Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə33/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
100        
dəyişdirmək,  bu  əmrlər  üzərində  islahat  aparmaq  daha 
məqsədəuyğun bir hal hesab edilir. 
Tusi  bu  nöqteyi-nəzərdən  anoloji  yanaşmanı  Hüalakü 
xandan  sonra  hakimiyyətə  gələn  Abaqa  xana  da  məsləhət 
görürdü.  Mütəfəkkir  Abaqa  xana  məsləhət  görürdü  ki,  o 
atasının  verdiyi  əmrləri  diqqət  yetirsin  və  bu  əmrlər 
üzərində  müsbət  yöndə  düzəlişlərin  aparılması  barədə 
tədbir görsün. Göründüyü kimi dahi filosof dövlət işlərinin 
idarə  edilməsində,  xüsusilə  də  aşağı  kütlənin  ictimai-
iqtisadi  durumunun  hər  zaman  tərəqqi  yolu  ilə  inkişaf  et-
məsində bütün yollardan və vasitələrdən istifadə etmişdir. 
Tusinin dünyagörüşünün təməlində insan problemi əsas 
yer  tutduğundan  ideal  ailə  ve  ideal  cəmiyyət  yaratmaq 
barədə  də  düşünmüşüdür.  «Əxlaqi-Nasiri»  əsərində  bu 
problemləri müzakirə obyektinə çevirir. Ümumiyyətlə, Tusi 
elmi  fəaliyyətinə  nəzər  yetirdiyimiz  zaman  onun  ideal 
cəmiyyət,  ideal  dövlət  qurmaq  baradə  mülahizələrinə  rast 
gəlmək mümükündür. Mütəfəkkir bunu əməli fəaliyyətində 
də mümkün qədər tətbiq etməyə cəhd göstərmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
101 
Elmi gerçəklər üzərində razılaşmaq varkən, söz 
yığınlarıyla döyüşmək nə üçün? 
 F.Bekon 
 
 
2.4. Elmlərin təsnifatı 
 
Müasir  dövrdə  elmin  araşdırdığı  ən  aktual  və  zəruri 
problemlərdən  biridə  elmlərin  təsnifatıdır.  Bir  sıra 
tədqiqatçılar  səhvən  elm  tarixinin  Yeni  Dövrdə  meydana 
gəldiyini  və  elmşünaslığın  müstəqil  bir  fənn  kimi  yalnız 
XX  əsrdə  bərqərar  olduğunu  bildirirlər.  Müsəlman 
Şərqində  elmlərin  təsnifatını  ilk  dəfə  verən  Xəlil  ibn 
Əhməd  Farahidi  (718-791)  olmuşdur.  Bəzi  tədqiqatçılar 
məşhur  ərəb  alimi  Əbu  Musa  Cabir  ibn  Həyyanın  (721  -  
815)  «Kitab  əl-hüdüd»  əsərində  elmlərin  təsnifatı  prob-
leminin qoyulmasından bəhs etsə də bu əsərdə problem tam 
həllini  tapa  bilməmişdir.  Elə  bu  səbəbdən  də  islam 
dünyasında elmlərinin təsnifatının verilməsi problemi əsaslı 
olaraq  Xəlil  ibn  Əhməddən  başalyır.  Xəlil  ibn  Əhməddən 
sonra  Yaqub  Əl-Kindi  (800-873)  «Məiyətu-l-ilmi 
vəəqsamuhu» adlı əsərində elmlərin təsnifatını versə də bu 
əsər  müasir  dövrdə  hələ  də  əldə  olunmamışdır.  Şərq 
aləmində  elmlərin  təsnifatınını  müəkəmməl  şəkildə  verən 
filosof Əbu Nəsr Farabi (870-950) olmuşdur. Onun «İhsau-
l-ulum  vətərif»,  «Məratibu-l-ulum»,  «Mətləu-l-ulum»  adlı 
əsərlərində  bu  problem  geniş  şəkildə  öz  əksini  tapmışdır. 
Ensiklopedik  zəkası  ilə  tanınan  Nəsirəddin  Tusi  də  bu 
problemə  toxunur,  elmin  mahiyyəti  və  elmlərin  təsnifatı 
barədə  öz  fikirlərini  bildirir.  Düşüncə  tarixində  elmlərin 
təsnifatını ilk olaraq verən Aristotelin düşüncələrindən, Əl-


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
102        
Kindinin  təsnifatından  və  Əbu  Nəsr  əl-Farabinin  məşhur 
«İhsaül-ülum»  yəni,  «Elmlərin  siyahıya  alınmasına  dair» 
adını  verdiyi  əsərdən  bəhrələnən  Tusi  də  elmlərin 
təsnifatını özünəməxsus şəkildə izah edirdi. «Əgər elmlərin 
təsnifat tarixini nəzərdən keçirsək, hər şey fəlsəfənin daxili 
bölgüsündən  başlanır.  Çünki  qədim  dövrdə  elmlər  hələ 
fəlsəfədən  ayrılmamışdı.  Təsadüfi  deyil  ki,  Aristotel  də 
elmlərin  təsnifatını  fəlsəfənin  daxili  hissələri  kimi 
vermişdi.»(32,səh.165). 
Azərbaycanın  düşüncə  sahiblərinin  elmi-fəlsəfi  yaradı-
cılığına  nəzər  yetirdiyimiz  zaman  elmlərin  təsnifatının  ve-
rilməsi  və  elmlərin  sistmatik  bir  qaydaya  salınması 
haqqıında edilən ilk cəhdin də  Nəsirəddin Tusi tərəfindən 
edilməsinin şahidi oluruq. Bu dahi alimin elmlərin bölgüsü 
haqqında söylədiyi fikirlər Azərbaycan düşüncə tarixi üçün 
qeyri-adi  bir  hal  idi.  Tusi  elmlərin  təsnifatını  verərkən 
onları  nəzəri  hikmət  və  əməli  hikmət  deyə  iki  qrupa 
bölürdü.  Nəzəri hikmətə elmi nəzəriyyələr, əməli hikmətə 
isə praktiki fəaliyyət daxildir.  Əgər  hər  hansısa bir şəxsdə 
nəzəri  hikmət  və  əməli  hikmət  bərabər  formada  yetkin-
ləşibsə bu zaman ən kamil alim tipi ortaya çıxır. 
Elmşünaslığa  aid  də  öz  sözlərini  deməyi  bacaran  Nə-
sirəddin  Tusiyə  görə  elm  hikmətin  və  mərifətin  tərkib 
hissəsidir. A. Rzayev haqlı olaraq qeyd edirdi ki, «Tusinin 
elmlər təsnifatı öz əhatəliliyi, dərinliyi və miqyası etibarilə 
diqqəti  cəlb  edir...  Tusi  XIII  əsrdə  orijinal  təsnifat  sistemi 
yaratmış,  özündən  əvvəlki  filosofların  təsnifatını  genişlən-
dirmək  və  dəqiqləşdirmək  yolunda  mühüm  addım  atmış-
dır» (65,səh.99).  
Şərq  peripatetik  filosoflarından  Fərabi,  Biruni  və  İbn 
Sinanın  elmşünaslığa  dair  fikirləri    N.Tusinin  elmşünaslıq  


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
103 
(yaxud  «elm  haqqında  elm»)    barədə  fikirlətinə  sirayət 
etmişdi.  Tusi  elmlərin  təsnifatını,  bölgüsünü  apararkən  bu 
məsələyə  Şərq  peripatetiklərinin  nöqteyi-nəzərincə  yanaş-
mışdır. 
Ümimiyyətlə bütün varlıqlar haqqında olan elm onunla 
məşğul  olan  insanları  hər  şeyi  olduğu  kimi  dərk  etməyə 
təhrik  edir.  «Elm  –  varlıqların  həqiqətən  necə  olduğunu 
düzgün təsəvvür etmək, insanın yaradıcı ağlı, nəfsi-əmr və 
sağlam  düşüncəsi  dairəsində  onun  xüsusiyyət  və 
keyfiyyətlərini  kəşf  etməkdir».  (31,  səh36)  Tusiyə  görə 
gerçəklikdə mövcud olan bütün varlıqlar zəruri və mümkün 
varlıq  kimi  iki  hissəyə  bölündüyündən  hikmət  elmi  də  iki 
qismə bölünür. Nəzəri hikmət də öz növbəsində varlıqların 
var olması etibarilə iki qisimə ayrılır. Bu bölgüdə əsas yeri 
varlıqların  maddə  ilə  olan  mümkün  və  qeyri-mümkün 
əlaqəsi əsas  yer tutur. Nəzəri hikmət bu baxımdan iki ayrı 
cəbhəyə parçalanır: 
1).  Maddə  ilə  əlaqədar  olan  varlıqlar  haqqında  olan 
elm. 
2).      Maddə  ilə  əlaqədar  olmayan  varlıqlar  haqqımda 
olan elm. 
Sonuncu  da  növbəsində  iki  hissəyə  bölünür,  bunların 
bir qismində maddənin iştirakı olmadan da təsəvvür yarana 
bilir.  İkinci  qismində  isə  maddənin  iştirakı  sayəsində 
mümkün  olanlar  haqqındakılar  mövzunun  obyektinə 
çevirilir. 
Yuxarıda  verilə  izahdan  sonra  Tusi  nəzəri  hikmət 
elminin üç hissəyə bölür: 
1).  Metafizika-  təbiətin  arxasında.  Orjinal  versiyalarda 
Tusi bu istilahı «Mabəd ət-təbiə» deyə adlandırırdı. 
2). Riyaziyyat 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə