Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə28/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   24   25   26   27   28   29   30   31   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

80 


Damdan pilləkənə süzülən işıq zolağı diqqətini çəkdi. Hələ səhər saat səkkiz olmasa da, 

günəş şüaları beton pillələri isidəcək dərəcədə qızmar idi. Bina köhnə idi, sakinlər 

yuyunmaqdan ötrü vedrələrə doldurmaqla, su tədarükü görməyə məcbur idilər. 

Pəncərələr şüşəsiz idi, binadan kənardakı tualet isə kərpicdən hörülmüşdü. 

  

―Xurmaları ağaclardan yığmağa bir adamı, gülxətmiləri budamaq üçün isə başqa birisini 



tutmuşduq. Orada ikən ağız dadıyla yaşayırdım, burada isə yemək yediyim qab da yalağa 

bənzəyir‖. Bu ara Buri Manın qulaqları istiləndi, şişən dizindəki ağrı qəfil artdı. 

―Qolumda vur-tut bir cüt bilərziklə sərhədi keçdiyimdən əvvəlləri sizə bəhs etmişdimmı? 

Keçmişdə ayaqlarım sadəcə mərmər döşəməylə təmas edərdi. İnanıb-inanmamaq sizin 

biləcəyiniz işdir, ancaq bir vaxtlar mənim yaşamım yuxunuzda görməyəcəyiniz qədər 

rahat idi‖. 

  

Əlbəttə, Buri Manın danışdıqlarının nə dərəcədə doğru olduğunu heç kəs bilmirdi. 



Üstəlik, onun keçmış sərvətinin və mücrülərdə qoyub gəldiyi zinətlərin sayı da günbəgün 

artırdı. Düzünə qalanda, məcburi köçkün olduğundan heç kəs bu deyilənlərə şübhə 

bəsləmirdi. Qadının Benqal şivəsi də bunun aşkar sübutuydu. Bununla belə, sözünü etdiyi 

keçmiş var-dövlətindənsə, onun Qərbi Benqal sərhədini minlərcə həmyerlisi kimi yük 

maşınının kuzovunda, kiş (kətan – A.Y.) çuvalları arasında keçmə ehtimalını bina 

sakinləri daha inandırıcı sayırdılar. Bəzən də Buri Ma vaxtilə Kəlküttədən bir öküz 

arabasıyla gəldiyini dönə-dönə təkrarlayıb, dururdu. 

  

Ara küçədə oynamağa yollanan uşaqlar bəzən ondan soruşardılar: ―Hə, nə ilə gəlmişdin 



buraya? Yük maşnıyla, yoxsa öküz arabasıyla?‖ Sarisinin ucundakı düyündə gizlətdiyi 

mücrü açarlarını cingildədən Buri Ma da cavab əvəzinə deyərdi: ―Bu təfərrüatların sizin 

üçün nə fərqi varmış görəsən? Niyə köhnə palan içi tökürsünüz? İnansanız da, 

inanmasanız da, mənim həyatım ağlınıza da gətirməyəcəyiniz əzablar içində keçib‖. 

  

Bəzən hadisələrin ardıcıllığını pozur, bəzi məqamlar bir-birinə uyğun gəlmir, hər şeyi 



şişirdirdi adətən. Ancaq adi şeyləri şişirtməsi söhbətlərinə necə inandırıcılıq və 

rəngarənglik qatırdısa həmsöhbətləri istər-istəməz onu böyük diqqətlə dinləyirdilər. 

  

―Pilləkənin süpürülməsinə axı, kim etiraz eləmişdi?‖ Hər gün işə gedib-gələrkən Buri Ma 



ilə rastlaşan cənab Dalal özünə bu sualı verirdi. Bu kişinin işi-gücü Kollec-stritdə rezin 

kamerlər, borular və cürbəcür ventillər satılan bir topdansatış dükanında qəbzləri bir 

qovluğa yığmaqdan ibarət idi. 

  

Ahıl yaşdakı cənab Çatterci deyirdi: ―Bu Buri Ma elə hey hapa-gopa basır. Ancaq biz onu 



da nəzərə almalıyıq ki, o - dəyişən zəmanənin məsum qurbanlarındandır‖. Ölkənin 

müstəqilliyi elan olunandan bəri cənab Çatterci nə evdən bayıra ayaq qoymuşdu, nə də 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

81 


bir qəzetə göz atmışdı. Bəlkə də məhz elə bu səbəbdən bina sakinləri onun fikirlərinə 

dərin etimadla yanaşırdılar. 

  

Buri Manın vaxtilə Şərqə dönən zamindara (ahıl bir varlıya – A.Y.) səyahət zamanı 



xidmətçi kimi tutulduğunu hamı bilirdi. Qadının zənginliklə bağlı hər xırda məqamdan 

agah olmasını da çoxları bununla izah edirdi. Onun xırda-para goplarının heç kəsə bir 

zərəri yox idi, əksinə, bu sayədə hamı gen-bol əylənirdi. Həm də pilləkəni təmizlədiyinə 

görə poçt qutularının altındakı küncdə yatmasına kimsə bir söz demirdi. Gecələr giriş 

qapısının ardında yatan, özləriylə dış aləm arasında bir sipər, qoruyucu rolu oynayan Buri 

Manı binanın bütün sakinləri sevirdi. 

  

Bu qəribə binada heç kəsin oğurlanası artıq bir şeyi yox idi. Mənzilində telefon olan 



yeganə sakin ikinci mərtəbədə yaşayan dul qadın xanım Mistra idi. Binanı kənar 

müdaxilələrdən qoruduğu, qapı-qapı gəzib, daraq və ya parça satan səyyar satıcıları içəri 

buraxmadığı üçün, binanın həndəvərinə işəyən, tüpürən və ya dava-şava salan kəsləri öz 

süpürgəsiylə qovduğu üçün sakinlər Buri Maya minnətdar idilər. 

  

Sözün qısası, illər keçəndən sonra Buri Manın bu binada gördüyü işlər həqiqi qapıçının, 



yəni konsiyerjin öhdəliklərinə bənzəməyə başlamışdı. Belə götürəndə, bu iş qadınlara 

uyğun bir iş-güc sayılmazdı, buna rəğmən, qadın üzərinə düşən işləri cani-dildən 

görürdü, az qala Lover Circular Road, Jodhpur Park və bunlar kimi varlı məhəllələrdəki 

binaların qapı gözətçisi kimi növbə çəkirdi. 

  

Dama çıxan Buri Ma yorğanlarını zivədən asdı. İp məhəccərin bir küncündən digərinə 



çəkildiyi üçün qarşı tərəfdə görünən mənzərəni – çanaq antenləri, reklam lövhələrini və 

Hovrah körpüsünün aşırımlarını iki yerə bölməkdəydi. Bir müddət bu mənzərəyə göz 

qoyan qadın sərnicin altındakı kranı açıb, əl-üzünü və ayaqlarını yudu, barmaqlarıyla 

dişlərini sürtdü. Sonra yorğanın hər iki üzünü süpürgəsiylə döyəclədi, sanki bu yolla o, 

yuxusuz gecələrinin baisini cəzalandıracağını umurdu. Fikri-zikri bu işə kökləndiyindən 

üçüncü mərtəbədə yaşayan Dalal xanımın nə vaxt gəldiyini sezmədi: o, duz səpilmiş 

limon qabıqlarını günəş şüaları altda qurutrmaqdan ötrü dama qalxmışdı 

  

- Bu yorğanın içində nə olduğunu bilmirəm, ancaq nədənsə gecələr yuxuma haram qatır. 



Çırparkən içindən bir şey qaçıb-çıxsa, onu mənə də göstərin də, yaxşı? 

  

Dalal xanım Buri Maya rəğbətlə yanaşardı, hərdənbir bişirdiyi xörəkləri dada-tama 



gətirsin deyə, ona üyüdülmüş zəncəfil də verərdi. İşıldayan göz qapaqları və üzüklərlə 

dolu, zərif, uzun barmaqları olan bu xanım: 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə