69
başlanması
Qızdırma
Xəstəliyin başlanğıcında 2-3 gün,
düzgün olmayan tipdə
Normal
Qarında ağrı
Tutma şəklində, sol qalça
çuxurunda lokallaşan ağrılar
Çox vaxt sağ tərəfdə, bəzən sağ və sol
qalça çuxurlarında olan, defekasiya vaxtı
güclənən tutma şəklində ağrılar
Nəcisin
xarakteri
Az kütləli, selikli, bəzən qanlı,
bəzən nəcis öz xarakterini
itirir, selikli-irinli-qanlı
kütlədən ibarət olur. Rektal
tüpürcək
Qanlı-selikli. Qan, selik nəcis kütləsi ilə
qarışmış olur. Selik şəffaf, şüşəyəbənzər
olur. Nəcis "moruq jelesini" xatırladır
Nəcisin mik-
roskopik
müayinəsi
Görmə sahəsinə səpələnmiş çoxlu
eritrositlər, leykositlər, eritrositlər
bir-birinə bitişmiş şəkildə sütünları
xatırladır
Görmə sahəsində çoxlu eritrositlər olur.
Leykositlər və makrofaqlar nisbətən az
olur. Eozinofillər, Şar-ko-Leyden
kristalları, plazmatik hüceyrələr
müşahidə edilir
Qarnın
palpasiyası
Gərginləşmiş S-vari bağırsaq
boyunca ağrılar
Sağ qalça çuxurunda, çox vaxt enən
çəmbər bağırsaq və S-vari bağırsaq
boyunca ağrılar
Hemoqramma
Elə bir dəyişiklik olmur, bəzən
ncytrofilli leykositoz, EÇS normal,
bəzən cüzi artır
Mülayim neytrofılli leykositoz,
cozonofiliya, EÇS sürətlənir, bəzən
hipoxrom anemiya
Gedişi
Adətən kəskin
Spesifik müalicə aparılınasa rcsi-divlər
və remissiyalar bir-birini əvəz etməklə
illərlə davam edir
İntoksikasiya
Olur
Adətən olmur, ağır gedişlərdə müşahidə
edilə bilər.
RRS
•
Kataral, kataral-hemorragik, eroziv
və bəzən xoralı dəyişikliklər
Dəyişilməmiş və ya az dəyişilmiş selikli
qişa fonunda müxtəlif ölçülü dərin,
kənarları sanki qazılmış, iltihabi həlqə ilə
əhatə olunmuş, dibi irinli xoralar
Rentgen
müayinəsi
Spastik xarakterli dəyişikliklər
Sağ tərəfli kolit (bəzən pankolit) ocaqlı
xarakter daşıyır
Fəsadlar
Ağır gedişlərdə, nadir hallarda
Perikolit, perforasiya, bağırsaq
daralması, amöboma, amöb ap-pendisiti,
digər üzvlərin (qaraciyər və s) absesi
Parazitoloji,
Şigellalar
Ent. histolitika
downloaded from KitabYurdu.org
70
bakterioloji
müayinə
Xəstəliyin qızğın dövründə ifrazatında qan, selik qeyd edilən yüngül formalı
xəstələrə nitrofuranlar (furazolidon 0,1x4; erfülün 0,1x3), ko-trimoksozol 2t.x2, oksixinolinlər
(nitroksolin 0,1x4; intertriks l-2t.x3) verilməsi məsləhətdir
Orta ağır gedişli dizenteriyada ftorxinolonlar (ofloksasin 0,2x2, siprof-loksasin
0,25x2), ko-trimaksazol, intertriks verilir.
Ağır gedişlərdə ofloksosin 0,4x2; siprofloksasin 0,5x2; ftroxinolonların-
aminoqlikozidlərlə, aminoqlukozidlorin sefalosporinlərlə birgə tətbiqi effektlidir. Onlar ilk 2-3
gün parenteral, sonra isə daxilə təyin edilir.
Son dövrlərin tədqiqatları göstərmişdir ki, tez-tez təsadüf edilən Fleks-ner 2a
90% hallarda doksosiklinə, 75% hallarda isə baktirimə davamlıdır. Bununla belə həmin ştamlar
ftorxinolon törəmələrinə yüksək həssaslıq göstərirlər.
Dizenteriya zamanı levomisetin işlədilməsi məsləhət görülmür. Çünki 90%
hallarda şiqellalar ona qarşı rezistentlik göstərir. Həmçinin levomisetin re-parasiyanı ləngidir,
disbakteriozu dərinləşdirir, immuniteti zəiflədir.
Dünya ölkələrinin əksəriyyətində Q-Şiqa bakteriyalarının ampisillinə və
neviqrammona çox yüksək həssaslığı qeyd edilir. Ampisillinin gündəlik dozası 100-150 mq/kq
olmaqla 4-6 saatdan bir, 5-7 gün verilir; neviqrammon 1,0x4, 5-7 gün. Çox ağır formalarda
parenteral yeridilməsi məsləhətdir.
Fleksner və zonne dizenteriyası zamanı polivalent dizenteriya bakterio-faqı da
tətbiq etmək olar. Preparat maye halda və həb şəklində buraxılır. Yeməkdən bir saat əvvəl 30-40
ml və ya 2-3 həb, gündə 3 dəfə daxilə qəbul edilməlidir. Maye bakteriofaqı rektal da işlətmək olar.
Bakteriofaqın bakteri-yagəzdirənlik zamanı işlədilməsi daha məqsədə uyğundur.
P cı togenetik müalicə. Orta ağır və ağır gedişlərdə susuzlaşma yoxdursa
dezintoksikasiya tədbirləri həyata keçirilə bilər. Kolitik variant zamanı bu məqsədlə xəstələrə
çoxlu maye içmək məsləhət görülür. Şirin çay, 5%-lı qlükoza məhlulu, «Sitroqlukosalan»,
«Rehidron», «Qastrolit» təyin edilir. Ağır intoksikasiya zamanı isə 10%-li albumin, Lobori
məhlulu (qlükoza 100 q, KC1 1,2 q; CaCh 0,4 q; MgCh 0,8q - 1 litr apirogen suda) və digər poliion
kris-talloid məhlullar («Trisol», «Laktasol», «Xolosol», «Asesol»), 5-10%-li qlükoza (insulinlə)
vena daxili yeridilir. Əksər hallarda göstərilən məhlullardan birinin 1,5 litr yeridilməsi xəstənin
vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olur. Qlükokortikosteroidlər çox ağır
formalarda, İTŞ zamanı tətbiq edilir.
Ağır hemokolit zamanı 2-3 gün ərzində 5000TV x 3 heparin təyin edilir. Bu
YDL sindromunun, mezenterial damarların, beyin və ağ ciyər damarlarının trombozunun qarşısını
alır. Heparinlə müalicə koaquloqrammaya nəzarət etməklə aparılmalıdır. Qanın reoloji
xüsusiyyələrini yaxşılaşdırmaq məqsədilə gündə 1 dəfə 0,1 q aspirin verilməlidir.
Qastroenteritik variantda xəstənin mədəsini 0,5%-li soda məhlulu ilə yumaq
məsləhətdir. Sonra bədənə kifayət qədər maye və elektrolitlərin daxil olması təmin edilməlidir.
Peroral qlükoza-duz məhlulları («Sitroqlükosalan», «Rehidron», «Qastrolit»), əgər qusma buna
mane olarsa, onda vena daxilinə poliion məhlullar yeridilməsi lazımdır. Xəstədə ağır dehidratasiya
downloaded from KitabYurdu.org