Namiq Abbasov, Rəhim Həsənov
~ ~
66
nın varlığı vacib surətdə mövcud olan təbiilər üçündür. Yu-
xarıda göstərdiyimiz kimi təbiətşünas filosoflar cisimləri
sadə və mürəkkəb olmaqla da iki qrupa bölmüşdü. Bunların
haqqında bir az bəhs etmişdik, Tusi sadə cisimlərin qurluşu
barədə dörd konsepsiyanın mövcudluğunu xatırlayıb, so-
nuncunu öz dünyagörüşünə uyğun bilib, peripatetik əsaslar-
la təhlil etmişdir.
Bu dörd konsepsiyanın fikirlərini ətraflı surətdə şərh
edərək, atomistlərin, mütəkkəlimlərin və ilahiyyatçıların ci-
sim haqqındakı düşüncələrinə peripatetizimin məntiqli ide-
yaları ilə qarşı qoyur. Sadə cisimlərin müxtəlifliyini təkcə
fiqurlarda görən atomistlərin və cismin sonsuz sayda atom-
lardan mövcud olması haqqında mütəkkəlimlərin fikirlərini
tamamilə rədd edən Tusi cismin zərrəciklərdən, hissəcik-
lərdən ibarət olması fikri ilə razılaşır. Lakin, gerçək surətdə
mövcud olan cisim hissəcikləri sonsuz bölünməyə qadirdir.
Bu dörd fərziyyədən atomistlərin cisim haqqındakı fikirləri
Tusiyə görə əsassız və qeyri-mümkün mülahizələrdir.
Materiya və formanın nisbətindən meydana çıxan cisim
mahiyyətə malik olmaqla, eyni zamanda maddi dünyanın
özəyini də yaratmışdır. Sadə cisimlərin təbii formasının tə-
bii kürə olmasına və bütün cisimlərin özünəməxsus forması
olmasına inam bəsləyirdi. Tusiyə görə hər bir ayrı cisimin
məkanı və bu məkanın sərhədləri vardır. Bütün cisimlərin
sonlu olmasına digər məşşaşi filosofları ilə Tusi eyni qə-
naətə gəlirlər. Cisimlərin sonlu olmasına, onların məhv ol-
masının səbəbini dörd ünsür arasındakı müvazinətin
pozulmasında görür.
Cismi digər cisimlərdən fərqləndirən məkanı onun
əhatəsində yerləşən digər cisimlər üçün pozulmaz bir sər-
həd yaradır. Və elə bu səbədəndir ki, bir cisim bir-biri ilə
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
68
hamısında, ünsüri cismlərin isə öz daxilində dairəvi hərəkt
mövcuddur. Cisimlərin daxilində gedən hərkət nəticəsində
əmələgəmə (kövn) baş verir. Həmin hissəciklərin kürələş-
məyə olan meylinin nəticəsində hissəciklər bir-birindən
qopub ayrılır və təklənmə aləmi meydana çıxır. Dairəvi
hərəkət edən cisimlərin ən səciyyələndirici xüsusiyyəti
hansısa bir mərkəzin ətrafında dövr etməsidir.
Aristotel fəlsəfəsində hərəkət kateqoriyası böyük ma-
hiyyət kəsb etdiyindən bu termininin izahına aristotelçi-
lərdə nəzər yetirmişlər. Düzxəttli hərəkətin nəticəsində
qalxma və düşmə hadisələri yaranmışdır ki, bu da cismin
mərkəzdən və ya mərkəzə istiqamət olması ilə izah olunur.
Təbii hərəkətin dövri və düzxəttli hərəkət olmasının
izahını verdikdən sonra, məcburi hərəkəti və aksidensiyaya
görə olan hərəkəti fərqləndirmişdir. Aksidensiyaya görə
olan hərəkət və məcburi hərəkət birinci göstərilən təbii hə-
rəkətdən əsaslı bir surətdə ayrıılıq təşkil edir. Cisim hərəkət
edən başqa bir cisimin tərkibində olduqda aksidensiyaya
görə olan hərəkət baş verir. Bu zaman cisim özünə aid ol-
mayan yerdən yenə də özünə aid olmayan yerə köçür. Mi-
sal olaraq şkafın içərisindəki əşyaların
hərəkətini göstərmək
olar.
Cisim aid olduğu yerdən digər aid olduğu yerə, mahiy-
yətindən kənar bir səbəb ilə hərəkət etdirdiyi zaman məc-
buri hərəkət baş verir. Məcburi hərəkətin ən səciyyəvi cə-
həti digər bir cismin təsiri ilə yaradılmasıdır. Bunların hər
ikisi özündən olan təbii hərəkətdən fərqli keyfiyyətə ma-
likdir.
Od, su, hava və torpaq kimi
sadə cisimlərin keyfiyyətini
izah etdikdən sonra onların bir-birinə zidd olmasını gör-
müşdür. Bunlardan müxtəlif təsirlərə malik olan sadə ci-