Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə31/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   27   28   29   30   31   32   33   34   ...   114

Hədislərin mətn baxımından təhlili məsələsi 
95 
Suyutinin izlədiyi metod da mətn baxımından deyil, məhz isnada nökteyi 
nəzərindədir. Süyutinin dəlilləri aşağıdakı kimidir: 
1. Zəhəbi bu hədisin ravilərindən Osman b. Yəhya haqqında belə deyir: 
“Osman b. Yəhya,  İbn Abbasdan etdiyi rəvayətlərdə  saduqdur
28
. Onun 
hədislərini isə yalnız Muhəmməd b. Talha rəvayət etmişdir.”
29 
 
2.
 
Muhəmməd b. Talha, Yəhya b. Main tərəfindən zəif sayılmasına 
baxmayaraq o saduqdur. Çünki Şeyxan
30
 öz əsərlərində onun rəvayətlərinə 
yer vermişdir.  
İbnul-Cəvzinin yuxarıdakı  hədisin ravisi Osman b. Yəhya haqqındakı 
qənaətinə  İbn Həcər də belə itiraz edir: “Nəsainin Osman b. Yəhya 
haqqındakı  rəyi müsbətdir və (Cərh və tadil alimi) İbn  Əbu Hatim, onun 
haqqında hər hansı bir cərh ifadəsi istifadə etməmişdir” İbn Həcər öz sözünə 
“İbnul-Cəvzi onun hədisinə uydurma deməklə isabətli qərar verməmişdir”
31
 
deyə davam etmişdir.  İbnul-Cəvzi və Suyuti ilə yanaşı  İbn Həcər də 
“fəluzəc” hədisi barəsindəki öz rəyini isnada əsaslanaraq dilə gətirmişdir. 
 Yuxarıdakı hədis belə düşünməyə imkan verir: “Fəluzəc” adlı şirniyyat 
növünü ilk dəfə səhabələr hz. Peyğəmbərdən eşitmişlər.
32
 Hz. Peyğəmbər isə 
bunu ilk dəfə Cəbraildən (a.s) eşitmiş”. 
Həm Cahiliyyət, həm də hz. Peyğəmbərin dövrünə aid olan bilgilər 
yuxarıdakı nəticəni dəstəkləmir. Belə ki, İbn Macədən əvvəl yaşayan ənsab 
alimi  İbn Həbib (v.245/860) Qureyş  qəbiləsinin tarixinə  həsr etdiyi “əl-
Munəmmaq” adlı  əsərində “fəluzəc” adlı bu şirniyyat növünü Məkkəyə 
gətirən ilk şəxsin Abdullah b. Cud`an olduğunu xəbər verir.
33
 Bu bilgini İbn 
Macənin müasiri əl-Fakihi (v. 275/888) də  “Əxbaru Məkkə” adlı  əsərində 
qeyd edir.
34
 Abdullah b. Cud`an Cahiliyyət dövründə yaşamış  və Qureyş 
                                                 
28
  Saduq-Dördüncü dərəcəli tadil kəlməsidir. Mənası:“Onun Rəvayətləri zəbt xüsusiyyətini 
daşıyan ravilərin rəvayətinə uyğun olduğu təqdirdə mötəbər sayılır”. 
29
 Zəhəbi, “Mizan”, Beyrut 1995, V, 75.  
30
 Muhəmməd b. Talhanın rəvayətlərini yalnız Buxari və Müslim qeyd etmımiş, bununla 
yanaşı Tirmizi və  Əbu Davudun “Sünən”lərində  də onun rəvayətləri mövcuddur. (Baxın: 
Mizzi, “Təhzib” Beyrut 1985  XXV, 417)    
31
 İbn Həcər “Təhzibut-Təhzib”, Beyrut 1991, IV, 103.  
32
 İbn Abbas yuxarıdakı rəvayətdə eşitdim deyil, eşitdik kəlməsini (
ﺎﻨﻌﲰ)  ifadə etmişdir.  
33
 İbn Həbib, “əl-Munəmmaq”, Beyrut 1985, s. 372.  
34
 əl-Fakihi, “Əxbaru Məkkə”, Məkkə 1986, V, 196.  


 i.e.n. Namiq ABUZƏROV 
96 
qəbiləsinin ən səxavətli şəxslərindən biri olmuş
35
, Bəlazurinin verdiyi bilgiyə 
görə İslam gəlmədən on il əvvəl ölmüşdür.
36
 
Ərəb tarixçisi və  ədibi  Əbul-Fərəc  əl-İsfahani (v. 356/967) “əl-Əğani” 
adlı əsərində nəql etdiyi bilgiyə görə isə Abdullah b. Cud`an, tacir heyyəti ilə 
birlikdə Sasani hökmdarının qonağı olmuş və onun yanında fəluzəc adlı bu 
şirniyyat növünü yemiş. Abdullah b. Cud`an Sasani sarayındakı əyanlara bu 
şirniyyatın necə hazırlandığı haqqında sual vermiş, onlar da baldan 
hazırlandığını söyləmişlər. O, “Mənə bunu hazırlayan köləni gətirin demiş” 
və onu özü ilə  Məkkəyə  gətirmişdir. Abdullah b. Cud`an köləyə  fəluzəc 
hazırlamağı əmr etmiş və öz xidmətcilərinə
37
 Məkkədə bu şirniyyatı yemək 
istəyən hər kəsi dəvət etməsini tapşırmış.
38
  
Bəzi alimlərin  Əbul-Fərəc  əl-İsfahaninin “əl-Əğani” adlı  əsərinin tarixi 
hadisələrə yanaşma tərzi və nəql etdiyi şəxslərin etibarlılığı problemini əsas 
alaraq ona tarixi bir mənbə kimi ehtiyatla yanaşmanın daha doğru olacağını 
qeyd etməsinə
39
 baxmayaraq, onun fəluzəc ilə  əlaqədar nəql etdiyi bilgi 
başqa mənbələr tərəfindən də dəstəklənir.  
Hicri beşinci (miladi on birinci) əsrdə yaşamış dilçi alimlərdən Səalibi 
(v.429/1038) “Fiqhul-Luğa”
40
 adlı  əsərində “fəluzəc” sözünün etimologiya 
baxımından Fars mənşəli
41
 olduğunu qeyd edərək İsfaninin nəql etdiyi tarixi 
bilgini təsdiq edir. Digər tərəfdən özündən  əvvəl yazılmış bir çox lüğəti 
görmə imkanını əldə edən Zəbidi (v. 1205/1790) “Tacul-Ərus” adlı əsərində 
“fəluzəc”in ərəbləşmiş fars mənşəli kəlmə olduğunu, Fars dilində “fəluzeh” 
(هذولاف),  ərəbləşdiyində isə  kəlmənin son hərfi “ه”’nin “ج”e çevrildiyini və 
(جذولاف) surətində oxunduğunu yazır.
42
 
                                                 
35
 Cavad Əli, “əl-Mufassal”, Beyrut 1968, IV, 97. 
36
 Bəlazuri, “Ənsabul-əşraf”, Qahirə 1959, I, 180. 
37
 İbn Həbibin verdiyi məlumata görə Abdullah b. Cud`anın Əbu Sufyan b. Abdul-Əsəd və 
Əbu Kuhafə adlı  Məkkəliləri onun süfrəsinə  dəvət etməkdə  məsuliyyət daşıyan  iki 
xidmətcisi var idi. (İbn Həbib, e.ə., s.371) 
38
 Əbul-Fərəc əl-İsfahani, “əl-Əğani”, Beyrut 1927, VIII, 329-330. 
39
 Hulûsi Kılıç, “Ebûl-Ferec el-İsfahânî” maddəsi, DİA, X, 317. 
40
 Səalibi, bu əsərini özündən əvvəl yaşamış İbn Şümeyl (v.150/820), Sibəveyh (v.161/779), 
Xəlil b. Əhməd (v. 174/ 791), Kisai (v.179/806), İbnul-Kəlbi (v.204/820), İbnul-Ərəbi 
(v.232/ 848), əl-Mübərrəd (v.285/898) ve İbn Cinî (v.392/1002) kimi dilçi alimlərin 
əsərlərindən istifadə edərək meydana gətirmişdir. (Səalibi, “Fiqhul-Luğa”, Beyrut 1985, s. 
13-27.) 
41
 Səalibi, “Fiqhul-Luğa”, s.317. 
42
 Zəbidi, “Tacul-Ərus”, Beyrut 1975, IX, 454. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə