84
boğaza yığılmışdı. Emerson yazır ki, “Paxıllıq cəhalətdən yaranır”. Cəhaləti isə
qısa müddətdə məhv etmək mümkün deyildir. Tərəfdarları ona açıqca paxıllıq
edirdilər.
Fransa, İngiltərə və Birləşmiş Ştatlar ölkənin daxili işlərinə qarışmağa cəhd
edirdilər. Birləşmiş Ştatlar ispan müstəmləkələrinin metropoliyadan azad
olmasının “nəcib məqsədləri” üçün lazım olan resurslarla onlara ciddi surətdə
köməklik göstərirdi. Tezliklə öz maraqları olan İngiltərə də bu prosesə qoşuldu.
Cənubi Amerikadakı vətəndaş müharibəsi regionların kəskin surətdə
yoxsullaşmasına, insan həyatı itkilərinə, epidemiyalara, aclığa, daxili qiyamlara və
dövlət çevrilişlərinə gətirib çıxardı. Anarxiya güclənirdi. 1829-cu ilin payızında
Venesuela Kolumbiyadan ayrıldı.
Bolivar könülsüz olaraq belə bir fikrə gəlirdi ki, müstəqilliklərinə görə ona
borclu olan millətlərin daxili və xarici dincliyi üçün onun mövcudluğunun özü bir
təhlükə kimi çıxış edir. O, istefa verib, 8 may 1830-cu ildə Avropada sığınacaq
tapmaq məqsədilə Boqotanı tərk etdi. Atlantik okeanın sahilinə çatdıqda öyrəndi
ki, özünün varisi kimi qalan Sukre qətlə yetirilmişdir. Bolivarın hüznü nəhayətsiz
idi. Boqotadakı hərbi bunt onu əbəs olaraq geri çağırdı. Avropaya səfər layihəsi
ləğv edildi və bir ispan pərəstişkarının dəvəti ilə Bolivar Santa Marta
yaxınlığındakı malikanəyə səfər etdi. Elə bil ki, bir istehza qaydasında onun həyatı
17 dekabr 1830-cu ildə ispanın evində başa çatdı. O, vərəm xəstəliyindən öldü.
Ölümündən əvvəl Bolivar öz torpaqlarından, evlərindən və hətta dövlət
pensiyasından imtina etmişdi.
Simon Bolivar uzun müddət Latın Amerikasının Corc Vaşinqtonu kimi
qiymətləndirilirdi. Varlı Venesuela ailəsində anadan olan Bolivar gənc adam kimi
maarifçilik ideyaları ilə tanış olmuşdu. Romada 1805-ci ildə İtaliyanın kralı kimi
Napoleona tac qoyulmasının şahidi olanda, o, öz ölkəsini İspaniya nəzarətindən
azad etmək vəzifəsini öz qarşısında qoymuşdu. Cənubi Amerikaya dönəndə
Bolivar Venesuelada və Şimali Amerikanın digər hissələrində ağır mübarizəyə
başçılıq etdi.
Bolivar Cənubi Amerikanın şimal hissəsini ispanlardan azad etməklə məşğul
olanda, Xose de San Martin qitənin cənub hissəsində bu vəzifəni həyata keçirməyə
can atırdı.
Bolivarın arzuları qismən də olsa həyata keçdi. 1824-cü ilin sonunda artıq
Peru, Uruqvay, Paraqvay, Kolumbiya, Venesuela, Argentina, Boliviya və Çili azad
dövlətlərə çevrilmişdilər. 1823-cü ildə Mərkəzi Amerika dövlətləri müstəqil
oldular və 1838-1839-cu illərdə beş respublika bölündü. Bundan əvvəl, 1822-ci
ildə Braziliya Portuqaliyadan azad olunmuşdu.
Latın Amerikasında Bolivarın adı çox populyar idi. Bütöv bir dövlətin,
əyalətin,
şəhərlərin, küçələrin, pul vahidlərinin adında onun xatirəsi əbədiləşmişdir.
O, öz kredosuna axıradək sadiq qaldı. 22 yaşlı bir gənc kimi o, Romadakı
Monte-Sakro təpəsində and içmişdi: “Mənim əcdadlarıma, onların allahlarına, öz
Vətənimə and olsun ki, nə qədər ki, ispan dövlətinin zülmü altında saxlayan
zəncirlər qırılmamışdır, mən öz əllərimə istirahət, öz könlümə sakitlik
85
verməyəcəm”. Onun bədxahları belə, Bolivarın öz andından bir an da olsun
uzaqlaşdığını desələr, böyük haqsızlığa yol vermiş olarlar.
Bolivarın var-dövlətindən və titullarından asılı olmayaraq, azad ölkənin
bütün vətəndaşlarının bərabərliyi və ədalət barədə dediyi: “Yeni meydana gələn
hökmdarlar – azadlığın qəlpələri üzərində öz taxt-taclarını qurmağa möhkəm can
atdıqda, onları qəbirüstü təpələrə çevirdiklərini görəcəklər. Bu təpələr isə gələcək
nəsillərə deyəcəklər ki, “bu adamlar boş şöhrət düşkünlüyünü azadlıqdan və
şərəfdən üstün tutdular” sözləri iki əsrə yaxın vaxt keçsə də öz qiymətini itirmir və
hakimiyyəti qəsb edib, öz mülkiyyətinə çevirənlərin hamısı üçün ucadan səslənən
xəbərdarlıqdır.
Simon Bolivar rahatlığın nə olduğunu bilməyən, əzablı həyat yaşamışdı. O,
çox sayda təhlükələri dəf edir, qızmar səhralardan, bataqlıqlardan keçirdi. Sonra o,
soyuğun qanı dondurduğu yüksək dağlardan, şiş ucları olan qayalardan xəstəlik
yayan gölməçələrə düşürdü. Həşərat sürülərinin arasından nə çörəyi, nə paltarı, nə
ayaqqabısı olmayan əsgərlərə yürüşdə başçılıq edirdi. Bu igidliklərdən hər biri
digər möcüzələr kimi qəribə bir təntənə idi, himnə layiq olan insan hünərinin
nümayişi idi. Məhz bu qəhrəmanlıqların hesabına Bolivar çoxsaylı nizami ispan
ordusunu darmadağın edir və onları təslim olmağa məcbur edirdi. Bolivarın
şəxsiyyətini taxt-taca yiyələnmək yox, məhz bu ağla sığmayan igidlik nümunələri
nişan verirdi.
Uinston Çörçill
Anaksandriddən soruşduqda ki, niyə spartalılar müharibədə təhlükədən
qorxmurlar, o, dedi: “Səbəb orasındadır ki, biz həyata hörmət edirik, lakin
başqaları kimi ona görə qorxmuruq”.
Plutarx
Yüksəkliklər ildırımı özünə çəkir.
Metsenat
Uinston Çörçill müəllif, natiq və dövlət xadimi olmaqla 1940-cı ildən 1945-
ci ilədək müharibə dövründə baş nazir kimi Britaniyanı məğlubiyyət həddindən
qələbəyə gətirib çıxarmışdı. Çoxları məğlubiyyətin qaçılmaz olduğunu düşündüyü
bir vaxtda bu müdrik və cəsarətli insan nəticədə qələbə çalacaqlarına ümidini bir
an da itirməmiş, İkinci Dünya müharibəsində faşistlər üzərindəki zəfərin
müəlliflərindən biri olmuşdu. 2002-ci ildə Bi-bi-si kompaniyasının apardığı rəy
sorğusuna görə Uinston Çörçill tarixdə ən böyük britaniyalı adlandırılmışdır.
Birinci Dünya müharibəsindən əvvəl sensasiyalı qaydada həyatda görkəmli
rol oynamağa cəhd etməklə, müharibənin özündə və ondan sonrakı on illikdə
qeyri-sabit mühakimə yürüdən bir şəxs şöhrəti qazanmışdı. Nəticədə siyasi
cəhətdən şübhəli olduğu güman edildiyindən o, 1930-vu illərdə tənha şəxsiyyətə
çevrilmişdi. Bu, Adolf Hitlerin bütün dünyaya ünvanlanmış çağırışına
qədər davam
etdi və onu 1940-cı ildə milli koalisiyanın liderliyinə aparıb çıxardı. Franklin
Delano Ruzvelt və İosif Vissarionoviç Stalinlə birlikdə o, II Dünya müharibəsində
müttəfiqlərin strategiyasını işləyib hazırladı. Müttəfiqlik pozulduqdan sonra o,
Sovet İttifaqının ekspansionist xarakterli təhlükələrinə görə Qərbi dəyişdirməyə