Namiq Abbasov, Rəhim Həsənov
~ ~
82
ibarət olduğunu söyləyərək mükəmməl bir qnesologiya
nəzəriyyəsi yaratmağa müvəffəq olur.
Dərk etmə prosesinin mərhələlərdən ibarət olmasını
«İqtibasın əsası» traktatında verən Tusi şeylərin idrakının
bir mərhələdən ibarət olmasını ümid etmirdi. Şeylərin
müxtəlif xarakterlərindən irəli gələn təzahürlərin dərki
yalnız mərhələlərlə ola bilər.
N.Tusi idrak nəzəriyyəsini yaradarkən, idrak problem-
lərindən bəhs edərkən, işraqilik, sufilik və islam ideyala-
rından təsirlənmişdi. Orta əsrlər dövründə dinin hər sahəyə
nüfuz etməsi və N.Tusi nin ətrafında yaranmış qeyri-elmi
mühit də onun idrak nəzəriyyəsində öz əksini tapmışdır.
İdrak zamanı ilahi qüvvənin də subyektə birbaşa təsir
göstərməsi və yol göstərənin mücərrəd varlıq olmasını qeyd
edirdi.
Sufizm fəlsəfəsində mövcud olan kamilləşmə prosesi
isə Nəsirəddin Tusinin yaratdığı təfəkkürün təyin edilməsi
və ya determiləşməsi prosesi eyni məna çalarlarına
məxsusdur. Filosof təfəkkürü determiləşdirərkən gerçək-
likdə obyektiv surətdə mövcud olan hadisə və proseslərin
qanunauyğun surətdə mövcud olmasını, inkişafını
səbəiyyətlə əlaqələndirirdi. Həqiqəti axtaranlar isə yalnız
yaradanın köməkliyi sayəsində məqsədlərini reallaşdıra
bilərlər. İdrak nəzəriyyəsində bəzən mistikaya da meyl
edən filosof, məntiqi intusiya adlı termin də yaradır.
Tizfəhimlilik deyə adlandırdığı ikifikirlilik və irfan
adlandırdığı intusiya filosofun qnesologiya nəzəriyyəsində
vahidlik təşkil edir. İdrak surətini düzgün təxəyüllə
bağlayaraq, bu anlayışı korafəhimliyə əks qoyurdu.