Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə18/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
54        
Düşünmək, ruhun varlığının isbatıdır.  
Avqustin 
 
II F Ə S Ġ L 
TUSĠNĠN FƏLSƏFĠ DÜNYAGÖRÜġÜ 
 
2.1. Nəsirəddin Tusinin fəlsəfəsində 
 varlıq problemi 
 
Ümumiyyətlə,  o  dövrdəki  məşhur  filosofların  əksəriy-
yətinin məşğul olduğu fəlsəfə Aristotelin və qismən də Pla-
tonun  yaratdığı  antik  dünyagörüşünün  təbliği  ilə  tanınırdı-
lar.  Təkcə  Şərqdə  deyil,  Qərb  dünyasında  da  özünə  geniş 
şöhrət qazandıran bu peripatetik filosoflar Aristotel metafi-
zikasına  dəstək  verirdilər.  Nəsirəddin  Tusi  də  sanki  bu 
axına  qoşulub  «birinci  müəllim»in  fəlsəfi  dünyagörüşünə 
riayət edirdi. 
Nəsirəddin  Tusi  əsası  Şərq  dünyagörüşündən  qaynaq-
lanan  antik  fəlsəfənin  nəzərlərinə  istinad  edərək  varlığın 
təməlində  od,  su,  torpaq  və  hava  kimi  dörd  ünsürün 
durduğunu  iddia  edirdi.    Tusi  dünyagörüşünə  görə  maddə 
heç  zaman  məhv  olmur,  sadəcə  olaraq  bir  formadan  digər 
formaya keçir. Digər peripatetik filosoflardan fərqli olaraq 
maddənin  varlığının  məhvi  ilə  onun  maddiliyinin  itməsi 
fikrinin  əleyinə  çıxırdı.  Lakin,  bu  məsələyə  fərqli  müna-
sibətini  nəzərə  almasaq,  Tusinin  varlıq  haqqındakı  fikir-
lərinin  Farabi,  İbn  Sina  və  Bəhmənyarın  fikirləri  ilə  üst-
üstə düşdüyünü görərik.  
Gerçəklikdə bütün mövcud olanları, varlıqları zəruri və 
mümkün olmaqla iki qismə bölür və zəruri varlıqdan daha 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
55 
çox  mümkün  varlığın  şərhi  üzərində  dayanır.  Nəsirəddin 
Tusiyə  görə  bütün  varlıqların,  ətraf  aləmin,  təbiət  və 
təfəkkürün  səbəbi  məhz  zəruri  varlıqdır.  Həmin  bu  zəruri 
varlıq  gerçək  aləmi  yaratması  nəticəsində  mümkün  varlıq 
ortaya  çıxır.  Zəruri  varlığın  isə  heç  bir  yaradıcısı  və 
təsiredicisi  yoxdur.  Elə  bu  səbədən  də  zəruri  varlıq  özü-
özünü  formalaşdırır,  özü-özülüyündə  mövcud  olur,  özü-
özünə təsir edir və özünü yardır. (50,səh.244). 
İnsanların  şəxsi  iradəsindən  asılı  olmayan  zəruri 
varlığın  heç  bir  səbəbə  ehtiyacı  yoxdur.  Bütün  mümkün 
varlıqların səbəbi olan zəruri varlıq ən ali yaradandır. 
Bu  düşüncə  tərzi  ilə  idealizimə  yaxınlaşan  filosof, 
zəruri  varlıq  dedikdə  yalnız  və  yalnız  Allahdan  başqa  bir 
şey düşünmürdü. Daha çox  mütərəqqi, islam ilahiyyatçları 
ilə  oxşar  düşüncə  tərzinə  malik  olan  filosof  varlığa  tərif 
verməyi qeyri-mümkün hesab edirdi. 
Mümkün  varlığı  aksidensiyaya  (təsadüfə)  və  substan-
siyaya (mahiyyətə) bölən filosof zəruri varlığı isə bölünməz 
hesab  edirdi.  Bəlkə  də  ateizm  mövqeyində  günahlandırıl-
masından ehtiyat edən filosof zəruri  varlığın,  yəni Allahın 
şərh  edilməsinə  az  yer  vermişdi.  Nəsirəddin  Tusinin 
düşüncəsinə görə substansiyanın var olması ilə varlığın var 
olması arasında heç bir fərq yoxdur. 
İbn  Sina  və  Bəhmənyarın  varlıq  haqqındakı  düşün-
cələrinə  arxalanaraq  substansiyaya,  mahiyyətə  mailk  olan 
hər  şeyin  heç  bir  zaman  səbəb  ola  bilməyəcəyinin  qeyd 
edir. Bunun səbəb deyil, səbəbin ortaya çıxartdığı nəticə ola 
bilməsinə  Tusi  inanınırdı.  Tusiyə  görə  bütün  varlıqların 
səbəbi  zəruri  varlıqdır,    zəruri  varlıq  eyni  zamanda  özü 
özünün səbəbidir. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
56        
Cisim olmayan zəruri varlıqlar heç bir zaman ölmürlər, 
çünki, onların mövcud olmaları ilə yaşamaları arasında heç 
bir fərq yoxdur. Zəruri varlıqların heç bir başlanğıcı və heç 
bir sonu yoxdur, mümkün varlıqların isə başlanğıcına təsir 
edən  bir  sıra  amillər  vardır.  Elə  bu  səbəbdən  də  başlanğıc 
hər şeyin başlanğıcı demək deyil, sadəcə olaraq nəticə olan 
mümkün varlıqların başlanğıcıdır. Bütün nəticələri yaradan 
səbəb isə hər şeyin əvvəlini təşkil edən ən ümumi varlıq − 
vahid varlıqdır. 
Zəruri varlığın yoxluğunun fərz edilməsinin belə qeyri-
mümkün  olmasını  irəli  sürən  filosof  zəruri  varlığın 
mümkün  varlıqdan  irəlidə  olması  fikrini  qeyd  edirdi. 
Nəsirəddin  Tusi  Bəhmənyarın  bu  barədə  fikirləri  ilə  də 
razılaşırdı:  «Üstün  və  sadiq varlıq qabaq  sayılmışdır.  Belə 
ki, ondan sonrakının malik olmadığı bir şey vardır. Qabaq 
sayılan  həmin  əvvəlinci  varlığın  malik  olduğu  şeyə  malik 
deyildir.» 
Zəruri  və  ya  vacib  varlığın  müəyyənləşməsi  və 
müəyyənləşməməsi  mövzusuna  gəlincə  Tusi  qeyd  etmişdi 
ki, müəyyənləşməmiş varlıq xaricdə mövcud ola bilməz, bu 
isə başqasını vücuda gətirməyə mane olur. 
İlk  varlıq  olan  vacib  varlığın  nə  bir  əks  tərəfi,  nə  bir 
misli,  nə  də  ki,  başqa  fərqləndirici  bir  əlaməti  vardır.  İbn 
Sinanın  bu  məsələ  barədə  fikrini  təsdiqləyən  filosof 
aristotelizimin  ənənəvi  ideyalarını  islam  dünyagörüşü 
baxımından  şərh  edirdi.  Filosofun      zəruri  (vacib)  varlıq 
haqqındakı  fikirləri  islam  teoloqlarının  tövhid  ilə  bağlı 
düşüncələri  ilə  üst-üstə  düşsə  də  F.Razi  peripatetiklərin 
düşüncəsini  tənqid  edirdi.  N.Tusi  məşhur  mütəkəllim  ila-
hiyyatçısının  düşüncəsinin  məntiqsiz  və  əsassız  olduğunu 
da  isbat  etməyə  çalışmışdır.  F.Razinin  düşüncəsinə  görə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə