Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə174/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   170   171   172   173   174   175   176   177   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

473 


Bilyardxananın köhnə qapısı önündəki boş sahəyə çatanacan heç bir ehtiyat tədbiri 

barədə düşünmədi. 

Bu dəfə cib fənərini yandırmaq lazım gəlmədi; təkcə ötən dəfə həncamasını qopartdığı 

qapı öz yerinə bərkidilmişdi, qalan hər şey elə əvvəlki kimi idi. Damaso sağ əliylə qıfılı 

kənar eləyib, əyənin şiş ucunu o biri həncamanın altına soxdu, var gücünü də işə saldı. 

Taxtanın çürük qırıntıları yavaş-yavaş oyulub töküldü, qapı yerindən oynadı. 

Həncamasından qopmuş qapını itələməzdən qabaq bir qədər qaldırdı ki, kərpic döşəməni 

sürtməsin. Bir az aralayandan sonra çəkmələrini çıxarıb bağlama ilə birgə içəri dürtdü, 

sonra da özü ay işığına qərq olmuş bilyardxanaya girdi. Əvvəl boş şüşələrin, yeşik 

qalaqlarının yığıldığı qaranlıq dəhlizin yanından ötüb keçdi. Sonra pəncərədən içəri 

düşən bir çəngə ay işığının altında bilyard stolu gözə dəydi; bilyard stolunun arxa-sında 

dalı Damasoya tərəf olan dolablar, ən axırda isə üzü giriş qapısına tərəf düzülmüş bir 

xeyli stol-stul vardı. İşıq topasını və ətrafı sarmış qatı sükutu nəzərə almasan, hər şey 

ötən dəfəkinin eyni idi. Bu yerəcən gərginliyin öhdəsindən məhz iradəsi gücünə gələn 

Damaso sanki hansısa ovsuna düşmüş kimiydi. 

Döşəmənin çıxıntı əmələ gətirmiş kərpiclərinə indi o daha heç bir əhəmiyyət vermədi. 

Çəkmələrini qapıya dirəyib ay işığının saldığı zolağın üzərindən adladı və piştaxta 

arxasındakı şar qutusunu axtarıb tapmaq üçün cib fənərini yandırdı. Ehtiyatı tamam 

unutmuşdu; bu barədə heç düşünmürdü də. Fənərin işığını sol tərəfdən sağ tərəfə 

yönəldəndə toz basmış şüşə qalağını, bir cüt əl nərdivanını, maşın yağına bulaşmış 

köynək bürməyini və nəhayət, şar qutusunu gördü. Qutu elə öz köhnə yerində idi. İşığı 

bir az da o üzə salanda Damaso yenə pişiyi gördü. 

Pişik işıq zolağının arasından laqeyd nəzərlə ona baxırdı. Damaso eləcə lal-dinməz 

dayanıb işığı pişiyin üzündən çəkmirdi. Ancaq həmin andaca qəfildən ürəyi titrəyən kimi 

oldu və yadına düşdü ki, gündüzlər bilyardxanada heç vaxt pişik görməyib. O, fənər 

tutduğu əlini pişiyə yaxınlaşdırıb «pişt!» dedi, amma pişik buna zərrəcə məhəl qoymadı. 

Bu zaman Damasonun beynində səssiz bir partlayış qopdu, pişik də yaddaşından ömürlük 

silinib getdi. Özünə gəlib nə baş verdiyini anlayanda fənər artıq əlindən düşmüşdü, amma 

şar bükülüsü qucağında idi; Damaso onu bərk-bərk sinəsinə sıxıb durmuşdu. 

- Ey! 


Damaso başdan-başa işığa qərq olmuş bilyardxanada don Rokenin tanış səsini eşidərkən 

kürəklərində dəhşətli bir yorğunluq hiss edib ağır-ağır dikəldi. İşıqdan karıxmış don Roke 

bircə trusikdə idi və əlindəki dəmir çəliklə bilyardxananın o başından yavaş-yavaş ona 

tərəf gəlirdi. Damasonun bayaq yanından ötüb keçdiyi şüşə və yeşik topasının arxa 

tərəfində qamak asılmışdı; qamak da birinci dəfə yox idi. 

Aralarındakı məsafə azalıb on addım qalanda don Roke tullanıb müdafiəyə hazır vəziyyət 

aldı; Damaso da bağlama olan əlini arxasında gizlətdi. Don Roke gözlərini qıyaraq başını 

irəli uzatdı və uzağı yaxşı seçməyən eynəksiz gözləri ilə onun kim olduğunu anışdırmağa 

çalışdı. 

- Demək bu sənsənimş! – birdən o heyrətlə bağırdı. 

Damaso xeyli uzun sürən nəyinsə sonunun çatdığını hiss etdi. Don Roke çəliyi aşağı salıb 

lap yaxına gəldi; heyrətdən onun ağzı açıla qalmışdı. Eynəksiz və protez dişlərsiz, don 

Rokeni lap arvad hesab eləmək də mümkündü. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

474 


- Burda nə işin var sənin, neyləyirsən? 

- Heç nə, – deyə Damaso cavab verib öz duruşunu nəzərə çarpmadan, hiss etdirmədən 

dəyişdi. 

- O əlindəki nədi? – don Roke soruşdu. 

- Heç nə, – Damaso geri çəkilib dediyini təkrar elədi. 

Don Roke pörtüb qızardı, əsməyə başladı; əlindəki dəmir çəliyi yellədə-yellədə bir addım 

qabağa qoyub qışqırdı: 

- Nədi o əlindəki? 

Damaso bağlamanı irəli uzatdı. Don Roke hələ də ehtiyatı əldən vermədən, sol əliylə 

bağlamanı ondan alıb barmaqlarının ucuyla ehmalca yoxladı və yalnız indi her şeyi dərk 

etdi. 

- Ola bilməz, yox, bu ola bilməz, – dedi. 



Kişi elə çaşmışdı, elə sarsılmışdı ki, hətta əlindəki çəliyi də piştaxtanın üstünə qoymuşdu 

və kağızı açmağa girişib, deyəsən Damasonu tamamilə yaddan çıxartmışdı; indi o, dərin 

bir sükut içində şarları gözdən keçirirdi. 

- Mən onları çoxdan gətirib yerinə qoymaq istəyirdim. 

- Şübhə eləmirəm. 

Damaso ölü kimi ağardı. İçkinin dəmi çəkilib getmişdi; indi ağzında yalnız torpaq dadı 

qalmışdı və özünü dumanlı bir yalqızlıq içində hiss edirdi. 

- Bu da sənə möcüzə, – don Roke şarları təzədən öz yerinə büküb dilləndi. – Sənin bu 

qədər səfeh olduğuna inanmazdım. 

Başını yuxarı qaldıranda don Rokenin üzündə artıq tam başqa bir ifadə vardı. 

- Bəs iki yüz peso hanı? 

- Siyirmədə heç nə yox idi. 

Don Roke ağzını büzüb bir qədər fikrə getdi, Damasonu dalğın nəzərlə süzüb irişə-irişə, 

dodağının altında eyni sözü bir neçə dəfə təkrar elədi: 

- Heç nə yox idi, heç nə yox idi, demək heç nə yox idi?.. 

Və dəmir çəliyi təzədən əlinə aldı. 

- İndi sən bunu alkalda deyərsən. 

Damaso tərli ovuclarını şalvarına sürtdü. 

- Axı, siz özünüz də bilirsiz ki, orda heç nə yox idi. 

Don Rokenin bayaqkı təbəssümü yenə sifətində idi. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə