Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə20/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   16   17   18   19   20   21   22   23   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

59 


çıxan xırda, şeh damlası qədər şəffaf ilbizlərin sayı yetmiş ilə doxsan arasında dəyişirdi. 

Onlar bir an əvvəl yumurtadan çıxmaq əvəzinə, mister Knoppertin həm qida, həm də 

nərdivan kimi hər çuxurun içinə qoyduğu, yamyaşıl kahı yarpağının başucuna doğru 

irəliləyirdilər. 

 

İlbizlər elə sıx-sıx, demək olar ki, günün iyirmi dörd saatı boyu cinsi əlaqəyə girirdilər ki, 



artıq onun bu məxluqların intim həyatlarına duyduğu maraq öləzimişdi. Amma hər 

kürüdə təzə bir qının yaranması və hərəkətə başlaması adamı yoracaq mənzərələrdən 

sayılmazdı. 

 

Çalışdığı broker kontorundakı iş yoldaşları Piter Knoppertdə həyat eşqinin şölələndiyini 



sezməkdəydilər. Hərəkətlərindəki qətiyyət artmışdı, hesablamaları daha dəqiq idi və 

fəaliyyət planlarındakı qoparaqlılıq artıq şirkətə də qazanc gətirməyə başlamışdı. İdarə 

heyətinin yekdil qərarıyla onun illik maaşı qırx mindən altmış dörd min dollara 

qaldırılmışdı. Bu uğuruna görə onu təbrik edənlərə o, nailiyyətinin ilbizlərə sevgidən 

qaynaqlandığını deyirdi, çünki onlarla baş-başa qaldığı vaxtdakı qədər heç harada 

dincələ, ruhunu dinlədə bilmirdi. 

 

Artıq axşamın bütün saatlarını kabinetində, sevimli ilbizləriylə baş-başa keçirirdi. 



Kabineti də iş otağından daha çox akvariumu xatırladırdı. Xırda vannalara təravətli kahı 

yarpağıyla yanaşı, soyutma kartof və çuğundur tikələri də qoyurdu, bunun ardınca isə 

təbii yağış təəssüratı yaratmaqdan ötrü su fısqırdıcıları işə salırdı. Bu sayədə gümrahlaşan 

ilbizlər iştahla yeyir, vaxtaşırı cinsi əlaqəyə girir və ya böyük həzzlə su prosedurlarına 

həvəs göstərirdilər. Çox vaxt mister Knoppert ilbizlərə öz şəhadət barmağı üzərində 

sürünmə imkanı yaradırdı və ona elə gəlirdi ki, insanla belə təmas bu varlıqların 

ürəyincədir. Kahı yarpağıyla yemlədiyi zaman ilbizlərə bütün yönlərdən göz qoymaq 

imkanı qazanırdı. Bu zaman o, bir rəsm həvəskarının yapon akvarellərini süzərkən 

duyduğuna bənzər estetik həzz alırdı. Mister Knoppert öz kabinetinə girməyi artıq 

hamıya yasaqlamışdı. İlbizlərin bir çoxu döşəmədə sürünməyi, kreslonun oturacağına və 

ya rəflərdə düzülən kitabların üz qabığına yapışaraq, yuxulamağı özləri üçün adət halına 

gətirmişdilər. Onların əksəriyyəti, xüsusilə də yaşlılar, vaxtlarını yuxuya həsr edirdilər. 

Lakin aralarında əsasən sevişməyə üstünlük verən, canı şəhvət oduyla alışıb-yanan 

məxluqlar da çox idi. Mister Knoppert hesablamışdı ki, eyni vaxtda ən azı on iki cütlük 

eşqbazlıqla məşğul olur.  

 

Onları saymaq asan məsələ deyildi, buna baxmayaraq, mister Knoppert tavanda yatan və 



sürünən ilbizləri də saya bilirdi: bunların sayı min yüz ilə min iki yüz civarındaydı. 

Akvariumların, bankaların, digər qabların divarlarında, kitab rəflərinin və yazı masasının 

divarlarında məskunlaşan ilbizlər nəzərə alınmazsa, sırf bu tavandakı məxluqların sayını 

azı əlli dəfə artırmaq olardı. Ən nəhayət, mister Knoppert tavana yapışan ilbizləri oradan 

qazımağa məcbur oldu. Bəziləri həftələr öncə oraya yerləşdiyi üçün ev sahibi onların ac-

susuz yaşamasından narahatlıq duyurdu. Son vaxtlar işi-gücü başından aşdığından 

səssizliyə dərin ehtiyacı vardı, ona görə də kabinetində, öz sevimli kreslosunda hərəkətsiz 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

60 


oturmağa üstünlük verirdi. İyun ayında bəzən o, gec saatlara qədər ofisdə çalışırdı. Vergi 

ilinin sonu gəldiyindən yazı masasının üstü qalaq-qalaq sənədlərlə doluydu. Apardığı 

hesablamalar sonucu o, gəlir gətirəcək beş-on variant tapsa da, bunlardan ən real 

görünənlərini sırf öz əməliyyatları üçün saxlayırdı. Onlar sayəsində qarşıdakı bir ildə 

sərvəti üç-dörd dəfə artmalıydı. O, öz bank hesabındakı məbləğin də sevimli ilbizləri 

qədər sürətlə və maneəsiz artdığını gözləri önündə canlandırırdı. Bu planlarını arvadıyla 

paylaşdığında qadının uçmağa qanadı yox idi. O ara arvadı onun kabineti pis günə 

qoymasını da, bütün üst mərtəbəni bürüyən zəhlətökən çürüntü qoxusunu da unutdu. 

Sonra narahat şəkildə dedi:  

 

- Ancaq, Piter, hər halda çox istərdim ki, sən otağında naxoş bir şey baş verib-



vermədiyinə diqqət yetirəsən. Deyəsən, oradakı akvarium aşıb və mən xalçanın 

korlanmasından ehtiyatlanıram. Yanılmıramsa, son bir həftə ərzində sən kabinetinə heç 

baş çəkməmisən, bəlkə elə deyil? 

 

Həqiqətən də, mister Knoppert təxminən son iki həftədə kabinetinə ayaq basmamışdı. 



Xalçanı zibilliyə atmaq vaxtının çoxdan yetişdiyini, əlbəttə ki, arvadına açıb, demədi. - 

Axşam üst qata çıxaram, - deməklə yetindi. 

 

Bunu etməyə o, ancaq üç gün sonra imkan tapdı. Axşam yatmağa yollanmazdan öncə 



bütün döşəmənin, həm də üç-dörd lay ilbizlərlə örtüldüyünü sezib, heyrətləndi. Onlara 

zərər yetirməmək üçün qapıları örtərkən xeyli uğraşmalı oldu. İlbizlərin künclərdə sıx 

toplanması dördkünc otağa az qala yuvarlaq bir biçim qazandırmışdı və indi elə sanırdı 

ki, bir boşluğun ortasında dayanıb. Oynaq sümüklərini şaqqıldadaraq, təəccüblə ətrafına 

göz gəzdirdi. Otaqdakı bütün boş yerləri işğal eləməklə kifayətlənməyən minlərlə ilbiz 

artıq otağın tavanından, həm də eybəcər salxımlar şəklində sallanmaqda idi. 

 

Müvazinətini qorumaqdan ötrü mister Knoppert stulun söykənəcəyinə dayaq verdi. 



Ancaq stulun taxtası əvəzinə barmaqları ilbiz çanaqlarıyla təmas elədi. İstəmədən 

gülümsədi: stulun oturacağı da ilbiz çanaqları ilə örtülmüşdü və kənardan baxana onların 

bu yığnağı bəzəkli yastığı xatırladardı. İndi o, təcili qaydada tavanı təmizləmək üçün bir 

tədbir görməliydi. Bir küncə atılan çətiri götürüb, üstündəki üç-beş ilbizi çırpdı, sonra isə 

ayaq üstə dura bilməkdən ötrü masanın üzərində yer boşaltdı. Çətirin sivri ucuyla divar 

kağızından bir parça qopartdı: həmin kağız rulonu ilbizlərin ağırlığına tab 

gətirmədiyindən qopub, ta döşəməyə qədər düşdü. Qəfildən mister Knoppertin içini qıcıq 

və qəzəb hissi bürüdü. Püskürdəcəyi maye bu varlıqların rahatlığına əməlli-başlı haram 

qatmalıydı. Püskürdücünün tətiyinə basdı. 

 

Elə həmin dəqiqə otaqda ilbizlərin xışıltı ilə müşayiət olunan hərəkətlənməsi sezildi. 



Ayaqlarını inamla döşəməyə basan mister Knoppert quru ağac kimi şaqqıldayan, 

xırçıldayıb qırılan ilbiz yığınlarına əsla məhəl qoymurdu. Sonra o, tavana quraşdırılmış 

daha iki püskürdücünü işə saldı. Elə o dəqiqə də anladı ki, səhvə yol verib. İslanmış divar 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə