Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə26/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
78        
rayış  və  təsəvvürlər  isə  mühakimələrin  və  anlayışların 
təməl daşına çevrilir. 
Hər  zaman  Aristotelin  ideyalarını  özünün  istinadgah 
nöqtəsinə çevirən Tusi duyğuların fəaliyyəti olmadan bilik 
alınmasını qeyri-mümkün hesab edirdi. Duyğular vasitəsilə 
ətraf  aləmin  bütün  predmet  və  hadisələri  şüurda  dərk 
olunur. 
Duyğular Tusinin apardığı bölgüdə xarici hissləri təşkil 
edir.  Bi  bölgünün  digər  qütbünü  təşkil  edən  daxili 
hisslərdən fərqli olan xarici hisslər beş duyğudan ibarətdir. 
Beş duyğunun görmə (bəsər), eşitmə (səm), iybilmə (şəm), 
dadbilmə  (zauq)  və  toxunmadan  (ləms)  ibarət  olmasını  və 
daxili  hisslərin  xüsusiyyətlərini  uyğun  bir  şəkildə  göstərir. 
Obyektiv  gerçəkliyin  subyektiv  təzahürləri  olan  duyğular 
vasitəsillə xarici  predmetlərin sturukturu yaranır. 
Dərketmə  prosesi  zamanı  duyğunun  roluna  müsbət 
dəyər verib, onu hətta «zəkanın mənbəyi» deyə adlandırır-
dı.  İdrak  prosesini  yanılmalardan  gerçəyə,  qeyri-kamillik-
dən  kaamilliyə  doğru  inkişafında  duyğunun  ilk  və  əsas 
rolda  çıxış  etdiyini  qeyd  edirdi.  Təkcə  ayrı-ayrı  elm  sahə-
lərinin deyil, universal idrakın da təməlində duyğu durur. 
«Elmlərin açarı duyğudur» deyən filosof duyğu vasitə-
silə konkret şeylərin konkret xassələrini dərk etməyə imkan 
yaratdığı  haqqında  da  qeyd  edirdi.  Rənglərin  görmə  hissi, 
danışıq  səslərin  eşitmə  hissi,  müxtəlif  qoxuların  iybilmə 
hissi,  qidanın  müxtəlif  keyfiyyətlərinin  dadbilmə  hissi, 
istilik  və  soyuqluğun  isə  toxunma  (lamisə)  hissi  ilə  dərk 
olunduğunu misal kimi göstərmişdi. 
Göründüyü  kimi  hiss  üzvlərinin  hər  birinin  ayrıca  bir 
keyfiyyəti  dərk  etmə  funksiyası  daşıdığı  və  digərindən 
fərqli məna ifadə etdiyi məlum olur. Bütün hiss üzvlərinin 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
79 
fəaliyyəti nəticəsində  dərk  edilməyən  şey və hadisələri  bir 
daha  hissi  idrak  vasitəsilə  dərk  etməyə  çalışmaq  səhv  bir 
prosesdir.  Bu  prosesin  nəticəsində  hər  hansı  bir  mahiyyət 
qismən və ya məhdud bir şəkildə dərk edilir, yaxud da heç 
edilmir. 
N.Tusi  nin  qənaətincə  insanın  hissi  idrakda  buraxdığı 
səhv insanın özü tərəfindən nəzərə çarpılmır. Buna nümunə 
kimi Yer kürəsindən  altımış dəfə böyük olan Günəşin çox 
kiçik görüntüyə malik olmasını göstərir. Filosofa görə hissi 
idrak  zamanı  insanın  buraxdığı  səhvlər  də  eyni  ilə  buna 
bənzəyir.  
Qavrayış,  təsəvvür,  hafizə  kimi  idrak  formalarının  da-
xili  hisslərə  aid  olduğunu  göstərir.  Bu  terminlərə  də  baxış 
aristotelizimin  təsiri  altında  formalaşmışdır.  «Kəlamın 
təcridi» adlı əsərində daxili hisslər haqqında qısa məlumat 
verən  mütəfəkkir,  dərketmə  zamanı  duyğulardan  alınmış 
məlumatın  daxili  hisslərdə  təşəkkül  tapdığını  qeyd  edir. 
Daxili  vəı  xarici  hissləri  vəhdətdə  götürərək,  mütəkkə-
limlərin  əksinə  doğru  hərəkət  edərək  özünüidarə,  yəni 
davranış hissinin də mövcudluğunu qeyd edirdi. 
Duyğuların aldığı məlumatların bir-birini tamamlaması 
və  daxili  hisslərdə  formalaşması  ideyası  peripatetizm 
fəlsəfəsinin özülünü təşkil edir.  Hissi idrak  zamanı cismin 
bütün  xarici  keyfiyyətləri,  zahiri  xüsusiyyətləri  haqqında 
alınan  bilik  qane  edici  deyildir.  Bu  zaman  yeni  idrak 
növünə ehtiyac yaranması ortaya çıxır.  
Bu  idrak  növü  isə  məhz  elə  əqli  idrakdır.  Əqli  idrak 
zamanı  predmet  və  şeylərin  mahiyyəti  daxili  xarakterləri, 
qeyri-maddi  xüsusiyyətləri  insanlar  tərəfindən  dərk  edilir. 
Duyğular  vasitəsilə  predmet  və  hadisələr  haqqında  əldə 
olunmuş biliklər hiss üzvlərinin köməyi ilə qavranıldıqdan 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
80        
sonra  təsəvvür  əldə  edilir  və  hafizə  vasitəsilə  yadda 
saxlanılır. Bu proseslərdən sonra isə hissi idrakın fəaliyyəti 
qurtarır və əqli idrak fəaliyyətə başlayır. 
 Göründüyü  kimi  əsasən  ikinci  mərhələdə  fəaliyyət 
göstərən əqli idrak hissi idrakın dərk edə  bilmədiyi hadisə 
və  predmetlər  haqqında  mülahizə  yürüdür.  Digər 
aristotelçilər  kimi  Nəsirəddin  Tusi  də  əqli  idrak  zamanı 
dərkolunma  prosesinin  dürüst  tamamlanmasına  heç  bir 
şübhə  etmirdi.  Lakin  əqllərin  göstərdiyi  funksiyaların 
nədən  ibarət  olması  haqında  yürüdülən  mühakimələrdə 
peripatetiklər  arasında  fikir  ayrılığı  yaranır.  «Məsələlərin 
mahiyyəti»  adlı  traktatında  Əbunəsr  Fərabi  əqli  üç 
kateqoriyaya bölür:  
1)
 
potensilal, yaxud təsirlənən əql
2)
 
aktual, yaxud da vərdişlə olan əql
3)
 
qazanılmış əql; 
«İşarələr  və  qeydlər»  kitabında  isə  İbn  Sina  əqli  dörd 
qrupa  bölərək  aktual  və  vərdişlə  olan  əqli  bir-birindən 
fərqləndirirdi. 
Nəsirəddin  Tusi  isə  İbn  Sinanın  «İşarələr  və  qeydlər» 
kitabına  yazdığı  şərhdə  əqlin  tamamilə  fərqli,  tamamilə 
doğri  bir  bölgüsnü  vermişdir.  Elmi  və  gündəlik  bilikləri 
əməli  və  nəzəri  olmaqla  iki  yerə  bölən  filosof  bunların 
arasındakı  fərqli  cəhətlərin  nədən  ibarət  olduğunu  açıb 
göstərmişdir. «O insan ağlını iki formaya- nəzəri və əməli 
formalara  ayırır.  Həmin  formaları  da  öz  növbəsində  dörd 
şəkilə  bölür.  Bunlar:  Həyulani  ağıl  (potensial  ağıl),  kəsb 
edilmiş  ağıl,  vərdiş  halını  almış  ağıl,  faktiki  ağıldır.»  (70, 
səh. 458). 
Bu  mövzuya  qeyri-kamilliklə  kamilliyin  arasındakı 
mövqedən  yanaşır.  İnsani  nəfslərin  yalnız  əqllə  dərk 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə