Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə22/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   18   19   20   21   22   23   24   25   ...   114

Şifahi ərəb ədəbiyyatinda İslamaqədərki nəsr nümunələrinin izi ilə... 
65 
 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT: 
 
1.
 
Ханна ал-Фахури. «История арабской литературы» 
2.
 
Said Avad Bavazir, Məlimu tarixi-l-Cəzaratil-arabiyyati”. 
3.
 
Ali Muhammədil-Cumbulati, Abdul-Azizi-s-Seyyidi-l Misri
Muhammad İbrahim Nasr, əl-"Ədəbu ba-n-Nususu, 1981, 1982. 
 
 
 


 V.VƏLİYEV 
66 
 
 
СЛЕДАМИ ДОИСЛАМСКИХ ПРИМЕРОВ ПРОЗЫ 
В УСТНОЙ АРАБСКОЙ ЛИТЕРАТУРЕ 
 
РЕЗЮМЕ 
 
В статье  рассматривается доисламские  примеры  прозы  в  устной 
арабской  литературе    в    книге    Ханны  ал-Фарухи    «История  арабской 
литературы».  Особенность  статьи  является  в  указании  историчности, 
дипломатии  и  искусстве ораторства двух  великих арабов, прадеда и 
деда  Пророка  Мухаммеда - Хашима ибн Абду Манафа и Абдул Му-
таллиба ибн  Хашима. 
 
 
 
 
BY THE TRACES OF PRE-ISLAMIC EXAMPLES OF PROSE IN 
ORAL ARABIC LITERATURE 
 
RESUME 
 
The  pre-Islamic  examples of  prose  in  oral  Arabic  literature  in the 
book  “ The history of  Arabic  literature ”  by  Hanna al-Farukhi  are viewed 
in the article. The peculiarity  of  the  article  is  in display of  historicity
diplomacy  and  eristic  of  two  great   Arabs,  Prophet  Mohammed’s  great  
grandfather  Hashim  bin  Abdu Manaf  and  grandfather Abdul Mutallib bin  
Hashim.  
 
 
 
 
 


İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi problemlər və həlli yolları 
67 
 
 
İSLAM MƏZHƏBLƏRİ TARİXİ SAHƏSİNDƏ MƏNBƏ VƏ 
METODLA BAĞLI BƏZİ PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI 
 
i.e.n. Adilə TAHİROVA* 
 
 
Mövzu ilə yaxından əlaqəli olan bəzi terminlərin izahına ehtiyac olduğu 
üçün  əvvəlcə bu terminlərin təriflərindən başlayaq. Məqalənin mövzusu ilə 
bilavasitə  əlaqəli olan  məzhəbin  tərifinə  gəlincə, məzhəb-  ərəbcə bir ifadə 
olub “gedilən yol” deməkdir. Termin mənasına gəlincə, müəyyən şəxs və ya 
o  şəxsə tabe olan bir qrupun İslamın ana əsasları olan Quran və Sünnəni 
anlayış şəkilləridir.
1
 Tarixdə məzhəb terminindən başqa firqə və nihlə (cəmi 
nihal) terminlərindən də istifadə edilmişdir. 
İslam məzhəbləri tarixinin tərifini verməyə  də ehtiyac vardır:  İslam 
məzhəbləri tarixi keçmişdə  və günümüzdə siyasi və etiqadi məqsədlərlə 
ortqaya çıxmış İslam düşüncə məktəbləri deyə biləcəyimiz bəşəri və ictimai 
təşəkküllərin ortaya çıxdıqları mühiti, səbəblərini, təşəkkül dövrünü
fikirlərini, mənsublarını, ədəbiyyatını, yayıldığı bölgələri, İslam düşüncəsinə 
töhfələrini  əsas mənbələrə istinadən zaman-məkan kontekstində  və fikir-
hadisə əlaqəsi çərçivəsində diskriptiv metodla və tərəfsiz bir nəzərlə tədqiq 
edən elmdir.
2
 Təbii ki, bu elmin ilk dövrünü təşkil edən Məqalat əsərlərinin 
yazıdığı dövrdən günümüzə  qədər davam edən tarixi boyu yazılmış bütün 
əsərlərin bu tərifə uyğun  şəkildə yazıldığını söyləyə bilmərik. Bu tərif 
Məzhəblər tarixi mütəxəssislərinin  əslində buna uyğun metodla əsərlər 
yazmasının zəruri olduğunu göstərir və bizə görə ideal olanı əks etdiyi və bu 
sahənin məqsədini ifadə etdiyi üçün burada verdiyimiz bir tərifdir. 
                                                 
* Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin İslam elmləri kafedrasının müəllimi. 
1
 Ethem Ruhi Fığlalı, Çağımızda itikadi İslam mezhepleris. 7. 
2
 http://www.sonmezkutlu.com 
    Bu sahənin problemləri və metodu ilə əlaqəli son dövrün məzhəblər tarixi sahəsinin önəmli 
tədqiqatçılarından biri olan Sönməz Kutlunun saytındakı 
İslam Mezhepler Tarihinde 
Usul Sorunu adlı məqaləsindən istifadə olunmuşdur. 


 i.e.n. Adilə TAHİROVA  
68 
İndi isə  məzhəblər tarixinin bir elm kimi formalaşarkən mənbələr 
baxımından keçirdiyi dövrlərə diqqət yetirək. Çünki mənbələrdəki 
problemlərdən bəhs etməzdən  əvvəl onlar haqqında məlumat vermək 
lazımdır. İlk İslam alimlərinin bu elmə verdiyi ad Məqalatİlmu-l-Məqalat 
və İlmu Məqalati-l-Firaq idi. Bu əsərlər sahənin ilk mənbələrini təşkil edir 
və müxtəlif məzhəblərə  mənsub  şəxslər tərəfindən yazılırdı. Burada bəzi 
siyasi və etiqadi məsələlər haqqında bir və ya bir neçə mövzu qısa formada 
izah edilirdi. Yəni hər hansı bir məsələdən “məqalə” çərçivəsində  bəhs 
edilirdi. Daha çox Əhli-sünnəyə  mənsub olmayanlar tərəfindən yazılan bu 
kiçik həcmli əsərlərə Məqalə (Məqalat), bu əsərləri yazanlara da Əshabu-l-
Məqalat deyilirdi. Bu tip əsərlərin çoxu kiçik və hissə-hissə olduqları üçün, 
müharibələr, işğallar və ya Əməvilər dövründəki təzyiqlər nəticəsində 
günümüzə  qədər çatmamışdır. Bəzən bu kitabların gizli tutulması da səbəb 
göstərilir. Məsələn İbn Nədim belə hesab edir.
3
  
Bu tip əsərlərə misal olaraq Xaricilərdən Yaman ibn Ribabın və Nəcdət 
ibn Amirin (69/688), Kərramiyyədən Muhəmməd  İbn Heysəmin, 
Mötəzilədən  Əbu-l-Qasım  əl-Bəlxinin  Məqalat  əsərləri, Vasil ibn Ətanın 
(80-131/699-748) Kitabu əsnafi-l-Murciə adlı əsəri, Muminu-t-Taq ləqəbiylə 
məşhur olan Şiə müəlliflərdən  Əbu Cəfər Muhəmməd ibn Numanın 
(160/777), Mürciə-Kərramiyyə düşüncəsində olan Əbu Abdullah Muhəm-
məd ibn Heysəmin (409/10109) Kitabu-l-məqalat  əsərləri var.    Lakin Əhli-
sünnəyə  mənsub olanların da Məqalat kitabları yazmasına təsadüf etmək 
mümkündür. Məsələn  Əşəri məktəbinin qurucusu Əbu-l-Həsən əl-Əşəri, öz 
əsərinə  Məqalatu-l-İslamiyyin vəxtilafu-l-musallin adını vermişdir.  İslam 
dünyasının digər önəmli siması olan Əbu Mənsur  əl-Maturidinin də belə 
adda  əsərinin olduğundan bəhs edilir. Şiə alimlərdən  Əbu Xələf  əl-
Qumminin Kitabul-məqalat və-l-firaq əsəri var. Bunu da ifadə etməliyik ki, 
Əhli-sünnə alimləri məqalatu-l-firaq elmini “ilahi əqidəyə aid batil 
məzhəbləri” qeyd edən bir elm kimi tərif etmişlər. Günümüzə  qədər gəlib 
çatmış  Məqalat tipli əsərlərin olduğunu da söyləməliyik. Bunlara misal 
olaraq Mötəzilə alimi Əbu Osman Amr ibn Bəhr əl-Cahizin (255/869) Risalə 
fi bəyani məzahibi-ş-Şia, Məcmuatu-r-rəsail, Qahirə 1324 (səh. 178-185);  
                                                 
3
 Ethem Ruhi Fığlalı, əl-Fərq beynə-l firaq (Mezhepler arasındakı farklar), müqəddimə. Əbu 
Mənsur Əbdülkərim əl-Bağdadinin əsərinə yazılmış müqəddiməsindən istifadə olunmuşdur. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə