Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları
125
III. İCMA
Cəfəri
fiqh üsulunda icma, bir qisim Əxbarilərin qəbul etmədiyi,
Üsulilərin isə sünnədən sonra istinad ettikləri üçüncü dəlildir. Üsulilərə görə
icma, məsum İmamın sözünü də əhatə edən, onun sözün haqqında
istər az,
istər çox olsun hər hansı müçtəhid topluluğunun ittifaqıdır
68
. Hər hansı bir
alimin görüşündə həmfikir olmaq icma deyil. Bir baxıma İmamiyyənin təməl
qaynaqlarında yeri olan, imamların rəvayətlərindən çıxan hökmlər üzərində
həmfikir olmaqdan ibarətdir.
Digər cəhətdən burada əsil dəlil məsum İmamın görüşüdür
69
. İcma isə,
ittifaqla
bu dəlil keşfedilərse, müəyyən bir mövzuda məsumun sözünde
yatan hökmün ortaya çıxmasına vəsilə olarsa dəlildir
70
. Yəni üləmanın
icmasının hüccət olması onların ittifaqına deyil İmamın sözünə bağlıdır.
Nəticə etibarilə icma, Cəfəri fiqhində boşama səlahiyyətinin kişiyə
verilmiş haqlardan olduğuna dəlalət edən digər bir dəlildir.
Cəfəri
məzhəbinin icma anlayışı çərçivəsində desək, istər İmamların Əxbarında,
istər alimlərin kəşf yolu ilə üzərində həmfikir olduqları mövzulardan biri də
ərin xanımını boşama səlahiyyətinə sahib olmasıdır
71
.
Şiə fiqh ədəbiyyatında talaqla bağlı pasajlarda həm geybdən əvvəl-
İmamlar dövrü: Əsri-səadətdən etibarən 260/873 ilinə qədər- həm də
geybdən sonrası sünni
talaq dairəsində
72
xanımını boşayan kişilərin bu haqqı
qarşısında heç bir Şiə aliminin ərin xanımını boşama səlahiyyətinə etirazı
olmamışdır ki, bu hökmdə məzhəb içi icma olduğu açıq-aşkardır.
68
Hilli, Hasan b. Yusuf b. Ali,
Təhzibu’l-Üsul, y.y, 1899, s 70; Salusi, e.a.ə, I, 68
.
69
Karaman, “
Cəfəriyye”, VII, 7.
70
Hasanova, e.a.ə, s
53.
71
Tusi,
Kitabu’l-Xilaf, VI, 452; Zəncani,
Hukuke Hanevade, s 27; Savci, e.a.ə, s 70;
Mutahhari, Murtaza,
Hüquqe Zən dər İslam, y.y, 1974, s 269.
72
Cəfəri ailə hüququnda talaq iki qismə ayrılır. Sünnəyə görə boşama (sünni talaq) və
Sünnəye zidd olan boşama (bıd’i talaq). Onların nəzərində sünnəyə zidd olan bid’i talaqın
hər növü haram hesab edilir və dinən haram sayıldığı kimi hüquqi cəhətdən də qadağan
olub işləndiğində keçersiz sayılır. Bu haqda Cəfəri hüquqçularının icma üzrə olduqları da
qeydedilmişdir.
(Hilli, Muhaqqık Əbu’l-Qasım Necmeddin Cəfər b. Hasan əl-Hüzeli, əl-
Muxtasaru’n-Nafi’ fi Fiqhi’l-İmamiyye ev en-Nafi’ fi Muxtasari’ş-Şerai’, Qum 1989, s
222; Nəcəfi, e.a.ə, XXXII, 28; Meybedi, Əhməd, Hülasae Təfsire Edebi və İrfani Kuani
MecidI, Tehran 1907, II, 536; Humeyni, Təhriru’l-Vəsilə, II, 292; Mağniyyə, Fiqhu’l-
İmam Cəfər es-Sadık, VI, 9. A. mlf, ez-Zevacü ve’t-Talaq, s 143.)
Dr. Əhməd NİYAZOV
126
IV. AĞIL
Əhəmiyyəti baxımından burada təmas edilecek ilk şey ağıl dəlilinin
məzhəb içindəki hüquqi vəziyyətidir. Digər dəlillərə nəzərən bir az
təfərrüatla tədqiq etmək yaxşı olacaq qənaətindəyik.
İmamiyyə düşüncə tarixinin iki ekola ayrılmasındakı ana
səbəblərdən
biri ağlın hüccət olub olmaması məsələsidir. Əslində bu ixtilafın təməlində
İmamların Əxbarı haqqında gedən müzakirələr durur. Əxbarilərə görə
İmamlar, Peyğəmbərdən (s.ə.s) sonra geybət zamanına (260/873) qədər
şəriətlə bağlı hər məsələnin hökmünü aydınlaşdırmış və bu mövzuda heç bir
şey əksik buraxmamışdırlar. Hal və əqd əhlinin ancaq İmamlar ola biləcəyini
və İmamlar xaricində buna fərzi-kifayə deyənlərin şək
və şüphədən başqa bir
şey verməycəyi iddia edilmişdir
73
.
Əxbarilər, Hz. Peyğəmbərə nisbət edilən “
ا يف يأر لاو
برلا نم نيدلا امنإ ، نيدل
هيھنو هرمأ
.
/
Dində rəy yoxdur. Dinin əmir və qadağaları ancaq
Allahdandır”
74
rəvayətini qeyd etdikdən sonra üsulilərin əqli təfəkkürə qapı
açmalarına səbəb təşkil edən və ictihadi fiqhin zəminini təşkil edən,
İmamlardan Cəfər-i Sadiqin: “
اوعرفت نأ مكيلعو ، لوصلاا مكيلإ يقلن نأ انيلع امنإ
.
” və
İmam Rızanın: “
عيرفتلا مكيلعو ، لوصلاا ءاقلإ انيلع
.
/
Bizim işimiz üsulü və
prinsipləri verməkdir, bunlardan füruu çıxartmaq sizin
işinizdir”
75
rəvayətləri haqqında belə deyilmişdir: “Bu iki xəbər, İmamlardan
gələn külli qaydalar və üsul üzərine cüzi hökmlər çıxartmanın caizliyini
əhatə edir. Başqa mənaya da gəlmir. Fəqət bu fikir ammə məzhəbinə (Əhli-
Sünnə rəyinə) müvafiq olduğu üçün təqiyyədən sayılır”
76
.
73
Amili,
Vəsailu’ş-Şia, XV, 208.
74
Fırat, b İbrahim əl-Kufi,
Təfsiru Fırat, Nşr: Müessesetü’t-Tab’i ve’n-Neşr, y.y 2001, s 614;
Vəsailu’ş-Şia, XXVII, 61; Mecllisi, e.a.ə, XXVIII, 79.
75
Hilli, Məhəmməd b. İdris,
Müstetrefati’s-Serair, Nşr: Müessesetü’n-Neşri’l-İslamiyye,
Qum 2001, s 575; A.mlf,
Vəsailu’ş-Şia, XXVII, 62; Məclisi, e.a.ə, II, 246.
76
Amili,
Vəsailu’ş-Şia, XXVII, 62.
Təqiyyəyə hamletme düşüncenin
də təməlləri Cəfəri fiqh
gələnəyində Cəfəri Sadiqə aid edilən “
Məndən insanların (ammənin) sözünə bənzəyən bir
şey eşitsən bil ki, onda təqiyyə var. İnsanların (ammənin) sözünə bənzəməyən bir şey
eşitsən onda təqiyyə yoxdur. (
Tusi, Təhzib, VII, 97; A. mlf, İstibsar, III, 318, Amili,
Vəsailu’ş-Şia, XXII, 285, Məclisi, e.a.ə, II, 252. ) və İmam Rızadan gələn “
Bizdən nəql
edilən xəbərlər içində də Quranınkinə bənzər mütəşəbih ifadələr var. Eynilə Quranınkinə
bənzər muhkəm ifadəler də vardır.” (
Qummi, Şeyx Saduk İbn Babaveyh Ali b. Huseyin,
Uyunu Əxbari’r-Rıza, Nşr:Daru’l-Alem, Qum 1958, I, 290. ) rəvayətlərinə istinad edir.