Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə175/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   171   172   173   174   175   176   177   178   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

475 


- Necə yox idi? Orda iki yüz peso vardı. İndi o pulları sənin dərindən soyub çıxardarlar. 

Özü də ona görə yox ki, sən oğrusan, xeyr, ona görə ki, axmaqsan, xalis axmaq. 

 

 

 



Tərcümə edəni: Mahir N.Qarayev 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

476 


 

Dino Buttsati 

 

Paxıl musiqiçi 

 

Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl 



insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən 

hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi.  

Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının 

bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt 

eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü 

musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir 

istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi. 

Ancaq Qorca, hər şeydən öncə, - bu musiqinin dəst-xəttindən heyrətə gəldi. O, 

harmoniyanın bütün köhnə qayda-qanunlarından azad idi, bəzən sərt və inadlı olsa da, 

eyni zamanda, ən kamil ifadə səviyyəsinə yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir ağır 

zəhmətdən əsər-əlamət olmayan füsunkar yüngüllük və gənclik təravəti də xas idi. Ancaq 

çox keçmədi ki, royal susdu və Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək, 

küçədə əbəs yerə var-gəl etməyə başladı.  

- Kim bilir, yenə hansı amerikan hoqqasıdır. Onlarda musiqi yerinə ən qəliz cəhənnəm 

sayıqlamasını sırıyırdılar, - deyə o düşündü və evinə tərəf üz tutdu. Bununla belə, həmin 

axşam da, bütün ertəsi gün də o, qəlbində dərin bir narahatlıq hissi duydu; necə ki, birisi 

meşədə ov edərkən sərt bir daşa və ya ağaca ilişir və ehtiras içərisində olduğundan bunun 

fikrinə varmır, yalnız sonra, gecə zədənin yeri ağrı verəndə o, heç bir vəchlə xatırlaya 

bilmir ki, bu harada və necə baş verib. Və hələ bir həftədən də artıq gözləmək lazım gəlir 

ki, yaranın yeri tamamilə itib yox olsun. 

Bir müddət keçmiş, saat altıya yaxın evinə dönərkən Qorca qapını açar-açmaz, qonaq 

otağındakı radiodan gələn səsləri eşitdi: o, dərhal, öz peşəkar duyumu ilə həmin səsləri 

tanıdı; bu dəfə tək fortepiano yox, bütöv bir orkestr çalırdı və bu onun həmin axşam 

eşitdiyi musiqi parçası idi, eyni möhtəşəm və məğrur vurğular, az qala təhdidedici bir 

amiranəliklə, sanki mənzilə yetişməkçün dördnala çapan küləkayaqlı bir kəhər ideyasını 

təlqin edən həmin bənzərsiz harmonik ifadələr.  

Qorca qapını örtməyə macal tapmamışdı ki, musiqi birdən-birə kəsildi və qonaq 

otağından qeyri-adı tələsiklə çıxan xanımı Mariyanın yaxınlaşmaqda olan ayaq səsləri 

eşidildi. 

- Salam əzizim, bilmirdim ki, belə tezliklə qayıdacaqsan, - deyə xanımı söylədi. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

477 


Bəs nədən onun siması belə çaşqın idi? Bəlkə o, ərindən nəyisə gizlədirdi? 

- Nə olub? - deyə Qorca təəccüblə soruşdu. 

- Necə yəni, nə olub? Nə olmalıydı ki?-deyə Mariya özünü dərhal ələ aldı. 

- Bilmirəm. Sən nəsə belə, birtəhər salamlaşdın.... Bəlkə deyəsən, indicə radio ilə nə 

verirdilər? 

- Eh, elə bir o qalmışdı ki, hər şeyə qulaq asım! 

- Elə isə, mən içəri girən kimi sən niyə radionu belə tələsik söndürdün? 

- Nədir, məni sorğu-suala tutmusan? - deyə, xanımı gülərək ucadan soruşdu- Düzünü 

bilmək istəyirsənsə, radionu elə səni qarşılamağa çıxanda söndürdüm. Keçmişəm öz 

otağıma, yadımdan çıxıb, yanılı qalıb. 

- Bir musiqi verirdilər... çox maraqlı musiqi idi, -deyə Qorca fikirli-fikirli qonaq otağına 

yönəldi.  

- Bəxtəvərin oğlu, sənə musiqi azlıq edir, nədir? Səhərdən axşama qədər musiqi, 

musiqi.... heç cür sakitləşə bilmirsən... Sən bu radiodan əl çəkəcəksən, ya yox?! - deyə o, 

ərinin radionu yenidən yandırmaq istədiyini görüb ucadan deyindi.  

Qorca çevrilib arvadına diqqətlə nəzər saldı: xanımı həyəcanlı görünürdü, sanki nədənsə 

ehtiyat edirdi. O, nümayişkaranə bir tərzdə radionun düyməsini burdu, lövhə işıqlandı, 

cihaz həmişəki kimi çıqqıldadı, sonra diktorun səsi eşidildi: - ... mera musiqisindən ibarət 

proqramı dinlədiniz. ―Tremel‖ firması tərəfindən təqdim olunan növbəti konsertlə... 

- Nədir, sakit oldun? - deyə bir qədər ürəklənmiş Mariya dilləndi. 

Həmin axşam - şam yeməyindən sonra dostu Cakomelli ilə birlikdə gəzintiyə çıxan 

Qorca radio verilişlərinin siyahısı olan qəzeti alıb günün proqramına nəzər saldı. ―Saat 

1645, maestro Serco Anfossinin rəhbərliyi ilə kamera musiqisi; Hindemitin, Kuntsun, 

Mayssenin, Ribbentsin, Rossi və Stravinskinin əsərləri‖. Yox, dinlədiyi musiqi qətiyyən 

Stravinskininki deyildi. Bəstəkarların adları qəzetdə əlifba sırası ilə verilmişdi və 

görünür, əsərlərin ifa ardıcıllığı konsert zamanı dəyişdirilmişdi. Bu nə Hindemitin, nə də 

Mayssenin musiqisi idi, Qorca onları çox gözəl tanıyırdı. Deməli Ribbents? Yox, onun 

köhnə konservatoriya dostu Maks Ribbents on il öncə elə də pis olmayan, ancaq 

sxolastik, böyük polifonik kantata ilə gücünü sınamış, sonra bəstəkarlıqdan tamamilə əl 

çəkmişdi. Yalnız bu yaxınlarda, bu qədər sükutdan sonra o, Teatro di Statoda yeni bir 

opera düzüb-qoşmaqla özünü yenidən göstərmişdi. Elə bu günlərdə də əsər səhnəyə 

qoyulmalı idi. Ancaq həmin o birinci əsərini nəzərə almaqla , bu dəfəkinin də nə 

olacağını təsəvvür etmək çətin deyildi. Deməli, bu Ribbents də deyil. Qalırdı Kunts və 

Rossı. Ancaq onlar kim idilər ki? Qorca onların adlarını belə, eşitməmişdi.  




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə