Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə183/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   175   176   177   178   179   180   181   182   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

496 


 

Dino Buttsati 

 

Dostlar 

 

 



Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq 

yatırtmışdılar. Hər ikisi də, çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdalar. Birdən-

birə arvad dedi: ―İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey 

damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir‖. 

―Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!‖ — deyə əri acıqlı tərzdə cavab verdi. 

İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni Appaşer artıq iyirmi gün idi ki, vəfat 

etmişdi. 

―Bilirəm… bilirəm ki, dəhşətdir‖ — deyə arvad söylədi, —‖ancaq, bu nə fikirdisə, mən 

ondan heç cür azad ola bilmirəm‖ 

―Eh, əgər mümkün olsaydı…‖ — deyə Torti qeyri-müəyyən bir təəssüflə deyindi, ancaq 

təfsilatına varmaq istəməyərək, yalnız başını buladı. 

Onlar yenə susdular. Saat ona on beş dəqiqə qalırdı. Birdən, qapının zəngi çalındı. Uzun, 

inadlı bir zəng idi. Hər ikisi qəflətən diksindilər. 

―Yenə axşam-axşam kim ola?‖ — deyə arvad dilləndi. 

Dəhlizdə qulluqçu İnesin ayaqlarının şappıltısı, qapının necə açıldığı və boğuq danışıq 

səsləri eşidildi. Rəngi ağappaq ağarmış qız yemək otağına boylandı. 

―İnes, kimdir orada?‖ — deyə xanım soruşdu. 

Qulluqçu qız ağasına tərəf baxıb, dili topuq vura-vura dedi: ―Sinyor Torti, bir dəqiqəlik 

çıxaydız… orada… Əgər bilsəydiz!..‖ 

―Axı kimdir orada, kim?‖ — deyə xanım gələnin kim olduğunu artıq çox gözəl anlasa da, 

hirsli-hirsli soruşdu. 

İnes sanki son dərəcə məxfi xəbər çatdırırmış kimi onlara tərəf əyilib, birnəfəsə pıçıldadı: 

―Orada… orada… Sinyor Torti, siz özünüz gəlin… Maestro Appaşer qayıdıb!‖ 

―Lənət şeytana‖— deyə Torti bütün bu müəmmalardan əsəbiləşərək söyləndi, sonra da 

arvadına tərəf çevrilib dedi: ―Mən özüm baxaram… sən burada qal‖. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

497 


O, qaranlıq koridora çıxdı, oradakı dolablardan birinə ilişdikdən sonra dəhlizə açılan 

qapının dəstəyini var gücü ilə özünə tərəf çəkdi. 

Dəhlizdə, həmişəki kimi özünün bir az sıxıntılı görkəmində Appaşer dayanmışdı. Ancaq 

o, nədənsə eynilə əvvəlki Appaşerə bənzəmirdi, cizgilərindəki dağınıq görüntülərdən o, 

indi sanki bir qədər daha az maddi nəzərə çarpırdı. Bu xülya idimi? Deyəsən, hələ yox. 

Deyəsən, hələ o, bizim materiya adlandırdığımız varlıqdan tam azad olmamışdı. Yox, bu 

xülya idi, ancaq maddiliyinin qalıqlarını özündə saxlamış bir xülya idi. O, adəti üzrə boz 

kostyum geymiş, mavi zolaqlı köynəyinin üstündən qırmızı-göy rəngli qalstuk 

bağlamışdı, ikiəlli yapışdığı biçimsiz fetr şlyapasını əsəbi halda elə hey əzib, 

bürüşdürürdü (sözsüz ki, xəyali kostyum, xəyali qalstuk və sair və ilaxır). 

Torti hissiyyata qapılan adamlardan deyildi. Qətiyyən. Ancaq hətta o da nəfəs çəkə 

bilmədən, yerindəcə quruyub qaldı. Zarafat gəlməsin, iyirmi gün əvvəl öz əlləri ilə son 

mənzilinə yola saldığı neçə illərin ən əziz dostu indi onun evində, düz qarşısında 

dayanmışdı! 

―Amedeo!‖— deyə zavallı Appaşer sanki yaranmış gərginliyi bir qədər zəiflətməkdən 

ötrü gülümsəyərək dilləndi. 

―Bu sənsən? Sən — burada?‖ — deyə Torti az qala tənə ilə ucadan soruşdu, çünki 

keçirdiyi ziddiyyətli və anlaşılmaz duyğular indi bir anın içində, kim bilir nədənsə onda 

yalnız çılğın qəzəb hissi oyatmışdı. Məgər itirdiyi dostunu yenidən görmək imkanı ona 

intəhasiz bir təsəlli gətirməməliydimi? Məgər belə bir görüşdən ötrü Torti bütün 

milyonlarından məmnuniyyətlə keçməzdimi? Əlbəttə, o bunu düşünmədən edərdi. Hər 

şeyi qurban verərdi. Bəs elə isə indi o, nədən belə bir sevinc hissini duymurdu? Hələ 

üstəlik, bu etinasız əsəbiləşmə nə demək idi? Deməli belə çıxır ki, bu qədər həyəcandan, 

bu qədər göz yaşlarından, hadisənin məlum şərtiliklərinə riayət olunması ilə bağlı bir belə 

narahatçılıqdan sonra indi hər şeyi yenidən başlamaq? Bu ayrılıq günləri ərzində onun 

dostuna bəslədiyi duyğular ehtiyatı sona qədər tükənmiş, zərrə qədər də qalmamışdı. 

―Hə, görürsən də… mənəm‖— deyə Appaşer şlyapasının kənarlarını daha da bərkdən 

əzib, bürüşdürərək söylədi. ―Ancaq deyirəm birdən… nə isə… özün ki, yaxşı bilirsən, 

bizim aramızda nə təşrifat… Əgər narahat edirəmsə…‖ 

―Narahat edirsən? Sən bunu narahat etmək adlandırırsan?‖ — deyə dəli kimi özündən 

çıxmış Torti bağırdı. ―Allah bilir haradan qayıdıb gəlirsən, özü də bu görkəmdə…. Hələ 

narahatçılıqdan da dəm vurursan! Sən bundakı cəsarətə bir bax!‖ Sonra o, tam ümidsizlik 

içində öz-özünə dedi: ―İndi mən başıma nə çarə qılım?‖ 

―Bura bax, Amedeo‖, — Appaşer dilləndi, — ―əsəbiləşib eləmə… Hər şey bir yana, 

ancaq məndə günah yoxdur… Oranın özündə (o, əli ilə qeyri-müəyyən bir işarə elədi) 

nəsə anlaşılmazlıq baş verib… Nə isə, mən hələ bir aya yaxın burada qalmalıyam… Bir 

ay, ya da bir az çox… Sən ki, bilirsən, evimi artıq boşaldıblar, indi orada yeni sakinlər 

yaşayır…‖ 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

498 


―Yəni demək istəyirsən ki, sən mənim evimdə qalacaq, burada yatacaqsan?‖ 

―Yatmaq? Yox, mən daha yatmıram…. Söhbət yatmaqdan getmir… Mənə balaca bir 

künc də bəs edərdi… Mən sizə mane olmaram, nə yeyirəm, nə içirəm, heç… nə isə, heç 

tualetə də ehtiyacım yoxdur. Bilirsən, təki gecələr veyil-veyil gəzib-dolaşmayım, xüsusilə 

də, yağışın altında‖. 

―Necə yəni yağışın altında… sən hələ islana da bilirsən? ‖ 

―Yox, təbii ki, islanmıram‖, — Appaşer yüngülcə irişdi,— ―ancaq yenə də, lənətə gəlmiş 

zəhlətökən şeydir.‖ 

―Deməli, sən bütün gecələri burada keçirmək fikrindəsən?‖ 

―Əgər icazə versən…‖ 

―Hə də, əgər icazə versəm!… Heç nə anlaya bilmirəm… Bura bax, sən ağıllı adamsan, 

mənim köhnə dostumsan… Sənin bütün həyatın demək olar ki, artıq arxadadır… necə 

olur ki, özün anlaya bilmirsən?.. Hə, axı sənin heç vaxt ailən olmayıb!‖ 

Appaşer pərt halda qapıya doğru geri çəkildi. ―Bağışla, mən elə bilirdim… Axı söhbət 

cəmisi bir aydan gedir…‖ 

―Sən sadəcə, məni anlamaq istəmirsən‖— deyə Torti az qala incimiş kimi söylədi. ―Mən 

özüm barədə narahat olmuram… Uşaqlar var! Uşaqlar! Yoxsa, sənə elə gəlir ki, hələ on 

yaşına çatmamış iki balaca günahsız varlığın səni görə bilməsi heç nədir? Hər şeydən 

əlavə, indi sən özün dərk etməlisən ki, nə vəziyyətdəsən. Məni bu rəhmsizliyə görə 

bağışla, ancaq… axı sən… axı sən kabussan … və orada ki, mənim uşaqlarım var, mən 

ora kabusları buraxmaram, mənim əzizim…‖ 

―Deməli, heç cür?‖ 

―Deməli, heç cür əzizim, heç bilmirəm daha nə de…‖ Onun son kəlməsi ağzında qaldı. 

Appaşer bir göz qırpımında yoxa çıxmışdı. Təkcə pilləkənlərlə tələsik aşağı enən 

birisinin ayaq səsləri eşidilirdi. 

*** 


 

Konservatoriyanın direktoru maestro Mario Tamburlani konsertdən çıxıb evinə 

qayıdanda, — onun mənzili də elə konservatoriyanıın içində idi, — saatların zəngi gecə 

birin yarısını vururdu. O, evinin qapısına çatar-çatmaz, əlindəki açarı qapıdakı deşiyə 

salıb, bir dəfə fırlatmışdı ki, arxadan kiminsə pıçıltısını eşitdi: ―Maestro, Maestro!‖ O, 

birdən geri çevriləndə, qarşısında dayanmış Appaşeri gördü. 

Tamburlani mahir diplomat, necə deyərlər savoir faire (bacarıqlı—fransızca), tədbirli, 

həyatda işlərini ehtiyatla tutmağı bacaran bir adam kimi tanınırdı. Həmin bu məziyyətləri 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

499 


və ya qüsurları, — onu, cüzi xidmətlərinə rəğmən, cəmiyyətdə daha yüksək səviyyəyə 

qaldıra bilmişdi. O, vəziyyəti bircə göz qırpımında qiymətləndirdi. 

―Ah, mənim əzizim‖ — deyə maestro mehriban və həyəcanlı bir səslə şirin-şirin dilləndi, 

— o, əllərini skripkaçıya tərəf uzadır, eyni zamanda ona bir metrdən çox 

yaxınlaşmamağa çalışırdı. ―Mənim əzizim, əzizim… sən əgər bilsəydin qəlbimdəki bu 

boşluq…‖ 

―Necə, necə?‖— deyə qulaqdan bir az zəif olan Appaşer, — belə ki, xülyalarda hissiyyat 

adətən kütləşmiş olur, — təkrar soruşdu. ―Sən bir qədər hövsələ et, mən daha əvvəlki tək 

eşitmirəm…‖ 

―Oh, başa düşürəm, əzizim, başa düşürəm… Ancaq nə etməli, bağıra bilmərəm ki! 

İçəridə Ada yatıb, bir də ki…‖ 

―Bağışla… əlbəttə… ancaq sən məni bircə dəqiqəlik içəri buraxmazdın? Neçə saatdır 

ayaq üstəyəm.‖ 

―Yox, yox, Allah xatirinə, Blits duyub eləsə, batdıq.‖ 

―Necə? Necə dedin?‖ 

―Blitsi deyirəm, mənim qoyun itimi. Sən ki, onu görmüsən… O elə hay-küy qaldırar ki… 

Gözətçi dərhal oyanar… sonra da, Allah bilir…‖ 

―Deməli heç mümkün deyil ki, mən bir-neçə gün…‖ 

―Nə? Bizdə qalasan? Oh, əzizim Appaşer, əlbəttə, əlbəttə!… Təsəvvür et ki, sənin kimi 

bir dost üçün … Ancaq, bağışla, bəs itlə nə edək?‖ 

Bu cür cavabdan Appaşer pərt oldu. O, bu insanın yatmış hissiyyatını oyatmaq istədi: 

―Bir ay əvvəl orada, qəbiristanlıqda üstümü torpaqla örtməzdən əvvəl nitq söyləyərkən 

sən ağlayardın, maestro, ağlayırdın… Xatırlayırsanmı? Elə bilirsən mən sənin 

hıçqırıqlarını eşitmirdim? ‖ 

―Oh, mənim əzizim, onu demə, onu demə… mən burada (o, əli ilə ürəyini tutdu) elə bir 

ağrı gəzdirirəm ki…. Aman Allah, deyəsən Blitsdır! ‖ 

Həqiqətən də, qapının arxasından boğuq, təhdidedici bir mırıltı eşidildi. 

―Gözlə, əzizim, bircə dəqiqə gözlə, qoy bu dözülməz heyvanı bir qədər sakitləşdirim, 

sonra … Bircə dəqiqə əzizim, bircə dəqiqə‖ 

O, ilan kimi cəld içəri sivişərək, qapını arxasınca bağlayıb, siyirməni möhkəm-möhkəm 

yerinə oturtdu. Aralığa sakitlik çökdü. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

500 


Appaşer bir neçə dəqiqə gözlədi. Sonra pıçıltı ilə ―Tamburlani, Tamburlani‖ — deyə 

dostunu səslədi. O biri tərəfdən hay verən olmadı. Onda Appaşer barmaqlarının ucu ilə 

qapını astaca tıqqıldatmağa başladı. Cavabı — tam sükut idi. 

Gecə tükənmək bilmirdi. Appaşer bəxtini yüngül əxlaqlı, canıyanan bir qız olan, dəfələrlə 

vaxt keçirdiyi Cannanın yanında sınamaq istədi. Canna mərkəzdən uzaqda, 

kirayənişinlərlə dolu köhnə binadakı iki balaca otaqda qalırdı. Appaşer ora gəlib çatanda 

gecə saat üçdən keçmişdi. Bəxtindən, adətən bütün belə qələbəliklərdə olduğu kimi, küçə 

qapısı bağlı deyildi. O, əziyyətlə altıncı mərtəbəyə qalxa bildi, — gəzib- dolaşmaqdan 

artıq tamam əldən düşmüşdü. 

Qalereyada qatı qaranlıq olsa da, o, giriş qapısını tapmaqda elə bir çətinlik çəkmədi. 

Qapını astaca döydü. İçəridən həyat əlaməti gələnə qədər qapını hələ bir xeyli döyməli 

oldu. Nəhayət, qızın yarıyuxulu səsi eşidildi: ―Kimdir?… Kimdir yenə gecənin bu vaxtı?‖ 

―Canna, təksən? Aç… mənəm, Toniyəm‖ 

―Gecənin bu vaxtı?‖— deyə Canna həvəssiz, ancaq özünəməxsus sakit itaətkarlıqla təkrar 

etdi. ―Gözlə, indi gəlirəm‖. 

İçəridən tənbəl-tənbəl, şappıltılı ayaq səsləri eşidildi, işıq qoşucusu çıqqıldadı, açar 

buruldu. ―Bu nə vaxtın gəlməyidir belə, xeyir ola?‖ — deyə Canna qapını açıb, onu 

bağlamağı gələnin ixtiyarına buraxaraq, tələsik yatağına cummaq istəyirdi ki, Appaşerin 

qeyri-adi görkəmi onu heyrətə gətirdi. Qız çaşqın halda ayaq saxlayıb, onu nəzərdən 

keçirməyə başladı və yalnız bundan sonra həqiqət yuxu dumanı arxasından onun şüuruna 

yeridi. ―Axı sən… axı sən…. axı sən‖ O, demək istəyirdi ki, axı sən ölmüsən, indi mən 

bunu yaxşı xatırlayıram… Ancaq bunları söyləməyə onun cəsarəti çatmadı. O, Appaşer 

yaxın gələrsə onu geri itələməkdən ötrü əllərini irəli uzadaraq, dal-dala geri çəkildi. ―Axı 

sən … axı sən‖ Birdən Canna ucadan çığırdı: ―Çıx get… Allah xatirinə, çıx get!‖ — qız 

dəhşət içində gözlərini bərəldərək ona yalvarır, Appaşer isə: ―Canna, xahiş edirəm… 

Mən sadəcə, bir az dincəlmək istəyirdim‖— deyə dil tökürdü. ―Yox, yox, çıx get! Heç 

ağlına da gətirmə … Sən məni dəli edəcəksən! Çıx get! Çıx get deyirəm! Yoxsa, bütün 

binanı yuxudan oyatmaq istəyirsən?‖ 

Belə ki, Appaşer yerindən heç qımıldanmırdı da, qız gözünü ondan çəkmədən əlini 

arxaya aparıb, oradakı komodu tələsik eşələməyə başladı. Əlinə birinci keçən qayçı oldu. 

―Gedirəm, gedirəm‖ — deyə Appaşer çaşqın halda söylədi, ancaq qız ümidsizlikdən 

doğan bir cəsarətlə artıq bu gülünc silahı onun sinəsinə dirəmişdi. Qayçının hər iki ağzı 

heç bir müqavimət görmədən, çox asanlıqla xülyanın bədəninə girdi. ―Ah, Toni, bağışla 

mən bunu etmək istəmirdim‖ — deyə qız vahimə içərisində çığırdı. ―Yox, yox… ay, 

qıdığım gəlir, yalvarıram, eləmə, qıdığım gəlir!‖ — deyə Appaşer əsəbi halda ucadan 

pıqqıldayaraq, birdən-birə, dəli kimi gülməkdən uğunub getdi. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

501 


Bayır tərəfdən, həyətdə pəncərələrdən biri zərblə açıldı. Kimsə acıqlı səslə bağırdı: 

―Bilmək olar orada nə baş verir? Saat dördə qalıb! Biabırçılıqdır, lənət şeytana!‖ 

Ancaq, Appaşer dabanına tüpürüb, yel kimi aradan çıxmışdı. 

 

*** 



Görəsən, daha kimə müraciət etməli? Bəlkə şəhərin girişindəki San Kalisto kilsəsinin 

keşişinə? Ölüm yatağında onun son dini ayinlərini icra etmiş köhnə gimnaziya yoldaşı, 

mehriban don Raymondoya? 

―Dəf ol, dəf ol, şeytan əməli!‖ — deyə möhtərəm keşiş onun yanına gəlmiş skripkaçını 

bu sözlərlə qarşıladı. 

―Bu mənəm, don Raymondo, Appaşerəm, yoxsa tanımadın?… Don Raymondo, icazə ver 

burada sənin yanında gizlənim. Bir azdan səhər açılacaq. Heç kəs mənə sığınacaq vermir. 

Dostlar üz döndərib. Bəlkə, heç olmasa sən…‖ 

―Mən bilə bilmirəm sən kimsən‖ — deyə keşiş kədərli səslə, ibarəli bir tərzdə söylədi. 

―Bəlkə sən iblissən, yainki duyğularımın mubhəm görüntülərisən, bilmirəm! Yox, əgər 

sən həqiqətən də Appaşersənsə, onda buyur, — bu mənim yatağım, bu da sən, uzan, 

dincəl!..‖ 

―Çox sağ ol, çox sağ ol don Raymondo, mən bilirdim, bilirdim ki…‖ 

―Sən heç təşvişə düşmə‖ — deyə keşiş riyakar mehribanlıqla sözünə davam elədi, — 

―heç təşvişə düşmə ki, mənim adım artıq çoxdan yepiskopun qara dəftərindədir… 

Təşvişə düşüb eləmə ki, sənin burada olmağın mənim üçün son dərəcə ağır hallarla 

nəticələnə bilər… Müxtəsəri, mənim barəmdə narahat olma. Əgər səni ona görə bura 

göndəriblərsə ki, mənim evimi birdəfəlik yıxasan, onda neynək, — Tanrı özü bilən 

məsləhətdir!.. Bura bax, sən nə edirsən? Gedirsən, nədir?‖ 

 

*** 



Bax, elə buna görədir ki, xülyalar, — əgər nə vaxtsa, hansısa talesiz bir varlıq yer üzündə 

bir qədər yubanmağa səylə cəhd edirsə də, — bizimlə qalmaq istəməyərək, baxımsız 

evlərdə, qədim qəsrlərin xarabalıqlarında, meşələrin qoynunda itib-batmış kimsəsiz 

kilsələrdə, ya da tənha qayalarda gizlənirlər və dəniz dalğaları bu qayaları döyəcləyir, 

döyəcləyir, onlar da tədricən dağılaraq, məhv olurlar. 

 

İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə