C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə18/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   14   15   16   17   18   19   20   21   ...   207

37 

 

Xəstəliyin başlanğıcında badamcıqlann hiperemiyası, böyüməsi qeyd edilib, III 



həftədə  onların  xoralaşmsı  mümkündür  - Düge  anginası. Müasir dövrdə  bu  nadir  hallarda  rast 

gəlinir. 

Həzm  sistemində  olan  dəyişikliklər  mühüm  diaqnostik  əhəmiyyətə  malikdir. 

Dili quru, qalınlaşmış, kənarlarında dişlərin izi qalır. Ucu, kənarları ərpsiz - təmiz, çəhrayı rəngdə; 

üzəri isə qalın, ağ-boz ərplə örtülür. «TiJ'oz dil» adlanır. Dodaqlar quru, çatlamış, qabıqla örtülü 

olur.  Qarın  meteroizm  nəticəsində  bir  qədər  böyümüş,  palpasiyada  sağ  qalça  çuxurunda,  kor 

bağırsaqda kobud, iri qabacıqlı; qalça bağırsağın terminal hissəsində isə xırda qabarcıqlı qurultular 

qeyd edilir və bir qədər ağrılı olur ki, bu da ileitin olmasını göstərir. Perkusiya zamanı ileosekal 

nahiyyədə, sağ qalça çüxurunda perkutor tonun qısalması - Padalka simptomu müəyyən edilir. Bu 

miısariqə limfa düyünlərinin 

böyüməsi  ilə  əlaqədardır.  Müsariqə  limfa  düyünlərindəki  iltihabla  əlaqədar  çarpaz  Ştremberq 

simplomu  da  müsbət  olur.  Xəstəliyin 3-5-ci  günündən  dalaq, 1-ci  həftənin  axırlarından  isə 



qaraciyər böyüyür.  Bəzən xəstəlik  intoksikasiya əlamətləri bir o qədər büruzə vermədən kəskin 

qastroenterit və ya enlerii kimi başlaya bilər. Bu zaman ilk günlər bir elə də güclü olmayan mədə 

bulanması, qusma,  defekesiyanın  tezləşməsi,  nəcisin  patoloji  qarışıqlar  olmadan  durulaş-

ması, qarında yayılmış ağrılar qeyd edilir. 

Hemoqrammada xəstəliyin ilk 2-3 günü mülayim leykositoz qeyd edilsə də, 4-

5-ci gündən leykopeniya, sola meyllilik, aneozinofıliya, nisbi limfositoz, trombositopeniya olur. 

EÇS  bir  qədər  yüksəlir.  Bu  dəyişikliklər  xəstəliyin  ağırlığından  asılı  olaraq  büruzə  verir  və 

endotoksinlərin sümük iliyinə təsiri, leyko-sitlərin qarın boşluğu limfatik törəmələrinə yığılması 

ilə izah edilir. 

Sidiyin ümumi müayinəsində dəyişikliklər çox vaxt toksiki böyrək sindromları 

ilə büruzə verir. Proteinuriya, mikrohematuriya, silindruriya olur. 

Xəstəliyin I həftəsinin axırları, II həftəsinin əvvəllərində əlamətlər inkişaf edərək 

maksimuma çatır. Xəstəliyə xas olan əlamətlər tam büruzə verir - qızğın dövr başlayır, 1-2 həftə 

davam  edir.  Müasir  dövrdə  bu  dövrün  qısalması  müşahidə  edilir.  Temperatur  39-40°C-dək 

yüksəlir  və  sonrakı  müddətdə  daimi  xarakter  daşıyır.  Bu  tip  temperatur  əyrisi  trapezi 

xatırladır. Vunderlix tipli əyri adlanır. Xəstəliyin ağır gedişlərində bu tip hərarətdə səhər və axşam 

temperaturları arasındakı fərq 2-3°C-yə çata bilər (amfıboliya). Temperatur əyrisi ola bilsin ki, bir 

dalğalı olsun. Belə temperatur əyrisini Keldişevski müşahidə etmişdir. Bu zaman temperatur çox 

vaxt tədricən deyil, nisbətən sürətlə 2-3 günə maksimuma çatır və enməsi də kritik olur, zirvədən 

enişi xatırladır. Qarın yatalağında Botkin tipli temperatur əyrisi də qeyd edilir. Dalğavari olur, bir 

neçə gün  yüksəlir, sonra bir neçə gün enir və bu hal bir neçə dəfə təkrarlanır. Xəstəlik zamanı 

remittens tipli (səhər-axşam temperatur fərqlərinin çox olması, qızdırma müddətinin qısa olması), 

düzgün olmayan tipdə əyrilər də qeyd edilə bilər. 

Qızğın dövrdə baş ağrısı, yuxusuzluq çox vaxt üzücü xarakter daşıyır, 

intoksikasiya güclənir. Xəstədə ləngimə, huşun alaqaranlıqlaşması meydana çıxır ifoz 



hal" inkişaf edir. Bu zaman kəskin zəiflik, halsızlıq, adinamiya, apatiya, düşüncənin pozulması, 

huşun dumanlanması, qarabasmalar, sayıqlamalar, olur. Xəstələr zaman, məkan yönümünü, 

downloaded from KitabYurdu.org



38 

 

hərəkətlərin ardıcıllığını itirir. Öz-özünə danışır, yataqdan durub qaçır. Bəzən infeksion deliriy 



halı baş verir. 

Xəstəliyin  8-10-cu  günü  dəridə  xarakterik səpgilər əmələ  gəlir.  Səpgilər 

xəstələrin 55-70%-də qeyd edilir və əsasən qarında, döş qəfəsinin aşağı hissəsində olur. Bəzən 

digər nahiyyələrdə, sarğıda, kürəkdə və s. ola bilər. Səpgilərin sayı adətən az olub 6-8-dən, 15-20-

dək  çata  bilər.  Monomorfdur.  Diametri  3 mm-dək,  sərhədləri  dəqiq,  dəri  üzərindən  bir  qədər 

qabarmış,  rozcolcoz  ləkələr şəklində  qeyd  edilir.  Təzyiq  etdikdə  və  dərini  dartdıqda  itir, 

buraxdıqda  yenidən  meydana  çıxır.  Bir  neçə  saatdan,  3-5  günə  qədər  qalır,  çəkildikdən 

sonra yerində çətinliklə nəzərə çarpan piqmentasiya olur. Sönən səpgilər fonunda yeniləri əmələ 

gələ  bilər.  Bu  bakteriemiyanın  yüksəlməsini  göstərir  və ardıcıl səpmə  fenomeni adlanır.  Ağır 

gedişlərdə  səpgi  elementləri  nemorragık  xarakter ala  bilər (petexiyalar) və  bu  xoş  olmayan 

proqnostik əlamət hesab olunur. Xəstələrin bir qismində ovucun içində, ayaqların altında dərinin 

saralması - 



Filippoviç simptomu təsadüf edilir. Bu qaraciyərin zədələnməsi nəticəsində ka-rotin mübadiləsinin 

pozulması ilə əlaqədar olaraq meydana çıxır. 



Xəstəliyin qızğın dövründə nisbi bradikardiya, nəbzin ikiləşməsi saxlanılir, qan 

təzyiqi daha çox düşür. Urək tonları karlaşmış olur. Xəstələrin 1/3-də miokardiodistrofiya inkişaf 

edir.  Bəzi  hallarda  spesifik  infeksion-toksiki  mio-kardit  ola  bilər.  Bu  dövrdə  bronxit  fonunda 

xəstələrin  bəzilərində  qarın  yatalağının  törədiciləri  və  ya  yanaşı  qoşulan  mikroflora  tərəfindən 

törədilən  pnev-moniya  inkişaf  edir.  Mədə-bağırsağın  zədələnməsi  əlamətləri  maksimuma  çatır. 

Dodaqlar  quru,  çox  vaxt  çat-çat,  qabıqlanmış  olur.  «Tifoz  dil»  qalır,  dilin üzərindəki  ərp  boz-

qəhvəyi rəng alır. Ağır hallarda isə dilin quru, fulginoz görnüşü olur. Qarında meteorizm bir qədər 

do  artır.  Xəstələrdə  qəbizlik,  bir sıra  hallarda  isə  defekasiyanın  tezləşməsi, duru,  noxud 



şorbasınıxatırladan, özünəməxsus  turş  iyli  ifrazat  olur.  Qurultular,  palpasiyada  ileosekal 

nahiyyədə ağrılar  daha  aydın  nəzərə  çarpır.  Padalka  və  Ştrenberq  simptomlan  müsbət olur. 

Qaraciyər böyümüş, kənarları düz, bir qədər girdələşmiş, xəmirvari şəkildə əllənir, azacıq ağrılı 

olur. Dalaq da böyüyə bilər. 

Xəstəliyin  qızğın  dövründə sidik ifrazı  azalır. Proteinuriya, mikrohema-luriya, 

silindruriya davam  edir.  Bakteriouriya qoşulur.  Bu isə bəzən böyrək ləyənində, sidik kisəsində 

iltihaba səbəb olur. 

Qeyd etmək lazımdır ki, bu dövrdə çox təhlükəli olan ağırlaşmalar - xoraların 



perforasiyası,  bağırsaq  qanaxmaları və  ağır  gedişlərdə  isə İTŞ inkişaf  edə  bilər.  Mastit,  orxit, 

epididimit, dismenorreya, hamilələrdə vaxtından əvvəl doğuşlar, abort da qeyd edilir. 



Əlamətlərin  sönməsi dövründə  temperatur  litik  olaraq  düşür.  Normallaş-ması 

onun amfibolik olması ilə müşayiət olunur. İntoksikasiya əlamətləri zəifləyir, aradan qalxır. Baş 

ağrıları  keçir,  iştaha  açılır,  dil  təmizlənir;  yuxu,  diurez  normallaşır;  qaraciyər,  dalağın  ölçüləri 

kiçilir. Əlamətlərin sönməsi dövrü adətən 1 həftədən artıq çəkmir. Bu dövrdə gecikmiş əlamətlər: 

tromboflebitlər, xolesistit ola bilər. 

Sağalma dövrü hərarət normallaşdıqdan sonra başlayır. Xəstəliyin ağırlığından 

asılı  olaraq  2-4  həftə  çəkir  və  astenovegetativ  əlamətlər,  yorğunluq,  tərləmə  və  s.  qeyd  edilir. 

Sağalma dövründə xəstələrin 8-15%-də residivlərbaş verir. Xəstəlikdən sağalanların 3-5%-də isə 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə