83
digər millətləri də onlara qoşulmağa dəvət etdi. Ümumi ordunun və hərbi-dəniz
donanmasının olması planlaşdırılırdı və nəzərdə tutulurdu ki, federal dövlətlərin
təmsilçilik assambleyası iki ildən bir toplansın. Onun çox kiçik nəticələrinə
baxmayaraq, dövlətlər arasındakı bütün mübahisələrə girişməkdə Panama
konqressi yarımkürənin gələcək həmrəyliyi və qarşılıqlı anlaşması üçün künc
daşına çevrildi. Amerika Dövlətləri Təşkilatı və Birləşmiş Millətlər Bolivara,
beynəlmiləl birliyin müdafiə və tətbiq edilməsində dünyada buna səmimi qaydada
maraqlı olan birinci dövlət xadimlərindən biri kimi baxa bilərdilər.
Lakin Bolivara məlum idi ki, onun yarımkürə təşkilatı barədəki planları
yalnız məhdud şəkildə qarşılanır. Onun müasirləri fərdi milli dövlət həddlərində
düşünürdülər, Bolivar isə yalnız qitə həddində düşünürdü. Daxili siyasətdə o, bir
avtoritar respublikaçı kimi hərəkət etməkdə davam edirdi. Onun tərəfdarlarından
çoxu ona tac təklif edirdilər, lakin Xilaskar köhnə “Birinci Simon” tituluna
üstünlük verirdi.
Venesuela və Yeni Qranada öz birliklərinin faydaları üstündə hirslənməyə
başlamışdılar. Hər iki ölkədəki təbliğatçılar – Venesueladakı Paes və Yeni
Qranadadakı Santander bir-birinə zidd idilər və uzun sürən vətəndaş müharibəsi
ərzində bu qarşılıqlı etimadsızlıq daha da gücləndi. Bolivar Limanı tələsik tərk etdi
və müəlliflərin çoxu razılaşır ki, Peruda onun üç illik hökmranlığının sona
çatmasına və Kolumbiya təsirindən azad olmasına sevinirdilər. Boqotada Bolivar
Santanderin Kukuta Konstitusiyasını müdafiə etdiyindən və Paesi qiyamçı kimi
cəzalandırmağı təkid etdiyindən hali oldu. Lakin Bolivar Kolumbiyanın birliyini
qoruyub saxlamağı qət etmişdi və ona görə də hələ 1827-ci ildə barışdığı Paesi
sakitləşdirməyə hazır idi. Paes Xilaskarın ali hakimiyyətinə baş əydi və əvəzində
Bolivar yeni konstitusiyanı vəd etdi. Ona görə Venesuelanın regional müstəqilliyi
ədalətli sayılacaqdı.
O, prezidentliyi götürdü və milli qurultayı 1828-ci ilin aprelində çağırdı.
Bolivar seçkilərə təsir göstərməkdən imtina etdi, ona görə də Santanderin başçılığı
altında liberallar çoxluğu əldə etdilər. Bolivar ümid edirdi ki, Kukuta
Konstitusiyası təftiş ediləcək və prezident hakimiyyəti möhkəmlənəcəkdir. Lakin
liberallar istənilən belə cəhdlərin qarşısını alırdı. Pat vəziyyəti inkişaf etdi. Köhnə
Konstitusiyanın artıq yararlı olmadığını və heç bir yenisinin onun yerini
tutmayacağını sübut etməklə, Bolivar diktator hakimiyyətinə yiyələndi. O, özünü
tərifləyərək deyirdi ki, “bütöv millət mənim hakimiyyətimi tanıyır”. Lakin tezliklə
acı həqiqət ona məlum oldu. Federalistlərdən ibarət gizli qrup 25 sentyabrda
prezident sarayına hücum edib, mühafizəçiləri öldürdülər. Bolivar qatilin xəncər
zərbəsindən yalnız Manuela Saensin iti reaksiyası nəticəsində möcüzəli şəkildə
xilas ola bilmişdi.
Onun həyatına bu qəsd cəhdi uğursuz olsa da, tufan siqnalı güclənirdi, lakin
əhali onun tərəfində idi. Bolivarın etibarlı olmayan səhhəti pisləşməyə başladı.
Quayakili özünə anneksiya etmək niyyəti ilə Kolumbiyaya müdaxilə etdi.
Sukre bir
daha Kolumbiyanı xilas etdi və peruluları məğlub etdi. Bir neçə ay sonra Bolivarın
ən vicdanlı generallarından biri, Xose Maria Kordoba qiyam qaldırdı. Qiyam
darmadağın edildi, lakin Bolivar artıq öz keçmiş ardıcıllarının intriqalarından