Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə10/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   6   7   8   9   10   11   12   13   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

29 


  

Bülbül mahnısını bitirəndə tələbə ayağa qalxdı, cibindən bir dəftər və karandaş çıxartdı. 

Ağaclıqdan çıxarkən öz özünə: 

  

- Bülbüldə surət var, bu inkar edilməzdir, bəs onun duyğusu varmı? Heç zənn etmirəm. 



Eynən bir sənətkar kimi başdan başa bir üslub, səmimiyyət heç yoxdur. Başqası üçün 

fədakarlıq etməz bütün düşüncəsi sadəcə musiqidir və hər kəs bilir ki, sənət eqoizmdir. 

Yenə də qəbul etmək lazımdır ki, səsində bəzi gözəl melodiyalar var. Amma heyf bunlar 

heç bir məna ifadə etmir, heç bir işə də yaramır, - deyərək otağına gedib balaca ot 

çarpayısına uzandı və sevgilisini düşünməyə başladı bir qədər sonra isə yuxuya getdi. 

 

  



Göydə ay şəfəq saçmağa başlayanda, bülbül gül fidanının yanına gedib sinəsini tikana 

dayadı. Bütün gecə sinəsini tikana dayayıb ötdü. Soyuq büllur ay da çevrilib onu dinlədi. 

Bütün gecə ötdü və tikan sinəsini dəldi, qanı tamamilə bədənindən çəkildi. 

  

Əvvəlcə oğlanla qızın içində doğan eşqi tərənnüm etdi. Bülbülün mahnıları ard-arda 



sıralandıqca gül fidanının ən təpəsində ləçək-ləçək ecazkar bir gül açıldı. Öncə solğun bir 

rəngi vardı, çayların üstündəki çən kimi solğun. Sabahın ayağı qədər solğun. İlk 

alatoranlığın qanadları kimi gümüşdən idi. Eynən bir gülün gümüş bir güzgüdə görünən 

əksi, gümüş bir suya düşən kölgəsi necədirsə gül fidanının ən üstündə açılan gül də elə 

idi. 

  

Gül fidanı bülbülə: ―Bir az daha yaxınlaş‖- deyə səsləndi, - ‖bir az daha yaxınlaş, balaca 



bülbül, yoxsa gül bitmədən gün doğacaq.‖ 

  

Bülbül tikana daha çox yaxınlaşdı və daha yüksəkdən oxumağa başladı. Çünki oğlanla 



qızın ruhundakı ehtirasın doğuşunu tərənnüm edirdi. 

  

Və gülün yarpaqları zərif çəhrayı rəngə büründü. Eynən gəlinin dodaqlarını ilk dəfə öpən 



bəyin üzünü bürüyən rəng kimi. Ancaq tikan ürəyə çatmamışdı, buna görə gülün də ürəyi 

bəyaz qalmışdı, onun ürəyini yalnızca bir bülbülün qanı qızarda bilərdi. 

  

Gül fidanı bülbülə: 



  

- Daha çox yaxınlaş, - deyə səsləndi, - daha çox yaxınlaş, balaca bülbül, daha çox 

yaxınlaş, yoxsa gül bitmədən gün doğacaq. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

30 


  

Bülbül tikana daha çox yaxınlaşdı və tikan onun ürəyinə dəydi. Və bütün bədənini bir 

ağrı ürpətdi. Acı-acı ağrıdı, çılğın-çılğın ötdü, çünki ölümlə tamamlanan eşqi məzarda 

ölməyən eşqi tərənnüm edirdi. 

  

Ecazkar gül qızardı. Sanki Şərq səmasının gülü idi. Yarpaqlarının kənarları qıpqırmızı 



idi. Qıpqırmızı ürək yaqut kimi idi. 

  

Amma bülbülün səsi yavaşıdı, qanadları titrəməyə başladı, gözünə incə bir təbəqə gəldi, 



mahnısı get gedə soldu, soldu və sanki boğazında bir şey düyünləndi. 

  

Və son coşqun bir avaz çıxdı .Bəyaz ay bunu eşitdi, sübhü unutdu, göy üzündə donub 



qaldı. Al gül bunu eşitdi, bütün bədəni titrəşdi və yarpaqcıqlarını soyuq səhər havasına 

açdı. Səda onu təpələrdəki tünd qırmızı mağarlara apardı, yatan çobanları yuxusundan 

oyatdı, çayların üzərindən əsdi və onlar da xəbəri dənizə apardı. 

  

Gül fidanı: 



  

- Bax! Bax! – dedi - artıq gül tamamlandı. Ancaq bülbül cavab vermədi, çünki uzun 

çayırların arasında ürəyində tikan cansız yatırdı. 

  

Günorta vaxtı tələbə pəncərəni açıb bayıra baxırdı. 



  

- Aman, nə gözəl bir bəxt! - deyə hayqırdı. - Budur al bir qızılgül. Mən həyatım boyu 

belə bir gül görməmişdim. Bu çox gözəl bir güldü, əminəm latınca uzun bir adı vardır. - 

Və əyilib gülü dərdi. 

  

Papağını başına qoyub əlində gül qaça-qaça professorun evinə getdi. 



  

Professorun qızı qapının girişində oturub mavi ipəyi dolağa sarıyırdı, it də ayağının 

dibinə sərilmişdi. 

  

Tələbə: 



  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

31 


- Al bir qızılgül gətirsəm mənimlə rəqs edəcəyinizi söyləmişdiniz - dedi. – Budur, 

dünyanın ən al gülü. Bu gün bunu ürəyinizin üstünə taxacaqsınız, biz rəqs edərkən sizi 

necə sevdiyimi o sizə söyləyəcək. 

  

Lakin qızın qaşları çatıldı. 



  

- Düşünürəm ki, bu mənim paltarıma yaraşmayacaq-qız cavabladı. Həm də mühasibin 

qardaşı oğlu mənə saf cəvahirat göndərib, hər kəs bilir ki, cəvahirat güllərdən daha 

bahalıdır. 

  

- Vallah, çox nankorsunuz! - tələbə əsəblə dedi və gülü yola tulladı, gül ordan su yoluna 



düşdü və üstündən araba təkərləri keçdi. 

  

- Nankor ha?-qız dedi. - Mən sizə bir şey deyimmi? Siz çox kobudsunuz və nəhayət siz 



kimsiniz ki, sadəcə bir tələbə. Mən əminəm ki, sənin ayaqqabında mühasibin qardaşı 

oğlundakı kimi gümüş toqqa da yoxdur. - Qız stoldan qalxıb evə girdi. 

  

Tələbə bayıra çıxarkən: 



  

- Eşq nə axmaq bir şeymiş!-dedi.- Məntiqin yarısı qədər belə faydası yoxdur, çünki heç 

bir şey isbat etmir. Sonra həmişə olmayan bir şeyləri söyləyir, insanı da doğru olmayan 

şeylərə inandırır. Doğrusu heç bir işdə faydası yoxdu, həm bu dövrdə əməl hər şeydən 

əvvəl gəlir. Mən yenə də fəlsəfəyə qayıdıb Metafizika öyrənim. 

  

Beləliklə o otağına qayıdıb böyük tozlu kitabı götürərək oxumağa başladı. 



  

 

Tərcümə edəni: Aygün Səfərova  

 

 

 



 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə