Namiq Abbasov, Rəhim Həsənov
~ ~
64
tünlüyü təkcə şərəflə deyil, birinin digərindən quruluşuna
görə də mürəkkəb olması ilə izah edir. Dərrakəyə məxsus
olan heyvanat aləmi digərindən üstün materiyaya məxsusdur.
Bir dərəcənin sonuncu, təkamül nöqtəsini, başqa bir
dərəcənin ilk həddi kimi qəbul edən Tusi, iki dərəcə
arasında olan materiyaları keçid materiyaları kimi izah edir.
Minerallardan olan materiyanın dialektik inkişafının
nəticəsikainatın əşrəfi və incisi olan insanda bərqərar olur.
«Xüsusiyyətlərinə görə bütün mineral və bitki formalarına
bərabər olan insan heyvanlar aləminin ən şərəflisi olmaqla
vacib varlığa daha yaxındır.» (35,səh.52).
Məşhur fəlsəfə tədqiqatçısı M. Dinosoyevin fikrincə
N.Tusi nin materiya və forma haqqındakı mülahizələri
antipodik xarakterlə səciyyələnir. Dinosoyev belə bir
qənaətə gəlir ki, Tusinin «Əxlaqi-Nasiri» və «Əsas əl-iq-
tibas» əsərində materiya və formanı materialist cəhətdən,
«Vacibin isbatı», «Cəbr və qədr», «Tətimənət» əsərlərində
isə idealist cəhətdən izah edir. Tədqiqatçı materiya və
formanın hansının əvvəl mövcud olması haqqındakı
Tusinin ziddiyyətli fikirlərini şərh etməzdən əvvəl bu
mövzu ətrafında uzun müddət araşdırma aparmışdır.
Tusinin idealist fikirlərini ortaya çıxardarkən gəldiyi
nəticəni «Nəsirəddin Tusinin fəlsəfəsi» adlı araşdırmada
göstərən Orta Asiyalı tədqiqatçı M. Dinoşeyevin fikrlərinə
həmyerlisi M.N.Boltayev də şərik çıxır. Bu fikirlərin isti-
nad nöqtəsi isə, Tusinin hər hansı bir şeyə forma veməzdən
əvvəl formanın nəfsdə yerləşməsi haqqındakı müddəa idi.
M.N.Boltayev və M. Dinoşeyevin bu nəticəyə gəlmə-
sinin əleyhinə Azərbaycan fəlsəfə tarixçisi Z.C.Məmmədov
özünün məntiqli və dolğun tədqiqatı ilə qarşı qoymuşdur.
Materiya ilə formanın ayrılmazlığı və bölünməzliyi haq-
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
65
qındakı peripatetik fikirlərin olmasını irəli sürərək, Tusinin
bu məsələyə son dərəcə elmi cəhətdən izah etməsini irəli
sürmüşdür. Materiya və formanın gerçək şərhini verən Tusi
orta əsrlərin dini ideologiyasının təsiri ilə idealizmin təməl
qaynaqlarına meyl etməsi təbiidir. Z.Məmmədovun düşün-
cə tərzinə görə bütün Şərq aristotelçiləri kimi Tusi də ma-
terializm və idealizm cərəyanları arasında tərəddüd edərək,
hər ikisinə doğru meyl etmişsə də heç bir cərəyanın da-
vamlı təbliğatçısı olmamışdır.
Forma ilə materiyanın zaman cəhətdən hansının ilk ol-
ması fikrinə münasibət bildirən Tisi bu mövzunu dialektik
cəhtdən şərh etmişdir. Formanı materiyanın təzahürü adlan-
dıraraq, materiyanın zamanca formadan əvvəl olmasına
inam bəsləyirdi. Bəzi tədqiqatçıların nöqteyi-nəzərincə ya-
naşsaq, Tusi materiya ilə formanın bir-birinə bağlılığı ba-
rəsində Aristoteldən də qabağa getmişdir. Mümkün varlığın
substansiyaları olan materiya və mövcudluğu arasındakı
zaman məsafəsinin çox az olmasını qeyd etmişdi.
Materiya və formanın bir-birinə olan nisbətində ünsür-
lərin mövcud olması və ya olmaması məsələsi ilə bağlı ol-
ması Tusini hər zaman düşündürmüşdür. Materiya ilə for-
manın bir-birinə bağlı olması və bir-birinin səbəbi olması,
fikirində Tusi Arisroteldən də irəli getmişdir. Materiya bir
formanın məhvindən sonra yeni yaranmış formada öz
mövcudluğunu qoruyub saxlamağa müvəffəq olur.
Nəsirəddin Tusinin qənəatincə materiya və formanın
birlikdə mövcud olması «cisim» adlı məfhumun ortaya çıx-
masına səbəb olur. Cisimləri müxtəlif qruplara bölərək, hər
qrup barəsində öz mülahizələrini qeyd etmişdir. Cisimin
uzunluq, enlik və dərinlikdən ibarət fasiləsiz kəmiyyətdən
təlim üçün, bir də üçölçülü olmasını fərz
etdiyi substansiya-