“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
29
Bülbül mahnısını bitirəndə tələbə ayağa qalxdı, cibindən bir dəftər və karandaş çıxartdı.
Ağaclıqdan çıxarkən öz özünə:
- Bülbüldə surət var, bu inkar edilməzdir, bəs onun duyğusu varmı? Heç zənn etmirəm.
Eynən bir sənətkar kimi başdan başa bir üslub, səmimiyyət heç yoxdur. Başqası üçün
fədakarlıq etməz bütün düşüncəsi sadəcə musiqidir və hər kəs bilir ki, sənət eqoizmdir.
Yenə də qəbul etmək lazımdır ki, səsində bəzi gözəl melodiyalar var. Amma heyf bunlar
heç bir məna ifadə etmir, heç bir işə də yaramır, - deyərək otağına gedib balaca ot
çarpayısına uzandı və sevgilisini düşünməyə başladı bir qədər sonra isə yuxuya getdi.
Göydə ay şəfəq saçmağa başlayanda, bülbül gül fidanının yanına gedib sinəsini tikana
dayadı. Bütün gecə sinəsini tikana dayayıb ötdü. Soyuq büllur ay da çevrilib onu dinlədi.
Bütün gecə ötdü və tikan sinəsini dəldi, qanı tamamilə bədənindən çəkildi.
Əvvəlcə oğlanla qızın içində doğan eşqi tərənnüm etdi. Bülbülün mahnıları ard-arda
sıralandıqca gül fidanının ən təpəsində ləçək-ləçək ecazkar bir gül açıldı. Öncə solğun bir
rəngi vardı, çayların üstündəki çən kimi solğun. Sabahın ayağı qədər solğun. İlk
alatoranlığın qanadları kimi gümüşdən idi. Eynən bir gülün gümüş bir güzgüdə görünən
əksi, gümüş bir suya düşən kölgəsi necədirsə gül fidanının ən üstündə açılan gül də elə
idi.
Gül fidanı bülbülə: ―Bir az daha yaxınlaş‖- deyə səsləndi, - ‖bir az daha yaxınlaş, balaca
bülbül, yoxsa gül bitmədən gün doğacaq.‖
Bülbül tikana daha çox yaxınlaşdı və daha yüksəkdən oxumağa başladı. Çünki oğlanla
qızın ruhundakı ehtirasın doğuşunu tərənnüm edirdi.
Və gülün yarpaqları zərif çəhrayı rəngə büründü. Eynən gəlinin dodaqlarını ilk dəfə öpən
bəyin üzünü bürüyən rəng kimi. Ancaq tikan ürəyə çatmamışdı, buna görə gülün də ürəyi
bəyaz qalmışdı, onun ürəyini yalnızca bir bülbülün qanı qızarda bilərdi.
Gül fidanı bülbülə:
- Daha çox yaxınlaş, - deyə səsləndi, - daha çox yaxınlaş, balaca bülbül, daha çox
yaxınlaş, yoxsa gül bitmədən gün doğacaq.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
30
Bülbül tikana daha çox yaxınlaşdı və tikan onun ürəyinə dəydi. Və bütün bədənini bir
ağrı ürpətdi. Acı-acı ağrıdı, çılğın-çılğın ötdü, çünki ölümlə tamamlanan eşqi məzarda
ölməyən eşqi tərənnüm edirdi.
Ecazkar gül qızardı. Sanki Şərq səmasının gülü idi. Yarpaqlarının kənarları qıpqırmızı
idi. Qıpqırmızı ürək yaqut kimi idi.
Amma bülbülün səsi yavaşıdı, qanadları titrəməyə başladı, gözünə incə bir təbəqə gəldi,
mahnısı get gedə soldu, soldu və sanki boğazında bir şey düyünləndi.
Və son coşqun bir avaz çıxdı .Bəyaz ay bunu eşitdi, sübhü unutdu, göy üzündə donub
qaldı. Al gül bunu eşitdi, bütün bədəni titrəşdi və yarpaqcıqlarını soyuq səhər havasına
açdı. Səda onu təpələrdəki tünd qırmızı mağarlara apardı, yatan çobanları yuxusundan
oyatdı, çayların üzərindən əsdi və onlar da xəbəri dənizə apardı.
Gül fidanı:
- Bax! Bax! – dedi - artıq gül tamamlandı. Ancaq bülbül cavab vermədi, çünki uzun
çayırların arasında ürəyində tikan cansız yatırdı.
Günorta vaxtı tələbə pəncərəni açıb bayıra baxırdı.
- Aman, nə gözəl bir bəxt! - deyə hayqırdı. - Budur al bir qızılgül. Mən həyatım boyu
belə bir gül görməmişdim. Bu çox gözəl bir güldü, əminəm latınca uzun bir adı vardır. -
Və əyilib gülü dərdi.
Papağını başına qoyub əlində gül qaça-qaça professorun evinə getdi.
Professorun qızı qapının girişində oturub mavi ipəyi dolağa sarıyırdı, it də ayağının
dibinə sərilmişdi.
Tələbə:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
31
- Al bir qızılgül gətirsəm mənimlə rəqs edəcəyinizi söyləmişdiniz - dedi. – Budur,
dünyanın ən al gülü. Bu gün bunu ürəyinizin üstünə taxacaqsınız, biz rəqs edərkən sizi
necə sevdiyimi o sizə söyləyəcək.
Lakin qızın qaşları çatıldı.
- Düşünürəm ki, bu mənim paltarıma yaraşmayacaq-qız cavabladı. Həm də mühasibin
qardaşı oğlu mənə saf cəvahirat göndərib, hər kəs bilir ki, cəvahirat güllərdən daha
bahalıdır.
- Vallah, çox nankorsunuz! - tələbə əsəblə dedi və gülü yola tulladı, gül ordan su yoluna
düşdü və üstündən araba təkərləri keçdi.
- Nankor ha?-qız dedi. - Mən sizə bir şey deyimmi? Siz çox kobudsunuz və nəhayət siz
kimsiniz ki, sadəcə bir tələbə.
Mən əminəm ki, sənin ayaqqabında mühasibin qardaşı
oğlundakı kimi gümüş toqqa da yoxdur. - Qız stoldan qalxıb evə girdi.
Tələbə bayıra çıxarkən:
- Eşq nə axmaq bir şeymiş!-dedi.- Məntiqin yarısı qədər belə faydası yoxdur, çünki heç
bir şey isbat etmir. Sonra həmişə olmayan bir şeyləri söyləyir, insanı da doğru olmayan
şeylərə inandırır. Doğrusu heç bir işdə faydası yoxdu, həm bu dövrdə əməl hər şeydən
əvvəl gəlir. Mən yenə də fəlsəfəyə qayıdıb Metafizika öyrənim.
Beləliklə o otağına qayıdıb böyük tozlu kitabı götürərək oxumağa başladı.
Tərcümə edəni: Aygün Səfərova