Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə19/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
57 
əgər vacib varlıq üçün «varlıq» anlayışı istifadə olunursa o, 
heç zaman mümkün varlıq üçün işlədilə bilməz. 
N.Tusi  bu  məntiqsiz  fikri  təkzib  etməyə  çalışarkən 
göstərmişdir  ki,  yaxınlıq  təkcə  «varlıq»  termini  ilədir, 
əslində isə vacib və mümkün varlıq arsında fərqlər çoxdur. 
Bunu  sübut  etmək  istəyən  filosof  ağlıq  anlayışının  da 
müxtəlif  əşyalarda  əks  olunduğunu  nümunə  gətirir.  Və 
bunların  ümumini  təşkil  edən  təkcələrin,  hissələrin  də  bir-
birindən  fərqlənməsi  ilə  izah  edən  filosof  göstərir  ki, 
təkcələrin  bir-birinə  oxşar  cəhətləri  olduğu  kimi  fərqli 
cəhətləri  də  çoxdur.  Əslində  bir-birinin  tam  əksini  təşkil 
edən vacib və mümkün varlığın da oxşar cəhəti yalnız hər 
ikisinin şüurdan asılı olmayan varlıq olmasıdır. 
Cisimin  müəyyən  bir  xarakterə  malik  olması  ilə 
varlığın  mahiyyətə  malik  olması    arasında  N.Tusi  yə  görə 
fərq vardır. Varlığın mahiyyətə yaxud substansiyaya malik 
olması  arasında  əqli  cəhətdən  malik  olma  kimi  izah 
edərkən,  mahiyyətin  yalnız  əqldə  varlıqdan  ayrılmasını 
qeyd  edir.  Mahiyyətin  mövcudluğunun  şərti  kimi  hərəkəti 
qəbul edən filosof hərəkətin təbii və süni formalarını da bir-
birindən  fərqləndiyini  və  bu  fərqin  nədən  ibarət  olması 
haqqında  da  izahat  vermişdir.  Filosofun  fikrincə  gerçək-
liyin  yaranması,  fəaliyyət  göstərməsi  və  inkişafı  təbii 
hərəkət,  canlıların  cansızlara  olan  hərəkətini  isə  süni 
hərəkətə nümunə göstərir. 
Məşşaşilərin fikrinə istinad edən Tusi mümkün varlığın 
aksidensiyaları kimi göstərdiyi kəmiyyət, keyfiyyət, məkan 
və  zaman  kateqoriyaları  haqqında  da  məlumat  verir. 
Mövcud olması üçün zəruri varlığa ehtiyac duyan mümkün 
varlıqlar  özü-özülüyündə  olmayan  varlıqlardır.  Zəruri 
varlıqdan  fərqli  olaraq  mümkün  varlığın  mövcudluğu 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
58        
aşkardır.  Əgər  zəruri  mövcudluğunun  isbat  olunmasına 
ehtiyac  varsa,  mümkün  varlığın  mövcud  olması  isə  göz 
qabağındadır. 
Tusinin bu fikirlərini sufi mütəfəkkiri M.Füzuli «Mətlə-
ül  etiqad»  adlı  fəlsəfi  əsrində  öz  əksini  tapmışdır.  «Zəruri 
varlıq bütün cəhətlərdən bəsitdir. İkincisi isə budur ki, əql 
xəlq olunubdur, Yaradanın mahiyyəti onu qabaqlayıbdır və 
öz  yaradıcısından  sonra  gəlir.  Ona  görə  də  ağıl  özündən 
əvvəlkini  deyil,  yalnız  özündən  sonrakını  dərk  edə  bilər.» 
(22, səh.15).  
«Birinci  müəllim»  olan  Aristotel  kimi  cisimlərin 
materiya  və  formadan  ibarət  olduğunu  irəli  sürən  Tusi 
maddələri  sadə  və  mürəkkəb  deyə  iki  sahəyə  ayırır.  Möv-
cud  olan  hər  cür  varlığın  parçalanması  əgər  mümkünsə 
mürəkkəb, mümkün deyilsə və bölünürsə sadə maddə adını 
alır.  Cisimlərin  hamısının  mürəkkəb  olduğunu  iddia  edən 
filosof  sadə  cisim  adlandırdığı  materyanın  tərkibində  də 
məlum dörd ünsütrünün olduğunu vurğulayır. 
Cismanilik  termini  cismin  malik  olduğu  atributların 
birləşməsi  kimi  xarakterizə  edərək  heç  bir  cismaniliyin 
bəsit olmadığını cisimlərin bəsit olmadığını cisimlərin bəsit 
olmaması  ilə  izah  edir.  «Cisim»dən  və  «cismanilik»dən 
fərqli  olaraq,  «nəfs»in  sadə  olduğunu  bildirir.  Filosofun 
düşüncəsinə görə cisim mürəkkəb olsa belə  heç bir zaman 
iki  zidd  xüsusiyyət  qəbul  edə  bilməz,  nəfsdə  isə  əksinə 
olaraq  bir-birinə  zidd  xüsusiyyət  özünə  yer  tapa  bilər. 
Nəfsin cisim olmaması yaxud ruhun maddi olmaması fikri 
ilə razılaşaraq, nəfsin bütün bədəni idarə etdiyi və bədənlə 
ayrılmaz malik olduğunu göstərmişdi. 
N.Tusi  nin    materialist  fikirləri  aləmin  əzəli  və  əbədi 
olmasında,  səbəb  ilə  nəticə,  varlıqla  mümkün  varlıq  ara-


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
59 
sında  zaman  fərqi  olmamasında  öz  əksini  tapmışdır.    Bu 
məsələyə  göstərilən  münasibət  zamanı  islam  fanatikləri 
olan  mütəkəllimlərin  ideoloji  düşməninə  çevrilir.  Kreat-
sionizm  nəzəriyyəsini  müdafiə  edən  kəlam  tərəfdarları 
peripatetizimin əksinə  çıxaraq, Allahla  yaradılanlar arasın-
dakı  səbəb-nəticə  əlaqələrini  inkar  edirlər.  Allahın  insan-
ları,  vacib  varlığın  mümkün  varlığı  öz  azad  iradəsi  ilə 
meydan  çıxartdığını  söyləyən  mütəkəllimlər  dünyanın 
əbədi olmadığını əsərlərində sübut etməyə çalşmışlar. 
Öz  sələflərinin  ideyalarını  hər  zaman  qeyri-peripatetik 
düşüncələrdən  müdafiə  edən  Tusi  maddi  aləmin  heç  bir 
zaman məhv ola bilməyəcəyini öz əsərlərində möhkəm bir 
əqidəylə  söyləmişdir.  Varlıqların  məhvi  ilə  onların  yalnız 
forma  və  əlamətlərinin  dəyişməsini,  mütləq  yoxa  çıxma-
malarına  inanırdı.  Tusiyə  görə  köhnə  varlıq  məhv  olarkən 
yeni bir formaya keçir və bu formada qərar tapır. 
Peripatetik fəlsəfədə varlığın vacib, mümkün və qeyri-
mümkün  varlığa  bölünməsi  mövzusuna  da  Tusi  öz 
fikirlərini  bildirməyə  bilməzdi.  Qeyri-mümkünə  əsaslanan 
varlığın  gerçəklikdə  fəaliyyət  göstərməməsini  və  mövcud 
olmamasını bildirərək bu termini inkar edir. Vacib varlığın 
tək  olduğunu,  mümkün  varlığın  isə  gerçəkliyin  mövcud 
olan  bütün  şeylərin  mahiyyətində  gizlənməsi  fikrini  qəbul 
etməsini isə qeyd etmişdik. Filosof vacib varlığın mümkün 
varlıqdan  zamanca,  mərtəbəcə,  məkanca,  şərəfcə,  mahiy-
yətcə və səbəbiyyətcə qabaq olduğunu yazır. 
Qabaq  mövcud  olan  varlığı  sonrakı  varlıqdan  üstün 
sayan  peripatetiklər  kimi  Tusi  də  bu  fikirə  müsbət  müna-
sibət  bildirmişdir.  İlk  öncə  mövcud  olan  varlıqda  mövcud 
olan  şeyə  sonrakı  varlıqda  rast  gəlinmir.  Çünki,  əvvəlki 
səbəb sonrakı isə nəticə rolunu oynayır. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə