Namiq Abbasov, Rəhim Həsənov
~ ~
94
ehtiyac yoxdur. Əhali arasında nizam-intizam olsa, bu
onlara uzun müddət bəsdir. Lakin bütün dövrlərdə müdrik
bir rəhbərə və tədbir sahiblərinə ehtiyac vardır. Tədbir
olmasa nizam-intizam aradan qalxar, insan cəmiyyəti lazım
olduğu kimi inkişaf etməz…» (23, 156).
Əgər orta əsrlərdə bir çox nəzəriyyəçilər qanunun ilahi
mahiyyət kəsb etdiyindən söz açırdılarsa Tusi qanunun
kamil insanın zəkasının məhsulu olmasını vurğulayırdı. Öz
humanistliyi ilə də məşhur olan filosof qanunların cəza
vermək funksiyasından çox islah etmək funksiyasına önəm
verilməsini vurğulayırdı. Qanunların da qruplaşmasına
ədalət nöqteyi-nəzərincə yaxınlaşan Tusi qanunları ədalətli
və ədalətsiz olaraq iki qisimə bölür. Qanunların ədalətli və
yaxud ədalətsiz olması dövlət başçısının yürütdüyü
siyasətdən, onun şəxsi keyfiyətlərindən asılıdır. Əgər
qanunlar dövrün tələblərinə cavab vermirsə deməli bu
qanunları təkmilləşdirmək lazımdır.
Tusinin utopik ideyalarının gerçəkləşməsi nəticəsində
xeyirxah dövlət tipi meydana gəlir. Bu xeyixah dövlətdə
insanlar ləyaqətli bir həyat tərzi keçirir, dövlətin başında da
əxlaqlı, adil və müdrik rəhbər durur. Ülvi və ali hisslərin
özlüyündə kök saldığı xeyirxah dövlət tipində yalnız
maarifçilik monarxiyası hökm sürür. Uzun müddət
idarəetmə işlərində yüksək vəzifələrdə çalışan Tusi qeyd
edirdi ki, dövləti qüsursuz idarə etmək mümkün deyil.
Xeyirxah dövlətdə ədalətli qanunlar hökm sürsə də
qanunların aliliyinə nəzarət etmək zəruridir. Dövlətin idarə
edilməsi, qanunalara nəzarət aşağıdakı müssisələrin
köməyilə mümkün olur:
1. Qanunları nizamlayanlar-islam hüquqşünasları,
natiqlər və xəttatlar;
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
95
2. Qanunların adilliyinə və cəmiyyətdə bərabərliyə
nəzarət edənlər;
3.
Dövləti mühafizə edənlər;
4. Dövlətin varlığının qayğısına qalanlar.
N.Tusi nin ictimai-siyasi görüşləri onun müasiri olmuş
Siracəddin Urməvinin ictimai-siyasi görüşləri ilə oxşarlıq
təşkil edir. Tusi də Urməvi kimi aşağı təbəqəni müdafiə
edir, rəiyyətə müntəzəm olaraq diqqət yetirilməsini
vurğulayırdı. «Rəiyyəti ədalət, fəzilət və hikmət qanunları
əsasında idarə etmək lazımdır. Bədən-təbiətlərin, təbiətlər
nəfisin, nəfs-əqlin sayəsində möhkəmləndiyi kimi, şəhər-
lərin möhkəmliyi siyasətə, siyasətin möhkəmliyi isə
hikmətə bağlıdır.» (31, səh. 232)
Əgər dövlətə sirayət edilən hikmət ədalət və intizam
çərçivəsinə uyğun olarsa bu zaman dövlətin kamilləşmiş
gələcəyindən, onun təkamülündən söhbət açmaq olar. Əgər
hikmət yuxarıda göstərilən prinsiplərə mütabiq olmasa bu
zaman dövlətin süqut etməsindən, onun tənəzzülə
uğramasından danışmamaq mümkün deyil.
Şəxsiyyətə böyük önəm verən Tusi dövlətin tənəzzülə
uğramaması üçün dövlət başçısında yeddi mühüm xüsu-
siyyətin olmasından bəhs edirdi.
1). Atalıq - bu hamıya mehriban münasibət
göstərməklə, qəzəb hisslərini boğmaqla ölçülür.
2). Alicənablıq - yalnız qəzəb qüvvəsi ilə şəhvət
qüvvəsini özündən uzaqlaşdırdıqdan sonra yaranır.
3). Mətinlik - dərin düşüncə və obyetiv fikiri özündə
ehtiva edir.
4). Əzmlilik - obyetiv rəylə bitkin iradənin məhsulu
olan bu xarakter bütün hökmdarlarda olmalıdır.