Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə49/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   45   46   47   48   49   50   51   52   ...   114

 Dr. Anar QAFAROV 
144 
“havada asılı adam” misallarında və yenə bu çərçivədə  mənlik  şüurunun 
təbiəti mövzusundakı izahları qeyd edilən sualların cavabı mahiyyətindədir. 
Belə ki, hər  şeydən  əvvəl bizim obyektlərə dair biliyimiz hiss etmə 
üzvlərimiz vasitəsi ilə meydana gəlir. Amma ruhun/nəfsin özünü idrak 
etməsi isə hər hansı bir vasitəyə ehtiyac olmadan meydana gəlir. Qısacası bir 
hiss etmə orqanı, ruh ilə ruhun zatı (yəni özü) arasında vasitə ola bilməz. 
Ruhun özünü idrak etməsi məsələsini daha bariz bir şəkildə ifadə edə bilmək 
üçün Tusi, filosofların idrak edən (yəni ağıl) , idrak edilən (yəni ağlın idrak 
etdiyi şey) və idrakın (yəni bilginin) bir olduğu fikrini qeyd edər.
22
 Tusinin 
qeyd etdiyi bu fikri İbn Sinanın bu mövzudaki düşüncələri işığında belə izah 
edə bilərik: İnsan ruhu öz varlığının şüurunda olduğu halda bilən (yəni âkil) 
ilə bilinən (mâkul) arasında bir vasitə olmadığı üçün bu çərçivədəki məlumat 
ən doğru və ən qəti bir məlumatdır. Mənlik şüuru əldə edilməsi cəhətindən 
“müşâhidə” yoluyla qazanılan moduslar qurupuna, qətilik və doğruluq 
cəhətindən isə  qəti bilgini ifadə edən moduslar qurupuna daxildir. Bu 
cəhətdən mənlik şüuru insan ruhunun və ya nəfsinin biləcəyi ən qəti və ən 
doğru bilgidir. Bu növ bilgidə  hər hansı bir vasitə olmadığı üçün insan 
ruhu/nəfsi özünü təsəvvür etdiyi an təsdiq meydana gəlir.
23
 Buna əsasən 
mənlik  şüurunun təbiəti etibariylə bizim xarici aləmdəki maddəyə bağlı 
varlıqlar haqqındakı bilgimizdən fərqli olduğunu söyləyə bilərik. Çünki, 
maddi varlıqlar bir vasitəyə (yəni hiss etmə orqanlarımıza) bağlı olaraq 
bilinirlər. Belə bir vəziyyətdə isə onlar haqqında tam olaraq təsəvvür və 
məlumat  əldə etmək Konəvînin də qeyd etdiyi kimi imkansız ola bilər. 
Amma insan ruhunun və ya nəfsinin özünə aid təsəvvür və  məlumatı 
vasitəsiz bir şəkildə meydana gəldiyi üçün –ki, bunu Tusi də xüsusən qeyd 
edir
24
– burada onun varlığı haqqındakı bilgisi də İbn Sinanın söylədiyi kimi 
qəti və doğru bir məlumat olur. Xülasə, “mən” deyilən varlıq ruh və ya nəfs 
olub, bədən və ya bədənin hər hansı bir aksidensiyası deyil. Əgər “mən” 
deyilən varlıq bədən ya da bədənin aksidensiyası olsaydı bədəndən bir şeylər 
əksildiyi an öz varlığımızın var olan bir şey olaraq şuurunda ola bilməzdik. 
                                                 
22
 Bax. Tusi, Əxlaq-i Nasiri, s. 53-54.  
23
  İbn Sina, Kitabu’l-Mubahasat, (Aristû ində’l-Arab, içində), haz. Abdurrahman Bədəvî 
Qahirə, 1947, s. 133 [51]; Ali Durusoyİbn Sînâ Felsefesinde İnsan ve Âlemdeki Yeri, s. 48-
49. 
24
 Tusi, Əxlaq-i Nasiri, s. 53-54.  


Nəsirəddin Tusinin fəlsəfəsində varlıq və mahiyyət cəhətindən ruh / nəfs nəzəriyyəsi 
145 
Əl, ayaq və ya hər hansı bir üzvümün varlığını bilməsəm belə şübhəsiz mən 
yenə  mənəm. Onlardan birinin olmaması  mənim mənliyimi  əksiltməz və 
mənliyimin varlığını ortadan qaldırmaz. Bu üzvlər insana tabe olan şeylərdir. 
Qısacası onlar olmasalar da mən, yenə də “mənlik”  şüuruna sahib olardım. 
Buradaki “mən” ilə “hiss etdim, idrak etdim və etdim” fellərinin sonundakı 
“im”  şəkilçisi ilə müəyyənləşən subyekt olan “mən” nəzərdə tutulur. Yəni 
fiziki varlığımız deyil.
25
         
İbn Sinanın “insan nəfsi nə vaxt öz varlığını təsəvvür edərsə o an təsdiq 
meydana gəlir.” şəklindəki fikri, nəfsin özünü idrak etmədə mahiyyətinə aid 
təsəvvürü əldə edib etməyəcəyi mövzusunda da müəyyən qədər şərhedici bir 
keyfiyyət daşıyır. Belə ki, İbn Sinaya görə insan ruhu və ya nəfsi özünü 
bildiyi an özünə aid həqiqəti də bilər. Digər mümkün varlıqları yəni maaddi 
varlıqların bilinməsi prosedurunda onların mahiyyətləri varlıqlarından 
zehnimizdə ayrıldığı halda nəfsin bilinməsi məsələsində belə bir 
prosedurdan bəhs edə bilmərik. Bunu analoji olaraq belə izah edə bilərik: 
Nəfs və ya ruh özünü idrak etdiyi an onun varlığı ilə mahiyyətini bir birindən 
ayırmaq maddi varlıqların varlığı ilə mahiyyətlərinin zehin xaricində 
ayrılmasının imkansızlığı kimi
26
 imkansızdır.
27
 Bu halda nəfsin özünü dərk 
etmədə onun varlığına bağlı  təsəvvürü ilə mahiyyətinə bağlı  təsəvvürü bir 
dəfədə meydana gəlir. Beləcə əldə edilən bilgi, nəfsin və ya ruhun varlığıyla 
birlikdə mahiyyətinin də bilgisidir. Nəfsin bilinməsində onun üçün mövcud 
olan bu vəziyyət, bizi “nəfsin varlığı ilə mahiyyətinin eyni olduğu və ya nəfs 
üçün bir varlıq-mahiyyət ayrımından bəhs edilə bilinməyəcəyi”
28
 kimi xətalı 
bir nəticəyə götürməməlidir. Çünki, varlıq-mahiyyət ayrımının –bunu 
ontoloji bir problem halına gətirib ilk ortaya qoyan– Fərabidən (v. 
339/950)
29
 etibarən həm  İbn Sina
30
  həm də onun yolunu davam etdirən 
Nəsirəddin Tusinin fəlsəfi sistemində yalnız “varlıq” xaricində bir həqiqəti 
                                                 
25
  İbn Sina, əş-Şifa, [ət-Tabiiyyat,  ən-Nəfs], s. 225-227; e.mlf., Kitabu’l-Mubahasat, s. 207 
[370], 210 [380-381]; Ali Durusoy, İbn Sînâ Felsefesinde İnsan ve Âlemdeki Yeri, s. 44-45.  
26
 Hüseyin Atay, İbn Sînâ’da Varlık Nazariyesi, Ankara, Gelişim Matbaası, 1983, s. 80. 
27
 Bkz. Alî Durusoy, İbn Sînâ Felsefesinde İnsan ve Âlemdeki Yeri, s. 49 
28
 Bax. Ali Durusoy, e.ə., s. 49 
29
 Farabi, ət-Ta‘lîkat, thq. Cafər Al-i Yasin, Beyrut, Daru'l-Mənahil, 1408/1988, s. 41-42; 
Azim Hamzaiyan, “Xacə Nasir dər miyan-i mutəkəlliman və  fəyləsufan”,  Kəyhan-i 
Əndişə,Tehran, 1374 hş., S. 62, s. 62. Hüseyin Atay, İbn Sînâ’da Varlık Nazariyesi, s. 74, 
83. 
30
 Ali Durusoy, “İbn Sînâ” DİA, İstanbul, 1999, c. 20, s. 326.  


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə