58
qiymətləndirilir. Bakte-riyagəzdirənlik də ayırd edilir. Kəskin dizeııteriyanın mədə-bağırsaq
sisteminin bu və ya digər şöbələrinin zədolənməsindən asılı olaraq aşağıdakı kliniki variantları
vardır: Kolitik, qastroenterokolitik, qastroenleritik. Ağırlığına görə koli-tik variant yüngül, orta
ağır, ağır; qastroenterokolitik və qastroenteritik -
yüngül, orta ağır I, II dərəcəli susuzlaşma ilə,
ağır III, IV dərəcəli susuz/aşma ilə. Kəskin dizeııteriyanın
üzün sürən və silinmiş formaları da
ayırd edilir. Xəstəliyin klinikası törədicinin növü, makroorqanizmin vəziyyəti və aparılan
müalicədən asılı olaraq özünü bürüzə verir. Dizeııteıüyanm ayrı-ayrı etioloji variantlarının
törətdiyi xəstəliklərin klinikasında da özünəməxsusluq vardır. Belə ki, Zonne di-zenteriyası çox
vaxt yüngül gedişli, subklinik və silinmiş formalarda, qastroenteritik variantlarda gedir. Davam
etmə müddəti də qısa olub, selikli qişalarda elə bir destruktiv dəyişikliklər vermir.
Dizenteriyanın klinik formalarının təsnifatı
Forma
Klinik
variant
Ağırlıq
dərəcəsi
Gediş
xüsusiyyətləri
Etiologiya
Kolitik
Yüngül, orta ağır, ağır •
Silinmiş, uzıın
sürən
Kəskin
dizenteriya
Qastroentero-
kolitik
Qastroenteritik
Yüngül Orta ağır: I-II°-
li susuzlaşma Ağır:
IIMVMi susuzlaşma
Yüngül Orta ağır: I-IP-li
susuzlaşma
Ağır: III-IVMi
susuzlaşma
Silinmiş, uzun
sürən
Silinmiş, uzun
sürən
Aşağıda göstərilən hər
hansı bir şi-gella
növü: Zonne, Fleks-
ner, Qri-qoryev-
Şiqa, Larc-
Saks, Ştuser-Şmitt və
d.
Xroniki
dizenteriya
Yüngül, orta ağır, ağır
Rcsidivləşən,
fasiləsiz
Bakteriya
gəzdironlik
Subklinik
Rekonvalessenl
Flexner dizenteriyası daha ağır keçib, kəskin intoksikasiya, ağrı sindromları,
hemokolit əlamətləri və selikli qişanın daha çox zədələnməsi ilə xarakterizə olunur. Müasir
Flexner dizenteriyası nisbətən yüksək letallığı, ağır formaların artması (52%-dək), ağırlaşmaların
çox təsadüf edilməsi ilə fərqlənir. Bunun əsasında premorbid fonun pisləşməsi (qidalanma
pozğunluqları, zülal və vitamin çatmamazlığı, alkoqolizm), törədicinin xüsusiyyətində olan
dəyişikliklər durur.
Q-Şiqa dizenteriyası çox ağır keçir. Xəstəlik qarında tutma şəklində ağrılar,
üşütmə, temperaturun yüksək rəqəmlərə qalxması ilə kəskin başlayır. Xəstəliyin başlanğıcında
defekasiya çox sulu, bəzən ət suyunu xatırladır. I günün axrında isə öz xarakterini itirir, selik, irin
və qan qarışıq az miqdarda kütlədən ibarət olur. Tenezmlər erkən meydana çıxır, qeyri-iradi
defekasiya ilə müşayiət olunur. Qarın əzələlərinin ağrılı, qıcolma şəklində yığılmaları qeyd edilir.
Xəstənin ümumi vəziyyəti tezliklə pisləşir. Təkrari, çox sulu defekasiya və qusma-larm III-IV°-li
susuzlaşma ilə nəticələnməsi mümkündür. Bəzən xəstəlik təkrari üşütmələr, dəridə
downloaded from KitabYurdu.org
59
hemorragiyalar, hepatosplenomeqaliya ilə büruzə verir. Göstərilən septiki hal zamanı hemokultura
müsbət olur. İTŞ inkişaf edə bilər. Peri-ferik qanda hiperleykositoz, neytrofıllərin artması ilə cavan
formalı elementlərin meydana çıxması (mielosit, promielosit), EÇS-in sürətlənməsi qeyd
edilir. Bunlarla bərabər etioloji variantların hamısında olduğu kimi Q-Şiqa dizente-riyası da
yüngül, orta ağır, ağır formalarda keçə bilər.
Dizenteriya üçün xarakterik olan simptomokompleks əsasən kəskin diz-
cnleriyanın ko 1 i t i k variantında özünü göstərir. Kolitik variant daha çox Sh. dizenteria və
flexner-lo yoluxma zamanı rast gəlinir. Kəskin başlayır. Əvvəlcə ümumi intoksikasiya sindromu
inkişaf edir. Üşütmə ilə t° yüksəlir. Halsızlıq, əzginlik, iştahsızlıq, adinamiya, baş ağrısı,
bradikardiya, hipotoniya qeyd edilir.
Mədə-bağırsaq sisteminin zədələnməsi özünü qarında ağrılar şəklində büruzə
verir. Əvvəlcə qarına yayılmış şəkildə, daimi xarakter daşıyan küt ağrılar olur. Sonra kəskin, tutma
şəklində və daha çox qarının sol tərəfində qeyd edilir. Ağrılar adətən defekasiyadaıı öncə güclənir.
Yalançı çağırışlar, tenezm-lər meydana çıxır. Palpasiyada gərginləşmiş, ağrılı yoğun bağırsaq,
əsasən S-vari bağırsaq əllənir, dcfckasiya tezləşir, ifrazat əvvəlcə öz xarakterini saxlayır, sonra
azalır, durulaşır və patoloji qarışıqlar - selik, qan meydana çıxır. Ağır hallarda defekasiya yalnız
az miqdarda selikli, qanlı kütlədən ibarət olur (rek-tal tüpürcək).
Yüngül gediş - qızdırma bir neçə saatdan, 1-2 günə kimi davam edir, t° subfebril
və ya 38°C-dək yüksəlir, bəzən normal olur. Xəstəni əsasən defekasiya aktından əvvəl meydana
çıxan yüngül ağrılar narahat edir və daha çox sol qalça çuxuru nahiyyəsində məhdudlaşır, bəzən
bütün qarına yayılmış olur. Xəstələrin bir qismində yalançı çağrışlar, tenezmlər olur. Nəcis çox
vaxt öz xarakterini saxlayır, styığa bənzər və ya yarı duru olur. Defekasiya aktlarının sayı 10
dəfəyədək çatır. Makroskopik olaraq selik və ya qan qarışığı çox vaxt aşkar edilmir. Yalnız
mikroskopla müayinədə qeyd edilir. Xəstələr iş qabiliyyətlərini saxlayır və öz-özlərini müalicə
edirlər.
Orta ağır forma - bu zaman əlamətlərin büruzə verməsi daha ciddi, daha dərin
olur. Xəstəlik əzginlik, ümumi zəiflik, halsızlıq, üşütmə, t°-un 38-39°C-dək yüksəlməsi ilə
başlayır. Yüksək temperatur 3-5 gün davam edir. İştah-sızlıq, mədə bulanması, bəzən qusma, baş
ağrısı, qarında tutma şəkilli ağrılar, tenezmlər olur. Defekasiya gün ərzində 10-20 dəfə, nəcis
xarakterini tezliklə itirir, az miqdarıda selikli-qanlı kütlədən ibarət olur. Hemokolit əlamətləri 70-
75%-dək xəstədə qeyd edilir.
Xəstələrdə adinamiya, əsəbilik, dəri örtüyünün avazıması müşahidə edilir. Nəbz
tezləşir, dolğunluğu zəif olur. Ürək tonları karlaşır, A/T düşür. Dil quru, ağ, qalın ərplə örtülü olur.
Palpasiyada kəskin ağrılı, gərginləşmiş S-vari bağırsaq əllənir. Rektoromonoskopiyada selikli
qişada çoxlu qansızmalarla kataral-eroziv dəyişikliklər və bəzən xoralar qeyd edilir.
Hemoqrammada neytrofilli leykositoz (8-10 x 10
9
/1), zəif sola meyillik ola bilər.
İntoksikasiya və diareya 2-5 gün və bəzən daha çox davam edir. Lakin
infıltrasiyalı, gərginləşmiş yoğun bağırsaqda ağrılar daha çox qalır. Tam mor-foloji və funksional
bərpa 1-1,5 ay çəkir.
Ağır gediş - xəstəlik kəskin başlayır, sürətlə inkişaf edir. Ümumi intoksikasiya
əlamətləri özünü çox kəskin büruzə verir, t° 38°C və daha yüksək rəqəmlərə qalxır. Mədə
downloaded from KitabYurdu.org