Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə21/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   17   18   19   20   21   22   23   24   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

61 


kağızları lay-lay qopub, yerə düşməyə başladı və bu nəmli kağızların üzərində 

məskunlaşan ilbiz yığınları öz təpəsinə tökülməsin deyə, o, necəgəldi ora-bura 

vurnuxmağa başladı. Başına dəyən zərbənin təsirindən az qaldı hətta huşu başından çıxa, 

dizi üstə çökdü və güclə özünü ələ aldı. Düşündü ki, otağın havası qaxsıyıb, pəncərəni 

açmaq pis olmaz. İlbizlər onun botinlərinə daraşmışdılar, şalvarının çırmanan qismində 

qalaqlanmışdılar. Kişi əsəbi şəkildə ayağını irəli atdı. Xidmətçilərdən kimi isə yardıma 

çağırmaqdan ötrü qapıya tərəf getmək istəyəndə tavandakı çilçıraq başına düşdü. Mister 

Knoppert dolu çuval kimi döşəməyə sərələndi. Yalnız indi anladı ki, ilbizlər sıx və enli 

bir təbəqə halında pəncərə rəfini işğal etdiklərindən pəncərəni açmaq da ona müyəssər 

olmayacaq. Havası çatmırdı, nəfəsi daralırdı, bu üzdən yerdən qalxacaq tabı-taqəti də 

qalmamışdı. Ona bu çarəsizliyi aşılayan təkcə otağın çürüntülü havası deyildi. Dörd 

tərəfdə yellənən və üzərləri ilbizlərlə örtülü divar kağızları sanki indi onu mühasirəyə 

almışdı, ona meydan oxuyurdu, dünyanı başına dar eləmişdi.  

 

Dışarıya səsləndi: 



 

- Edna! 


 

Səsinin hədsiz boğuq çıxdığına özü də heyrətləndi. Otaq divarları səskeçirməyən 

kameraya çevrilmişdi sanki. Dizləri və dirsəkləri altında xırçıldayaraq qırılan yüzlərlə 

ilbizə diqqət etmədən döşəmə ilə sürünməyə başladı. Nə qədər əlləşsə də, qapını aça 

bilmədi. Qapı üzərindəki girinti-çıxıntılar sonsuz sayda ilbizlə örtüldüyündən onun bütün 

gücənmələri nəticəsiz qaldı. 

 

- Edna! 


 

Bu ara ağzına da bir ilbiz soxuldu. Mister Knoppert iyrənərək ağzındakını yerə tüpürdü. 

Sonra biləyinə dırmaşan ilbizləri çırpıb, təmizləməyə çalışdı. Ancaq yüz ilbizin əlindən 

qurtulduğu anda dörd yüz ilbizin hücumuna uğrayırdı artıq. Otaqda çarəsiz halda boş bir 

guşə axtardığı bu anlarda üstünə yeriyən yüzlərlə ilbiz onun hərəkətlərini qısıtlayırdı. 

Bəziləri hətta kirpiklərinin üstüylə sürünürdülər. Mister Knoppert birtəhər ayağa 

qalxmağa macal tapmışdı ki, daha bir zərbə aldı: bu zərbənin mənbəyini isə bir türlü 

anlaya bilmədi. Huşunu itirməkdəydi! Bircə onun fərqindəydi ki tir-tap yerə sərilib. Əlini 

üzünə tərəf aparmaq istəyirdi ki, bəlkə bu yolla dodaqlarında gəzən, burun pərələrinə 

girən və kirpiklərinə çıxan bu iyrənc qatillərdən canını qurtara. Ancaq sanki qollarından 

qurğuşun asılmışdı. 

 

- Kömək edin!  



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

62 


Bir ilbiz ta qırtlağına qədər gedib çıxmışdı və o, bunu udmalı oldu. İlbiz boğazında ilişib 

qaldığından nəfəs almaq niyyətiylə kişi ağzını daha geniş açdı və bu ara ikinci ilbiz içəri 

dürtüldü. Əsl cəhənnəm əzabıydı bu! 

 

Daha yerindən dəbərə də bilmirdi, axın edən bu canlı məxluqların ağırlığı altında 



döşəməyə yapışmışdı. 

 

Nəfəs alması da indi qısa hıçqırtıları xatırladırdı: 



 

- Xır-r-r! 

 

Gözləri önündə uzanıb gedən qara zülmət dalğası artıq beynini bürüməkdəydi. İndi 



köksünü də ötürə bilmirdi, çünki ağzı və burun pərələri yapışqanlı maye ilə tıxanmışdı. 

Qolunu tərpətməkdə aciz idi. Kirpiklərini zorla aralayaraq, bir gözüylə önünə baxmağa 

çalışanda gördü ki, bir qarış irəlidə, qapının böyründəki dibçəkdən dikələn süni ağac 

budağının üstündə bir cüt ilbiz səssiz-səmirsiz sevişməkdədir. Şəffaf yağış damlasına 

bənzəyən bala ilbizlər isə bir-birinin ardınca, azca aralıdakı torpaq çuxurdan sürünüb 

çıxırdılar.  

 

Bunlar - o böyük ordunun yeni əsgərləriydi… 



 

 

Tərcümə edəni: Azad Yaşar 

 

 

 



 

 

 



 

 

 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

63 


 

Herman Hesse 

 

Ağır yol 

 

 



 

 

 



1916-cı ildə qələmə alınmış və 1917-ci ildə nəşr edilmişdir. Həkim Hans Bruna və onun 

həyat yoldaşına həsr edilmişdir. 

Nağılın psixoanalitik rəmzləri: dağ özlüyün arxetipidir, bələdçi yol göstərəndir və 

qəhrəmanın ali "Mən”ini ifadə edir; ağac dünya ağacıdır; quş ruhun rəmzidir. 

 

*** 



 

Dərənin girəcəyində, qayalarla əhatə olunmuş yerdə qətiyyətsizlik içində dayanaraq geri 

çevrildim və arxamda buraxdıqlarıma baxdım. 

 

O yaşıl və səfalı məkanda günəş işıq saçır, çəmənlərdə rəngarəng otlar parıldayırdı. Orda 



həyat gözəl idi, orda rahat və isti idi, orda ürək könülaçan ətirlərin və çiçəklərin arasında 

yaşayan arı tək dərindən və rahatdan nəfəs alırdı. Və bəlkə də mən bu yerləri tərk edib 

dağa qalxmaq istəyimə görə dünyanın ən axmaq adamı idim. 

 

Bələdçi yavaşca çiynimə toxundu. Mən gözümü qəlbimə yaxın olan bu mənzərədən 



ayırdım və özümü sanki iradəm xaricində isti yatağından qışın soyuğuna çıxmış biri kimi 

hiss etdim. İndi mən günəş şüalarının çatmadığı zülmətə qərq olmuş dərəyə baxırdım: 

dərədən kiçicik qara bir bulaq axırdı, onun kənarlarında solğun rənglərə boyanmış 

qurumuş otlar bitmişdi, bulağın dibində nə zamansa mövcud olmuş, indi isə xatirələrdən 

belə silinmiş kəslərin sümükləri qədər ölü və solğun olan rəngarəng çınqıl dənələri vardı. 

 

- İstirahət etsək yaxşı olardı – bələdçiyə dedim. 



 

O, səbirlə gülümsündü və biz torpağa oturduq. Sərin idi, dərənin kənarındakı qayalardan 

soyuq gəlirdi – oradan ətrafa tutqun və iliklərə işləyən hava axını yayılırdı. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə