Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə27/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   23   24   25   26   27   28   29   30   ...   114

 i.e.n. Qoşqar SƏLİMLİ 
82 
deyildir. Bu aman onlara və onlarla bərabər yaşayanlara verilir. Onlar da, 
İslam ordusundan olan bir müsəlmanı bir gün bir gecə saxlamalı və ona yol 
göstərməlidirlər. Ordaya girən adamdan o ilin vergisi alınmayacaqdır. Kim 
ölkə daxilində qalarsa, ölkəsini tərk etməyən şəxslərə verilən hüquqlar ona 
da veriləcəkdir. Vətənini tərk etmək istəyənlərə, özlərinə  sığınacaq yer 
tapmalarına qədər aman verilir. 
Bunu Cünadib yazmışdır. Bukeyr İbn Abdullah və Simak İbn Həraşi əl-
Ənsari şahid olmuşdurlar. Hicri 18-ci il.”
19
 
Bu müqavilə ilə bərabər hicri 21-də Muğan, 22-də Şirvan, 25-də Təbriz, 
Talış  və Arran idarəçiləri ilə  xəlifənin yerli təmsilçiləri arasında sülh 
müqavilələri imzalandı.
20
 
Azərbaycan üçün ən vacib tarix olan h. 22/ m. 642-43 illər, əsasən Hz. 
Ömərin xilafətinin də son zamanlarıdır. Bu tarix eyni zamanda, davam edən 
İslam fəthlərinin zirvəyə çatdığı bir dövrdür. Suriya, Fələstin və 
Mesopotamiyadakı fəthlər qurtarmış, İran, Media, Ponta qədər olan ərazilər 
müsəlmanların əlinə keçmişdi.
21
 
Müsləlmanlar tərəfindən “Fərhul futuh=Fəthlər fəthi” olaraq bilinən 
Nəhavənd zəfəri, Azərbaycandakı ikinci fəth fəaliyyətlərinin hərəkət 
nöqtəsidir. Kisra III. Yezdigerdi şəhər  şəhər qaçmağa məcbur edən 
Nəhavənd müharibəsi
22
, eyni zamanda Xəzər sahilini və Azərbaycan yolunu 
da qalıcı bir mahiyyətdə müsəlmanlara açmışdı. Çünki Xəzər sahilinə açılan 
bir qapı olan Zaqros keçidləri, artıq müsəlmanların  əlinə keçmişdi. Böyük 
bir düşman ordusuna qarşı olan bu döyüşdə, daxilində Azərbaycan fəthində 
iştirak edəcək Hüzeyfə  İbn  əl-Yaman,  Əşas  İbn Qeyslə  bərabər, Abdullah 
İbn Ömər, Cərir  İbn Abdullah və Amr İbn Madikərib kimi səhabələrin 
olmaları da Azərbaycan tarixi baxımından əhəmiyyət kəsb etməkdədir. 
Ehtişamlı bir orduyla Ərdəbilə  gələn Hüzeyfə  İbn  əl-Yaman, burada 
Sasanilərin Azərbaycan mərzubanıyla qarşılaşdı. Müasir dövrümüzdə  də 
İranın  şimal-qərbinin  ən böyük mərkəzlərindən biri olan Ərdəbil, o dövrdə 
                                                 
19
 Təbəri, a. k. ə., I, s. 2660. 
20
  əl-Haydarabadi, Muhəmməd, Məcmuatul vəsaiqis siyasiyyə lil ahdin nəbəvi vəl xüləfair 
raşidə, Qahirə, 1956, ss. 326; 329. 
21
 əd-Diyarbəkri, Hüseyn İbn Muhəmməd, Tarixul Xamis fi əhvali ənfusi nəfis, Misir, 1283, s. 
242. 
22
 Səalibi, a. k. ə., s. 742. 


Hz. Ömər Dövründə Azərbaycan 
83 
Azərbaycanın  əsas  şəhəri idi. Azərbaycanın mərzubanı burada idi. Bu 
baxımdan  Ərdəbil, h. 22/ m. 642-43 tarixli Azərbaycan fəthlərində,  İslam 
orduları  tərəfindən ilk hədəf olaraq seçilmiş  və bütün diqqətlər ona 
istiqamətlənmişdi.
23
 Bu dönəmdə,  Ərdəbilin qərbində olan Savalan 
dağlarında da çox sayıda insan yaşaşyırdı. Huzeyfənin başçılığındakı 
ordunun hərbi müvəffəqiyyətlərinin nəticəsində Azərbaycanın bir hissəsinin 
İslam torpaqlarına birləşdirilməsi ilə müsəlmanların bu regiondakı birinci 
idarəetmə  mərkəzi  Ərdəbil  şəhəri oldu. Cənubda olan Marağa  şəhəri isə 
İslam ordularının qərargahı olaraq seçilmişdi. Səhənd dağlarının cənub 
ətəklərində olan Marağanın da h. 22/ 642-43-də  fəth edildiyi 
bilinməkdədir.
24
 Siyasi idarə və hərbi mərkəzlər müəyyən edildikdən sonra, 
Azərbaycan xəlifə tərəfindən təyin edilən valilər tərəfindən idarə olunmağa 
başladı. Huzeyfə İbn əl-Yaman isə bu ölkənin ilk valisi oldu. Azərbaycanın 
fəth edilməsi vəzifəsinin, Hz. Peyğəmbərə yaxın olan səhabələrdən biri olan 
Huzeyfəyə verilməsi, bu ölkənin o dövrdəki  əhəmiyyətini açıq bir şəkildə 
ortaya qoymaqdadır.
25
 
Bu dövrdə Hz. Ömərin geyim və yeməklər xüsusunda Huzeyfə  İbn  əl-
Yamana yazdığı məktub, Azərbaycan xalqının o zamanlardakı adət-ənənələri 
haqqında məlumat daşımaqdadır: “Sizlər, yeməklərini (haramla) qarışdıran, 
geyimlərini ölmüş heyvanların dərilərindən düzəldən bir ölkənin insanları 
arasındasınız. Kəsilməmiş heyvanların  ətini yeməyin, aşılanmamış 
dərilərdən (xüsusilə  də  vəhşi uzunqulaqların) istifadə etməyin.”  Xəlifə 
Azərbaycandakı belə bir tətbiqatın var olduğundan xəbərdar idi. Utbə  İbn 
Fərkad dəridən düzəldilmiş bir boxça içində Hz. Ömərə bu regiona məxsus 
olan bir halva göndərmişdi. Halvanın dadına baxan xəlifə:  “Bu köçərilərin 
yeməyidir. Qarınlarını onunla doyururlar” demiş  və Utbəyə bunları 
yazmışdı:  “Bu göndərdiyin nə  sənin, nə anan və  nə  də atanın bişirdiyi, 
istifadə etdiyi bir şeydir. Sən öz yükündə olandan, müsəlmanlar da 
yanlarında daşıdıqlarından qarınlarını doyursunlar...”
26
 
                                                 
23
 V. Minorskiy, Tarixi Təbriz, (Farsca tərcümə: Abduləli Karinq), Təbriz, 1337, s. 9. 
24
 əl-Kalkaşəndi, Əbul Abbas Əhməd İbn Əli, Subhul əşa fi sinaətil inşa (nəşr: M. Hüseyin 
Şəlsuddin), Qahirə, 1913, I-XIV, IV, s. 356. 
25
 İbn Habib, Muhəmməd, Kitabul muxabbar, Beyrut, Darul afaqil cədidə, tarixsiz, s. 73; 467. 
26
 İbn Hubeyş, a. k. ə., II, s. 368. 


 i.e.n. Qoşqar SƏLİMLİ 
84 
B. Hz. Ömər dövründəki ikinci fəth hərəkatları 
Müsəlmanların Azərbaycanın şimalında ələ keçirdiklıri ilk yer, əsrlərdən 
bəri regionda stratejik əhəmiyyət daşıyan Dərbənd  şəhəri idi. Çünki Roma 
İmperatoru Markianos, Makedoniyalı  İskəndər,  İsfəndiyar  İbn Quştasb, I. 
Yezdigerd və I. Qubad tərəfindən qurulduğu iddia edilən Dərbənd qədim 
dövrlərdən etibarən Xəzər hövzəsinə, Şirvana, Azərbaycana və İrana hücum 
edən ordulara keçid olmuşdur.
27
 Bu şəhərin fəth edilməsi Suraqa İbn Amra 
tapşırılmışdı. Suraqa Azərbaycana gələrək Dərbəndi h. 22/m. 642-43-cü ildə 
fəth etdi.
28
 
Dərbəndin fəthi  İslam dininin geniş sahələrə  və muxtəlif toplumlar 
arasında yayılmasına  şərait yaratdı. Çünki bura, stratejik bir mövqedə 
yerləşirdi. Bu baxımdan Dərbənd, müsəlmanlar tərəfindən fəth edildikdən 
sonra şimal-şərqdəki düşmanlara və Xəzərlərə qarşı hərbi baza kimi istifadə 
olunmağa başladı. Artıq İslam orduları  şimala, şərqə rahat bir şəkildə gedə 
biləcək, buradan Türküstan, Orta Asiya, Şimali Qafqaz və hətta Sibirə qədər 
hərbi yürüşlər təşkil edəcəkdilər.
29
 
Azərbaycan fəthində aktiv şəkildə iştirak edən Suraqa İbn Amr h. 22/m. 
642-43-cü ildə vəfat etdi. Xəlifə Ömər, Suraqanın yerinə Abdurrahman İbn 
Rəbiəni Dərbənd komandanlığına təyin edərək, ona buranı müdafiə etmə və 
Xəzərlərlə vuruşma tapşırığını verdi. Muğanı  fəth edən ordunun sərkərdəsi 
Bukeyr İbn Abdullah, Xəzər dənizinin sahili ilə şimala yönəldi və Dərbəndə 
(Babul Əbvab) çatdı. O öz suvariləri ilə əl-Bəyza şəhərini fəth etdi. Ancaq 
Balancər şəhəri yaxınlığındakı Xəzərlər müsəlmanlara qarşı hücuma keçərək 
onları  məğlub etdi. Abdurrahman bu vuruşmada  şəhid oldu. Beləliklə, bu 
vuruşmadan sonra Xəzərlərlə müsəlmanlar arasındakı  hərbi mübarizələr 
başlamış oldu.
30
  
Bununla  İslam ordularının Dərbənddən  şimala doğru olan birinci hərbi 
hərəkat başa çatdı. Burada bir məsələni də qeyd etmək lazımdır ki, 
Azərbaycan bu dövrdə  hələ  də  Xəzər axınlarından xilas olmamışdı. Bu 
                                                 
27
 Səid Nəfisi, Tarix-i temeddüni İran-i Sasani, I-II, Tehran, 1331, I, ss. 89; 144-145.  
28
 Numan İbn Muhəmməd, Kitabu madənil cevahir bi tarixil Basra vəl Cəzair, (nəşr: M. 
Hamidullah), İslamabad, 1973, s. 23. 
29
 V. Minorskiy, A History of Sharvan and Darband, Cambridge, 1958, s. 18. 
30
 İbnul Əsir, İzzuddin Əli İbn Muhəmməd, əl-Kamil fit tərix, I-XII, Leyden, 1876, III, s. 22. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə