, Hukuke Zen, s 87; 
Mezahiri, e.a.ə, s 17; Savci, s 42. 
90
 Xorasani, Bişr b. Ganim, əl-Müdevvenetü’l-Kübra, Qum 1984, II, 52; Nəvəvi, e.a.ə, XIV, 
322. 


Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
131 
tədqiq edildiyi zaman bir problem meydana gətirmədiyi və ailə  və 
cəmiyyətin isalahının təmin edildiyi görülə bilər
91
.  
c) “Üsr və haracın nəfyi”  qaydası Quran və Sünnəyə istinad edən bir 
qaydadır ki, bu düstura əsasən artıq talaq, ərin məcburən istifadə edəcəyi haq 
ola bilər.  
Belə ki, əgər bir şəri hökm şəxsə  məşəqqət və  çətinlik doğuracaqsa o 
hökm ondan saqit olar. Məsələn, sudan istifadə zərər verəcəksə dəstəmaz və 
qüslün hökmü təyəmmüml dəyişər. Bu qayda təkcə ibadətlərlə  məhdud 
deyil. Digər məsələlər üçün  də  keçərlidir
92
.    
Bu səbəblə ailəni qurma və idarə etmə haqqı tanınan kişiyə, səbrinin 
tükəndiyi və ailə  həyatındakı  məsuliyyətlərini yerinə yetirə bilməyəcək 
vəziyyətə düşdüyü anda, adı keçən haqlardan vaz keçmə  səlahiyyətini 
vermək də İslamın ədalət anlayışındandır
93

Bu mövzuda İran  şah dövrünün qadın hüquqçularından Məryəm Savcı, 
fikrini aşağıdakı misalla izah etmişdir.  
“Necə ki, bir xəstəlik anında üzvün əməliyyatla kəsilməsi en son çarə 
olaraq düşünülən şeysə səbrin bitdiyi yerdə ərin talaq haqqından istifadəsi də 
belə olmalıdır. Çünki ayrılmazsa digər üzvləri də xarab edəcək”.
94
 
d) Talaqın kişiyə verilməsinin bir digər səbəbi-hikməti fitridir. Yəni ərin 
fitri-yaradılış duyğuları  və ictimai təcrübəsi səbəbi ilə boşama haqqı ona 
verilmişdir
95
.  
Xüsusilə  şah dövrü və sonrası  Cəfəri hüquqçularının izahlarına görə 
hakimiyyət, hər cəhətdən qadında zəifdir. Qadına haq tanınan ölkələrdə 
müraciətlərin çoxunun qadın tərəfindən olduğu göstərir ki, fitri-psixolojik 
səbəblə adı keçən haqqın qadına bilavasitə verilməməsində  İslam haqlıdır. 
Əksi olsaydı sui-istimal və ailələrin dağılması çox olardı. Bu incə hesablar 
qadının təbii ruhuna ters deyil. Kişiyə uyğun görülmesi ilə ona ağır yük 
yükləmişdir. Bəlkə  uşaqlarını düşünərək onlara qarşı mükəlləfiyyətlərini 
qurduğu isti yuvada davam etdirən kişi bu yolda çəkdiyi əziyyətləri min bir 
                                                 
91
 Tabatabai, İslam, s 57. 
92
 Mahabadi, Ali Rıza Fayda, Mevarede “’Osr və Herec” dər Hanevade, “Zene Ruz” Der. 
Tehran 2000, sayı 1744, s 53. 
93
 Iraki, e.a.ə,s 26-28; Mahabadi, e.a.ə, 54. 
94
 Savci, e.a.ə, 70 . 
95
 Iraki, e.a.ə ,s 13. 


 Dr. Əhməd NİYAZOV 
132 
çətinliklə də olsa pozmaq istəməyəcəkdir. Bu səbəblə kişi, dolanamayacağı 
qadın belə olsa onunla yaşamağa çalışacaq. İslam Müsəlmanları elə tərbiyə 
etmişdir ki, dindar heç bir kişi öz arzu və  həvəsinə görə necə gəldi, bu haqqı 
götür-qoy etmədən və ya ölçüb-biçmədən istifadə edib xanımını boşamaz, 
onun boşama haqqını bu cür istifadəsinə fitrəti icazə verməz.
96
  
Bu mövzuda Zəncaninin görüşü burada qeyd etməyə dəyər bir görüşdür. 
O, belə deyir: “Bu səbəblə qadın və kişi fitrətdən fərqli vəzifələrə  və 
məsuliyyətlərə sahibdirlər. Birinin işini o birinə yükləsən tam mənası ilə 
yerinə yetirə bilməz. Bunun üçündür ki, yerində deyilmişdir:  “Aslana 
qovmaq yaraşar, ceyrana qaçmaq”.”
97
 
“Nemət külfətə (yükə) görədir” prinsipi ilə mövzuya başlayan Məzahiri 
fitrət xüsusuna toxunub kişilərin qadınlardan üstün sayılmasını
98
 ailədəki 
məsuliyyət və vəzifə paylarındaki reallığa bağlayır. Ona görə, düşüncə və əqli 
işlər ərin, atıfi və mənəvi işlər qadının öhdəsinə verilmişdir. Ev idarəsi, arvadlıq 
və  uşaqların tərbiyyəsinin güclü bir mənəviyyata ehtiyacı vardır. Qadının 
yaradılış və fitrət əsasına yüklənmiş bu vəzifələr onun qüdrət və qabiliyyətinə də 
uyğundur. Halbuki kişilər fitrətləri səbəbilə bu vəzifələrin öhdəsindən gələ 
bilməzlər düşüncəsini müdafiə edərək  ərin də talaq haqqına bilavasitə sahib 
olmasını fitrətə bağlamışdır. O, Hüseyin Hateminin də bir televiziya çıxışıında 
dediyi “üzmə haqqı dovşanlar üçün deyil” misalındaki kimi bir fikir sərdedir
99
.   
Bu mövzuda digər bir aydınlaşdırma belədir. Bir grup alimə görə 
Quranda keçən:  “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, 
ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar 
törədən Rəbbinizdən qorxun!”
100
    ayəsinə görə Allah, Hz. Həvvanı Hz. 
Adəmdən yaratmışdır.  Əgər bunun bunun aksi olsaydı da Adəm Həvvadan 
yaradılmış olsaydı boşama səlahiyyəti (talaq) kişilərin deyil qadınların əlində 
olardı
101
.  Belə olunca bu səlahiyyət kişilərə verilmişdir. Çünki Allah, Adəmi 
                                                 
96
 Mutahhari, İslamda Kadın Hakları, s 266; Tabatabai, İslam, s 64; Iraki, e.a.ə, s  13; 
Hamanei, e.a.ə, 52-87. 
97
 Zəncani, Hukuke Hanevade, s  29. 
98
 Nisa 4/34. 
99
 Mezahiri, e.a.ə, s 17–19.  
100
 Nisa 4/1. 
101
 Qummi, Şeyx  Saduq İbn Babaveyh, ‘İləlu’ş-Şera’i’, Nşr: Məktəbətü’d-Davəri, Qum tsz, 
II, 471. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə