Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə18/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   14   15   16   17   18   19   20   21   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

54 


O an telefona zəng gəldi. Telefon Harriın qoyduğu yerdə, otağının ortasında yerdə idi. 

İkisi də yataqdan telefona tərəf atıldılar. İkinci zəngdə ikisi də telefona çatmış, dəstəkdən 

yapışmışdılar. Xalçanın üstündə, təngnəfəs, qollarla qıçlar çarəsizlik içində birləşmiş 

halda diyirlənməyə başladılar. Bütün tavanı əhatə edən güzgüdə də beləcə əks olundular. 

 

 

Tərcümə edəni: Cəlil Cavanşir 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

55 


 

Patrisiya Haysmit 

 

İlbizlərə düşkün kişi 

 

 



Mister Piter Knoppertin bir məşğuliyyəti vardı: ilbizlərin yaşamını sonsuz maraqla 

izləyərdi. Bütün varlığıyla bu marağa bağlananda heç ağlına da gətirməzdi ki, sevdiyi o 

bir ovuc varlıq ən qısa zamanda onlarla dəfə arta bilər. İlk ilbizlər mister Knoppertin 

kabinetində peyda olandan cəmi ikicə ay sonra onun yazı masasının üstünə və pəncərə 

rəflərinə sıra-sıra şüşə bankalar və boşqablar düzüldü. Sonra onlar döşəmədə də zühur 

elədi. Buna qarşı kəskin narazılığını bildirən missis Knoppert həmin otağa girməkdən 

bilmərrə imtina elədi. Dedi ki, otaq iylənib. Həm də istəmədən tapdaladığı ilbizi süzərkən 

qapıldığı ürəkbulandırıcı duyğunu uzun müddət unuda bilmədi. Özünə bunca qəribə və 

iyrənc bir məşğuliyyət tapdığına görə xanımı və dostları onu məzəmmət etdikcə, mister 

Knoppertin bu işə bəslədiyi maraq daha da artırdı. Broker şirkətlərindən birinin ortağı 

olan bu adam bütün ömrünü-gününü maliyyə məsələlərinə həsr eləmişdi və tez-tez 

deyirdi ki: 

 

- Ətrafımızdakı canlı aləmə indiyədək belə maraq duymamışdım. Məhz ilbizlərə 



göstərdiyim maraq sayəsində mən heyvanlar aləminin bütün gözəlliyini sezdim.  

 

Dost-tanışları ilbizlərin heyvan sayılmadığını, onların qınlarının və seliklə örtülü 



bədənlərinin isə canlı təbiətin gözəlliyini təcəssüm etdirməkdən xeyli uzaq olduğunu dilə 

gətirəndə mister Knoppert nəzakətli bir təbəssümlə təkcə onu vurğulayırdı ki, bunu 

deyənlər onun özü üçün yenicə kəşf etdiyi ilbizlərin həyat tərzindən tamamilə 

bixəbərdirlər. 

 

Və bu - həqiqət idi. Mister Knoppert ilbizlərin davranışlarında elə qəribə və çaşdırıcı 



məqamlara şahid olmuşdu ki, onlar barədə indiyədək əlinə keçən ensiklopediyalarda və 

zoologiya kitablarında bircə kəlmə də yox idi. 

 

Bir axşam mətbəxə girən Knoppert şam yeməyindən öncə bir şeylər atışdırmaq 



niyyətindəydi. O ara əlüzyuyanın kənarındakı bir cüt ilbizin özlərini qəribə aparması 

onun diqqətini çəkdi. Onlar «quyruq» adlanacaq əzalarının üstündə dikəlməklə bir-

birlərinin qarşısında ora-bura yırğalanırdılar və bir mənada ovsunçunun ney çalaraq 

oynatdığı ilanları xatırladırdılar. Bir saniyə sonra bu məxluqlar ehtirasla öpüşərək bir-

birlərinə sarıldılar. Boşqaba sarı əyilən mister Knoppert bu aşiq-məşuqu fərqli baxış 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

56 


bucaqları altında və böyük diqqətlə süzməyə başladı. Onların şəhvəti get-gedə 

şölələnirdi: hər iki ilbizin başının sağ tərəfində protuberansı (közərmiş qaz kütləsini - 

A.Y.) xatırladan uzunsov qulaqlar peyda oldu. Bu yerdə mister Knoppert anladı ki, bu, 

sırf ilbizlərə xas cinsi birləşmənin nişanəsidir. 

 

Mətbəxə girən aşpaz qadın ona nə isə deyəndə ev sahibi səbirsizliklə əlini yelləməklə, 



qadını susmağa məcbur elədi, çünki boşqabda bir-birindən öz şux nəvazişlərini 

əsirgəməyən bir cüt xırda, gözoxşayan varlıqdan gözlərini çəkməyə qıymırdı. 

 

Qulağı xatırladan çıxıntılar bir-birinə lap yanaşanda onların birindən kiçik pəncəyə 



bənzər, bəyazvarı bir dilçək çıxdı və qıvrılaraq, digər ilbizin qulaqcığına toxundu. İkinci 

ilbizin də eyni hərəkəti təkrarlamasını mister Knoppert sonsuz vəcdlə izləməkdəydi. 

«Əcəb maraqlıdır» - deyə düşünürdü. Titrəşən dilçəklər, ən nəhayət, qarşılıqlı şəkildə 

tapışdılar və bir-birlərinə sarılmaqla, elə bu pozadaca dondular. 

 

Yerində quruyub qalan mister Knoppert maraqla bu səhnəyə göz qoyurdu. Aşpaz qadın 



da ona qoşulmuşdu. 

 

Mister Knoppert ondan xəbər aldı: 



 

- Siz heç indiyəcən belə bir şey görmüşdünüz? 

 

Qadın biganə şəkildə dilləndi: 



 

- Yox. Yəqin bu, onların dalaşma tərzidir. 

 

Aşpazın ilbizlərə münasibətdə sərgilədiyi dərin cahillik ev sahibinin indiyədək 



başqalarından gördüyü cəhalətdən heç nə ilə fərqlənmirdi. 

 

Bir saatdan artıq bu ilbiz cütlüyünə göz qoydu mister Knoppert. Ən nəhayət, hər iki 



məxluq dilçəklərini içəri çəkməklə, öz ilkin şəkillərinə qayıtdı, ehtirasları yatışdı və bir-

birlərinə olan diqqətləri öləzidi. Bu ara başqa bir ilbiz cütlüyü mazaqlaşmağa başladı və 

asta-asta bir-birinə yanaşmaqla, öpüş pozasında dondu. Mister Knoppert aşpaz qadına 

tapşırdı ki, şam yeməyinə ilbiz bişirməsin, onların bulunduğu qabı isə ev sahibinin 

kabinetinə aparsın. Elə həmin vaxtdan Knoppertlərin evində açılan yemək süfrələrinə heç 

vaxt ilbizli təamlar verilmədi. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə