NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
85
etmək məqsədi ilə meydana gələn dövlətin əsas məqsədi
insanlara xidmət göstərməkdir.
Üç bölmədən ibarət olan «Əxlaqi-Nasiri» əsərinin
üçüncü bölməsində (məqaləsində) «Ölkəni (şəhərləri) ida-
rəetmə qaydaları» adını verdiyi hissədə də öz ictimai-siyasi
fikirlərinə yer ayırmışdır. «Əsərin bu hissəsində dövlətin
inzibati və iqtisadi funksiyalarının analitik təhlili verilir,
dövlətin və siyasi idarəetmənin zəruriliyi konkret məntiqi
əsaslarla sübut edilir. N.Tusinin dövlətin yaranması
haqqında fikirləri də çox maraqlıdır. Mütəfəkkir güclü
dövlətin bazasını ittifaqda görürdü...» (107).
Tusiyə görə mənəvi və maddi əsasları özündə əks
etdirən dövləti qüsursuz idarə etmək mümkün deyil. Dövlə-
tin yaranmasında rol oynayan maddi tələbatına cəmiyyətin
qarşılıqlı fəaliyyəti, mənəvi tələbatına isə cəmiyyətin qar-
şılıqlı sazişini nümunə göstərmək olar.
Tusinin utopik cəmiyyətin yaradılması haqqında irəli
sürdüyü müddəaların əsasında ədalətlilik prinsipi mühüm yer
tuturdu. «Fərabi və Nizamidən sonra Nəsirəddin də utopik
cəmiyyət ideyasını önə sürür. Onun ictimai-siyasi gö-
rüşlərinin ana xəttinin leytmotivi ədalətlilik prisipinin
bərqərar edilməsidir. Dövlət başçısı xalqa münasibətdə
ədalətlilik prinsipini heç vaxt unutmamlıdır.»(70, səh. 459).
Tusinin
siyasi baxışları antik dövr yunan
fələsəfəsinin, əsasən də Platon utopiyasının təsiri altında
formalaşsa da onun özünəməxsus cəhətləri də burada öz
əksini tapmışdı. «Şahın rəiyyətə məhəbbəti-ata məhəbbəti,
rəiyyətin şaha məhəbbəti-övlad məhəbbəti, rəiyyətlərin
bir-birinə məhəbbəti-qardaş məhəbbəti kimi olmalıdır; bu
zaman onların arasında nizam olar. Bu təşbehdən məqsəd
odur ki, şah: şəfəqqət, mərhəmət, lütf, kəramət, qayğı,
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
86
tərbiyə, kömək, məsləhət, zərərli şeylərdən uzaqlaşdırmaq,
xeyirliləri yaxınlaşdırmaq və bu kimi işlərdərəiyyətlə
mehriban ata kimi rəftar etsin» (13, 260).
Filosof dövlət başçılarına məsləhət görür ki, qılıncın
gətirdiyi faciədənsə qələmin gətirdiyi hörmətə üstünlük
vermək lazımdır. Azadlığa böyük önəm verən filosof
zəmanəsini haqsızlıq zəmanəsi adlandırır, ədalətə böyük
önəm verirdi.
Yaşadığı cəmiyyətdəki bütün münasibətləri güclü
müşahidə apararaq xarakterizə edən Tusi qeyd edirdi ki,
yaşadığımız toplum müxtəlif zümrələrin (siniflərin,
silklərin) qarışığından yaranıb. Filosofa görə bu zümrələr
aşağıdakılardan ibarətdir:
1. Əmirlər zümrəsi.
2. Tacirlər zümrəsi.
3. Sənətkarlar zümrəsi.
4. Əkinçilər zümrəsi.
İnsanların arasında əmlak bərabərsizliyini adi bir hal
kimi qəbul edən Tusi siyasi hakimiyyəti dini mövqeydən
şərh edirdi. Bu fikirləri «Əxlaqi-Nasiri» əsərində müdafiə
edən Tusiyə görə əgər insanlar arasında əmlak bərabərliyi
olarsa o zaman onlar arasında əlaqə pozular. Filosofun
düşüncəsinə görə cəmiyyətin bütün ünsürlərinin hamısı
mülkiyyət səbəbilə zəngin və ya mülkiyyət səbəbilə yoxsul
olsalar insanların bir-birinə olan ehtiyacı öz əvvəlki
mahiyyətini itirə bilər.
Göründüyü kimi Tusi öz ictimai-siyasi baxışlarını ha-
kim təbəqənin mənafeyinə uyğun hazırlamışdı. «O, cəmiy-
yətin mövcudluğu üçün sosial bərabərliyin əngəl olmasını
göstərir. Mövcud sosial münasibətlərin əbədiliyindən çıxış
edən Tusi, onlara tabe olmağı düzgün hesab etməklə
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
87
yanaşı, xalqın maraqlarına zidd olan, onu qul halına salan
siyasəti naqis hesab edirdi.» (106, səh.526).
Tusi öz ictimai-siyasi görüşlərini feodal cəmiyyətinin
dünyagörüşünə, psixologiyasına uyğun qursa da ədalətli və
müdrik hökmdar ideyası onun ictimai-siyasi görüşlərinin
leykmotivini təşkil edirdi.
Tusinin nöqteyi-nəzərincə siyasətin iki növü
mövcuddur:
1). Fazilə (Fəzilətli) siyasət.
2). Naqis (Nöqsanlı) siyasət.
İmamət də adlandıran fazilə siyasət nəticəsində xalq
kamillik yolundan keçərək səadətə qovuşmuş olur.
Zorakığa əsaslanan naqis siyasət isə fazilə siyasətin əksini
təşkil edir. Naqis siyasətin törətdiyi fəsadlar nəticəsində qul
halına salınan xalq bədbəxtçiliyə düçar olur.
Fazilə siyasət nəticəsində səmiyyətdə ədalət bərqərar
olur, bu zaman insanlar öz şəhvani hisslərinə hakim kəsilir.
Naqis siyasətin təməlində şər işlər durduğu səbəbindən
burada insanlar öz şəhvani hisslərinə qurban gedir və bu
hisslərun köləsinə çevrilir. Bu zaman xalq arasında
xöşagəlməz meyllər özünə geniş yer tapır.
Siyasət haqqındakı fikirlərində də antik fəlsəfəyə
istinad edən Tusi eyni zamanda Aristotelin siyasəti dörd
qrupa ayırması fikiri ilə də razılaşır və qeyd ki, bu
siyasətlər içərisində ölkə siyasəti ən önəmli yer tutur.
Füzalə siyasəti də adlandırılan ölkə siyasətinin təməlində
rəiyyəti idarə etmək ideyası durur.
Qələbə siyasəti isə nankör və naxələf insanlar barədə
görülən tədbirdir. Kəramət siyasəti, başqa sözlə peşə
siyasəti nəticəsində cəmiyyətdə peşələr, sənətlər inkişaf
edir. Camaat siyasəti sayəsində əhali arasında ədaləti bərpa
Dostları ilə paylaş: |