Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə25/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   21   22   23   24   25   26   27   28   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

71 


- Hm-m... Bəs həyatın müşahidəsinə necə vaxt tapırsınız? 

 

- Be-e-lə də... Bir dəfə əsəblərim necə pozulmuşdusa, düz bir ay evə ayaq basmamış, 



üstəlik, ev ünvanımı da unutmuşdum... Ünvanlar xidmətinə müraciət eləmişdim 

məcburən. Görürsünüz də, Allahın ver günü mənim üçün beləcə keçir! 

 

- Elə isə bəs pyesləri nə  vaxt yazırsınız? 



 

- Pyesləri? Bunu heç bilmirəm sizə necə izah edim? - deyən dramaturq çiyinlərini çəkir. – 

Bu iş vəziyyətdən asılı olur... 

 

- Hər nə qədər çətin olsa da, yaradıcılıq prosesinizin məğzini mənə danışın. 



 

- Əfəndim, hər şeydən əvvəl ya təsadüfən, ya da dost-tanış vasitəsiylə - çünki özüm belə 

şeylər axtarmağa vaxt tapmıram! - əlimə hansısa fransız və ya alman müəllifin pyesi 

keçir. Əgər işimə yarayırsa, onu ya bacıma verirəm, ya da pulla beş tələbə tuturam ki... 

əsəri dilimizə çevirsinlər. Mən isə həmin mətni, yəqin anladınız da, sonradan bizim rus 

məişətinə uyğunlaşdırıram: xarici soyadlarını bizimkilərlə əvəz edirəm, və sair, və 

ilaxır... Və məsələ bununla bitir... Ancaq çətin işdir bu! Kaş biləydiniz, necə çətindir! 

 

Gözlərini tavana axıdan boz-bulanıq  şəxsiyyət köks ötürür... 



 

Həkim isə başlayır alətlərlə  ona toxunmağa, gah onu döyəcləyir, gah da dinləyir. 

 

 

 



Tərcümə edəni: Azad Yaşar 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

72 


 

Pyer Qamara 

 

Onezimin ixtirası 

 

 



 

Şimal qütbünə yola düşməzdən əvvəl Onezimə baş çəkdim. Düz iki il el-obadan uzaqda 

olacaqdım. Onezimlə, əziz dostum Onezimlə görüşməmiş gedə bilməzdim. Onu hamı 

tanıyır. Həmən vaxtdan bəri şəkli dünyanın bütün qəzetlərində dərc olunub. Üzdən 

klassik alimlərə oxşayır, baxanda fikri dağınıq, yaxud diqqətli olduğunu ayırd etmək 

olmur. Başı iri və tüksüzdür. Xırdaca gözləri bir cüt qara çəkmə düyməsinə oxşayır. 

Müsahibinə tərəf əyiləndə sifətində həm mehribanlıq, həm də kinayə duyulur. Görəsən, 

kinayə edir? Baş çıxarmaq olmur. Amma deyə bilərəm ki, o ən yaxşı oğlanlardan biridir. 

 

Bəli, onlara gəldim. O məni özünün iş otağına apardı. Mən səfərə necə 



hazırlaşmağımdan, zooloji tədqiqat planlarımdan danışdım. Nəzakətlə qulaq asdı, lakin 

elə laqeyd idi ki, elə bil ona qonşu Sanua kəndindən xalamın bizə qonaq gəlməsini xəbər 

verirdim. Bir az sonra o yana çevrildi, aşağı əyilib masanın arxasından qara bir qutu 

çıxardı və onu mənim qarşıma, kağızların üstünə qoydu. 

 

- Görürsənmi, - deyə o, təntənəli səslə qutunu mənə göstərdi. - Artıq hazırdır. İşləyir. 



 

Mən təəccüblə soruşdum: 

 

- Nədən danışırsan? Bu nə qutudur? 



 

Bu yerdə onun səbri bir az tükəndi. 

 

-Yaxşı, mənim yazıçı-maşın düzəltmək üçün hazırladığım layihə yadındadır? 



 

-Yazıçı-maşın? 

 

- Bəli, elədir ki var, yazıçı-maşın! 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

73 


 

Birdən hər şey yadıma düşdü. Bu Onezimin o qədər layihəsi, o qədər ixtirası var ki... 

 

- Vay səni! Onezim, yoxsa demək istəyirsən ki, həmən maşını... 



 

Onun sifətinə xoş bir təbəssüm qondu. 

 

-Bəli, bəli! Mən həmən maşını ixtira etdim. Bu şah əsərlər yaradan bir maşındır. Özü də 



yaxşı işləyir. 

 

- İşləyir? 



 

- Çox gözəl işləyir. Göstəriş verirsən, o əməl edir. Fəxr edirəm ki, çox cəld işləyir. 

 

- Cəld işləyir? 



 

- Bəli. 35 dəqiqəyə Saqanın romanlarına bənzər bir roman yazır. Ronsar üslubunda bir 

sonet on saniyəyə hazır olur. Daha iri əsərlər üçün isə vaxt müxtəlifdir: bir saat, bir saat 

yarım... Dünən axşam Komeyin nəşr olunmamış bir faciəsini qırx beş dəqiqəyə, 

Rembonun uzun bir poemasını isə iyirmi səkkiz saniyəyə hazır etdim... Təsəvvür 

edirsənmi? 

 

Yox, təsəvvür edə bilmirdim. 



 

- İnanmaq olmur, Onezim! Axı o necə işləyir! 

 

- Elektronikanın əlində, bu sadə bir işdir. Burada, görürsənmi, sağ tərəfdə hər ədəbi janr 



üçün bir düymə var: nağıl, roman, poema, dram, fəlsəfi əsər və s. Solda isə balaca bir 

mikrofon var. Seçdiyin janrın düyməsini basırsan, mikrofona tərəf əyilib deyirsən: Rable, 

Viktor Hüqo. Xülasə xoşun gələn müəllifin adını deyirsən... Sonra isə ortadakı qırmızı 

düyməni basıb gözləyirsən. Əsərin əlyazması maşının arxasından iki nüsxədə çıxır. Sən 

ağ kağız ver, vəssalam... 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə