Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə24/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi problemlər və həlli yolları 
71 
bilər. Bağdadi,  İsfərayini,  Şəhristani adı keçən hədisə bağlı qalmaq üçün 
məzhəblərin sayını 73-də dondurmuşlar. Bəzi alimlər isə bu hədis haqqında 
heç nə demədən bu hədisi görməzdən gəlir. Bu alimlərə Əşəri və Fəxrəddin 
ər-Razi misal verilə bilər. İbn Hazm isə bu hədisin isnad baxımından səhih 
olmadığını bildirir. Bir qrup alim isə bu sayın dəqiq bir saydan ziyadə çoxluq 
bildirdiyi fikrini daha məqbul hesab edir. Qurani-Kərimdən də bu sayın (7) 
bəzən dəqiq rəqəmdən ziyadə çoxluq bildirməsi ilə  əlaqəli dəlillər gətirilir. 
(Haqqə 69/32, Talaq 65/12) 
Bunu ifadə etmək lazımdır ki, ilk dövrə aid əsərlər günümüzə çatmadığı 
üçün hicri III, IV və daha sonrakı  əsrlərdə yazılmış  əsərlərə müraciət etmə 
məcburiyyəti çıxır. Bu isə  Əşərinin də qeyd kimi, insanı yanılda bilən bir 
yoldur. Lakin bu əsərlərin mənbəşünaslıq baxımından dəyərini qətiyyən 
azaltmaq olmaz. Məzhəblər tarixi sahəsində yazılmış  əsərlərlə yanaşı ilk 
dövrdə  və ya o dövrə yaxın dövrdə yazılmış tarix, coğrafiya, tabaqat, 
ədəbiyyat, ənsab mənbələrində  olan məlumatları da qarşılaşdırmaq düzgün 
bir nəticəyə varmağa kömək edə bilər. Daha əvvəl qeyd etdiyimiz kimi 
məzhəb, bəzi siyasi, ictimai, iqtisadi və digər hadisələrin təsirinin məzhəb 
qurucusu sayılan insan ilə ona tabe olan insanlar üzərindəki fikri, dini və 
siyasi təzahürüdür. Buna görə ilk olaraq məzhəblərin ortaya çıxdığı mühitin 
düşüncə  qəlibləri kimi tədqiqi zəruridir. Bunun üçün hər hansı bir məzhəb 
haqqında məlumat əldə etmək üçün o məzhəbin ortaya çıxdığı siyasi, sosial-
ictimai, iqtisadi və elmi mühit haqqında məlumat  əldə etmək lazımdır. 
Ümumiyyətlə  əvvəlki din və  mədəniyyətlərin məzhəbin fikirlərinə  təsiri 
faktları çoxdur. Məsələn  Ələviliyin fikirlərinə qədim türk adət-ənənələrinin 
təsiri danılmazdır və ya İxvani-səfa vasitəsiylə yeni Əflatunçuluğun 
Dürziliyin fikirlərinə təsir etdiyini söyləmək mümkündür. 
Bu sahənin metod baxımından digər problemlərinə  gəlincə ilk olaraq 
adlandırma problemindən bəhs etmək yerinə düşər.
7
  Məzhəb və dini 
cərəyanların adlarının nə  mənaya gəldiyi, kimlər tərəfindən və hansı 
məqsədlə istifadə edildiyi məsələsi önəm daşıyır. Burada bir məzhəbin hansı 
adla adlandığı, bu adla nəyin nəzərdə tutulduğu, bu adın verilmə  səbəbləri, 
özləri yoxsa müxalifləri tərəfindən verildiyi kimi suallar təhlil edilir. 
                                                 
7
 http://www.sonmezkutlu.com 


 i.e.n. Adilə TAHİROVA  
72 
Məsələn Vəhhabilik adından bəhs edərkən bu adın digərləri tərəfindən 
verildiyi, özlərinin isə bu adı qəbul etmədiklərini qeyd etmək lazımdır. 
Hər hansı bir məzhəbi tədqiq edərkən ortaya çıxma səbəblərinə yer 
vermək zəruridir. Məzhəblərin ortaya çıxdığı siyasi, ictimai, dini, tarixi və 
mədəni səbəblərindən təcrid edilərək anlaşılması mümkün deyil. Eyni 
zamanda qədim mədəniyyət və dini-fəlsəfi  ənənələrə  qədər uzanan 
təşəkküldən əvvəlki şərt və səbəblər də önəmlidir. 
Hər bir məzhəbin təşəkkül prosesi əhəmiyyət daşıyır.  Heç bir dini 
hərəkat bir anda ortaya çıxmır və müxtəlif mərhələlərdən keçir. Bu dövr 
düzgün təsbit edilməlidir. Hər bir məzhəb özünü həzrət Peyğəmbər dövrünə 
qədər çatdırmağa səy göstərdiyi üçün daha obyektiv mənbələr və tarixi 
faktlar əsasında qərar verilməlidir. 
Bir məzhəbin ortaya çıxdığı yer haqqında məlumat vermək də gərəklidir. 
Çünki coğrafi şərtlər də məzhəbin mədəni və ictimai arxa planını anlamaqda 
rol oynayır. Məzhəbin ilk nümayəndələrinin də bir məzhəbin formalaşması 
və fikirlərinin sistemləşdirilməsində önəmli bir yeri vardır. Buna görə 
onların aldığı təhsil, müəllim-tələbə münasibətləri, səyahətləri, ümumiyyətlə 
həyat və elmi şəxsiyyətləri haqqında düzgün məlumat əldə etməyə çalışmaq 
lazımdır.  
Bir məzhəbi digərindən ayıran  ən  əsas cəhət fikir və  məfhumlarıdır. 
Çünki hər bir məzhəbin özünəməxsus etiqadi fikirləri və  əqidə sistemi 
vardır. Bu məlumatları da əsasən tədqiq edilən məzhəbin mənbələri və 
alimlərindən öyrənmək daha obyektiv nəticələrə varmağa kömək edər. 
Məzhəblər haqqında doğru məlumat  əldə etmək üçün hər məzhəbin 
ədəbiyyatına müraciət etmək gərəklidir. Birinci əl mənbələrinə, yoxdursa 
ikinci əl mənbələrinə baxmaq lazımdır. Burada onlar haqqında məlumat olan 
hər cür sənəd, arxeoloji məlumatlar və numizmatika daxil hər növ ədəbiyyat 
və material nəzərdə tutulur. Məsələn Orta Asyada arxeolojik qazıntı 
nəticəsində Muğanna və Xaricilərin Həmziyyə qrupu tərəfindən basılan 
pulların tapılması yeni faktlar ortaya çıxarmışdır. 
Eyni zamanda məzhəblərin ilk dövründə  və günümüzdə yayıldığı 
bölgələr, digər məzhəblərlə münasibətləri, apardıqları münazirələr, məzhəbin 
hal-hazırdakı  vəziyyəti və  İslam düşüncəsinə verdiyi töhfələr, müsbət və 
mənfi təsir də tədqiq edilməlidir. Məzhəblər tarixçiləri və ümumiyyətlə hər 


İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi problemlər və həlli yolları 
73 
hansı bir məzhəb haqqında məlumat əldə etmək istəyən tədqiqatçılar qısaca 
ifadə edilən bu məsələləri də gözardı etməməlidir. 
Qarşılaşılan problemləri həll etmək üçün nələr edilməlidir sualına 
gəlincə, mənbələrə tənqidi baxışla yanaşmaq vacibdir. Verilən məlumatların 
tarixi faktlara uyğun olub olmadığı, rəddiyyə və ya tənqid məqsədilə yazılıb 
yazılmadığı araşdırılmalıdır. Əslində məzhəblər tarixi sahəsində əsər yazar-
kən deskriptiv metoda uyaraq məzhəbin tarixçə  və fikirləri dəyərləndirilib 
tənqid edilmədən olduğu kimi təsvir edilməlidir. Məzhəblərin əsas termin və 
fikirlərinin tarixini araşdırmaq da zəruridir. Məzhəbin qurulması  və  təşək-
külü baxımından önəmli rol oynayan şəxslər daha diqqətli şəkildə müxtəlif 
mənbələrdən araşdırılmalıdır. Tərəfsizlik və  məzhəblərüstü münasibət bu 
sahədə  zəruridir. Məzhəblər tarixi sahəsində yazılmış ilk dövr və ya ona 
yaxın dövrlərin mənbələri və sonrakı dövrlərdə yazılmış  əsərlər tədqiq 
edildikdən sonra məzhəbin yaranma dövrünə yaxın dövrlərdə yazılmış digər 
mənbələr (kəlam, coğrafiya, ənsab, tabaqat, tarix kitabları, mənaqıbnamələr 
və s.) Bundan başqa lazım gələrsə digər sahələrin məlumat və metodundan 
və müasir tədqiqatlardan istifadə edilməlidir. Din sosiologiyası, psixolo-
giyası, antropologiya, tarix, dinlər tarixi və digər sahələrin verdiyi məlumat-
lar da obyektiv tədqiqat üçün gərəklidir. 
Ümumiyyətlə  mənbələrdə  hər hansı bir məzhəb haqqında məlumat 
verərkən onun İslam məzhəbi olub olmadığı haqqında da fikir bildirilmişdir. 
Buna görə  İslami olub olmamanın bir ölçü və kriteriyası müəyyən 
edilməlidir ki, yanlış  nəticələr  əldə edilməsin. Bu kimi kriteriyaları  təyin 
etmədə  Qəzzalinin metodu diqqətə layiqdir. Belə ki, o firqeyi-naciyədən 
(qurtuluşa çatmış firqə) olmanın yolunu 3 əsasa (uluhiyyət, nübüvvət və 
axirət) inanmaqda, açıq və təvilə ehtimalı olmayan ayələrə istinad etməkdə
bu prinsiplərə iman etmə haqqında ittifaqın (icmanın) olmasında görür.
8
 
İcma, bir məsələnin zərurati-diniyyə sayılması üçün şərt qoyulur. Zat-sifət 
münasibəti,  şəfaətin olub olmaması,  əzab və nemətin  əbədi olub olmaması 
kimi məsələlər mahiyyətə aid olmayıb İslamdan çıxarma üçün səbəb deyil.  
                                                 
8
 Bu mövzuya keçən məqaləmizdə toxunmuşduq. Bax. Klassik İslam düşüncəsində  təkfir// 
BDU-nun İlahiyyat fakultəsinin «Elmi məcmuəsi» № 11, Bakı: Nurlar, 2009 (aprel), s. 121-
134. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə