Namiq Abbasov, Rəhim Həsənov
~ ~
88
etmək mümkün olur. Bəsit siyasətin qisimləri olan ölkə
siyasəti, qələbə siyasəti, kəramət siyasəti və camaat siyasəti
içərisində şübhəsiz ki, ən önəmli yeri ölkə siyasəti tutur.
Siyasətlər siyasəti hesab olunan ölkə siyasəti əhalinin hər
təbəqəsinin idarə olunmasında həlledici amil rolunu
oynayır.
Dövlətin yaranmasında ittifaq konsepsiyasını irəli sürən
Tusi insanın cəmiyyətdən kənar movcudluğuna inanmırdı.
İnsanı ictimai varlıq kimi xarakterizə edərək dövlətdə
yaranmış ittifaqı insan bədəninin tərkibi ilə müqayisə
edirdi. İnsanlar dörd ünsürün müvafiq uyğunluğu ilə var
olduqları kimi cəmiyyət də dörd təbəqənin uyumu
içərisində bərqərar tapır:
1). Qələm əhli (ziyalılar).
2). Qılınc əhli (ordu, hərbiçilər).
3). Müamilə əhli (bürokratlar, tacirlər və sənətkarlar).
4). Ziraət əhli (əkinçilər, maldarlar, kəndlilər).
Qələm əhli deyə adlandırılan ziyalılar, ilahiyyatçılar,
münəccimlər və təbiblər dörd ünsürə nisbətdə suyu əvəz
edirlər. Dünyanın və dinin mövcud olması elmi və bədii
yaradıcılıqla məşğul olan qələm əhlindən asılıdır.
Dünyadakı intizam əllərində saxlayan qılınc əhli olan
döyşçülər, hərbiçilər, mühafizəçilər dörd ünsürdən odu
əvəz edirlər. Hava yerində olan müamilə əhlinin köməyi ilə
məişət təmin olunur. Ziraət əhli isə torpağı əvəz edir,
bunların əməyi nəticəsində yaranan məhsullar da insanların
yaşaması üçün zəruri bir mahiyyət kəsb edir.
Filosofun əqidəsi nöqteyi-nəzərincə qələm dörd
zümrənin əlində olmalıdır:
1)
Din əhli;
2) İncə elmlər,
o cümlədən hikmət, nücum;
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
90
Cəmiyyətdə ədalətlilik prinsipi pozulduğu zaman ilk
olaraq aşağı təbəqə mənfi təsirə məruz qalır.Tusinin
fikrincə aşağı təbəqə aşağı təbəqə özüdən yuxarı təbəqədə
daima maddi və mənəvi yardım gözləyir. Bu yardım öz
mənzilinə çatmadığı anda aşağı təbəqə öz ehtiraz ifadəsini
qaldırır və bu da xoşagəlməz fəsadlara səbəb olur.
Cəmiyyətdə ədalətlilik prinsipinin pozulmasına bir sıra
münaqişələr səbəb olmuşdur ki, bu münaqişələr cəmiyyətdə
ədalətlilik prinsipinin pozulmasına səbəb olur. «Bu
münaqişələr aşağıdakılardır:
-
hakimiyyət
üstündə münaqişə
-
vəzifə üstündə münaqişə
-
var-dövlət üstündə münaqişə
-
namus üstündə münaqişə
-
əqidə üstündə münaqişə.» (73, səh.26).
Tusinin ziddiyyətli ifadələri müasir dövrdə mülahizə
edərkən bu qəanətə gəlmək olar ki, o feodal ictimai-iqtisadi
quruluşunun mənfi cəhətlərini ya görmür, ya da görmək
istəmirdi.
Bütün bu hallara baxmayaraq o cəmiyyətin aşağı
təbəqələrinin–kəndlilərin, yoxsulların, sənətkarların yaşayış
səviyyəsinin yaxşılaşdırılmasına cəhd göstərmiş, bu barədə
əlindən gələni əsirgəməmişdir.
İqtisadi fikirlərini də bu yönə istiqamətləndirən Tusi
Şərq dünyasının ictimai həyatında ticarətin də böyük rol
oynayacağını qeyd edirdi. Ticarətlə məşğul olan şəxslər
tamahkarlıq kimi hisslərdən uzaq olmalıdır. İnsan
mənəviyyatına yad olan bu qəbildən olan meyllərə tacirlər
düşmən gözü ilə bxmalıdır.
N.Tusi dövlət başında duran şəxsə xalqla öz arasında
sərhəd qoymamağı məsləhət görürdü. Dövlət başçısı xalqa