Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə172/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   168   169   170   171   172   173   174   175   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

469 


Damaso cibindən pul çıxarıb musiqi avtomatına saldı. Bir yandan mahnının gur sədaları, 

bir yandan da yanıb-sönən rəng-bərəng işıqlar onun bilyardxanaya həqiqi sədaqətini bir 

daha təsdiqləməkdə idi; hər halda özünə belə gəlirdi. Amma don Rokedeyəsən bunu çox 

da hiss etmirdi. Damaso keçib onunla yan-yana əyləşdi və toxtaqlıq verməyə çalışdı, 

intəhası sadaladığı dəlillər elə də tutarlı səslənmir, don Roke də etinasız bir görkəmlə 

qulaq asa-asa yelpiyini yelləyirdi. 

- Çarə nədir, daha beysbol il uzunu ola bilməz ki. 

- Nə bilmək olar, bəlkə şarlar tapıldı? 

- Hara tapılır. 

- Zənci onları yemədi ki! 

- Polis hər yeri ələk-vələk eləyib, – deyə don Roke əsəbi bir qətiyyətlə təsdiqlədi. – Çaya 

tullayıb yəqin. 

- Birdən möcüzə baş versə, şarlar tapılsa? 

- Gümanuva güc vermə, bala. Düzələn iş deyil bu, məsələ bitib-bağlanıb. Sən bəyəm 

möcüzəyə inanırsan? 

- Hərdən inanıram. 

Damaso bilyardxanadan çıxanda camaat hələ kinoda idi; kino hələ bitməmişdi və filmin 

uzaqdan eşidilən uğultulu səsləri, əcaib-qəraib ifadələri yuxulu şəhərin başı üzərində gah 

əriyib yoxa çıxır, gah da təzədən ucalırdı və hələ açıq olan bir neçə qapı da indilərdə 

bağlanasıydı. Meydanda bir qədər veyillənib, sonra rəqs salonuna tərəf addımladı. 

Salonda cəmisi bircə müştəri vardı; orkestr şəxsən ondan ötrü çalırdı, o da eyni vaxtda iki 

qadınla rəqs edirdi. Salondakı digər qadınlar divar boyunca elə cərgələnib oturmuşdular 

ki, eləbil hardansa nəsə bir xəbər gözləyirdilər. Damaso masa arxasına keçib əli ilə 

bufetçiyə işarə elədi ki, pivə gətirsin. Sonra nəfəsini dərə-dərə elə şüşədəncə içməyə 

başladı, özü də cüt qadınla rəqs edən kişidən göz çəkmirdi; pivə şüşəsi arxasından 

izlədiyi bu kişiboyca hər iki qadından balacaydı. 

Gecə yarıdan ötəndə kinodan çıxan arvadlar, arxasınca da dəstə-dəstə kişilər hay-küylə 

içəri doluşdu; Damasonun tanış qızı da içəri təpilənlərin arasında idi və Damasonu 

görcək, keçib masa arxasında onunla üzbəüz oturdu. 

Damaso qıza heç baxmadı da; o, pivənin altı şüşəsini artıq boşaltmışdı və hələ də rəqs 

eləyən kişiyə baxır, gözlərini ondan ayırmırdı. Kişi isə indi üç qadınla rəqs edirdi, ancaq 

rəqs etdiyi qadınları bir tikə də vecinə almır, onlara əsla məhəl qoymurdu; bütün fikri-

zikri öz hoqqa çxaran ayaqlarında idi. O, dedikcə xoşbəxt görünürdü və daha da xoşbəxt 

olması üçün əl-ayağından savayı deyəsən təkcə quyruğu çatışmırdı. 

- Bu tip mənim xoşuma gəlmir, – Damaso dilləndi. 

- Onda baxma ona, – qız dedi və bufetçidən içki istədi. 

İndi meydanca rəqs eləyən cütlüklərlə dolmuşdu, bayaqkı üç qadınla oynayan kişi isə 

sanki bunları görmür və özünü hələ də elə aparırdı ki, elə bil salonda tək idi. Hansısa 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

470 


anda baxışları ani olaraq Damasonun baxışlarıyla qarşılaşanda o, ayaqlarının çevikliyini 

daha da artırdı və gülümsəyib dovşan dişinə bənzəyənxırdaca dişlərini göstərdi. Damaso 

kirpik tərpətmədən eləcə düz onun gözünün içinə baxırdı. Və axırda kişi buna tab 

gətirmədi, təbəssümünü udub üzünü çevirdi. 

- Özünü kefcil sayır. 

- O elə gerçəkdən kefcildir, hər gələndə başqa kommivoyajörlər kimi öz hesabına musiqi 

çaldırır. 

Damaso qızın üzünə çaşqın nəzərlərlə baxdı. 

- Onda nə durmusan, get sən də qoşul. Üç adama çatan yem dördüncünü də görər. 

Qız cavab qaytarmadı, üzünü rəqs meydançasına çevirib stəkandakı içkini qurtum-

qurtum udmağa başladı. Rəngi solmuş sarımtıl donda o dedikcə ürkək və qətiyyətsiz 

görsənirdi. 

Sonra rəqs eləməyə durdular. Damasonun sifəti getdikcə tutulurdu. Qız onun qolundan 

yapışıb piştaxtaya sarı çəkdi: 

- Acından ölürəm. Elə sən də bir şey yesən pis olmaz. 

Bu vaxt kefcil kişi yanındakı üç qadınla birgə qarşılarına çıxdı. Damaso ayaq saxladı. 

- Bəri bax görüm… 

Kişi gülümsədi, amma yerişini yavaşıtmadı, ötüb keçməkistədi. Damaso qolunu qızdan 

qoparıb onun yolunu kəsdi. 

- Sizin dişləriniz mənim xoşuma gəlmir. 

Kişinin rəngi ağarsa da, yenə gülümsəməyində idi. 

- Heç mənim də. 

Qız imkan tapıb qolundan yapışanacan, Damaso kişinin sifətinə tutarlı bir yumruq 

ilişdirib onu meydanın tən ortasına sərdi. Müştərilərdən heç biri işə qarışmadı. Çığırışa-

çığırışa hər üç qadın Damaosya çarılıb onu kənara çəkmək istədilər, qız isə itələyə-itələyə 

salonun dib tərəfinə apardı. Qəfil zərbədən sifəti fətir kimi yastılanmış kişi meymun kimi 

tullanıb yerindən qalxdı və meydançanın tən ortasında durub bağırdı: 

- Çalın! 

Gecə saat ikiyə yaxın salon artıq boşalmışdı və içəridə çox az adam qalmışdı. Hava 

yamanca bürkü idi. Müştərisiz qadınlar şam yeməyinə oturmuşdular; qız da üstündə 

qızardılmış ət olan bir boşqab lobyalı düyünü gətirib qabağına qoydu və masanın 

arxasında oturub hamısını tək qaşıqla yeməyə başladı. Damaso qıza küt nəzərlə baxırdı. 

Qız qaşığı düyü ilə doldurub: 

- Aç ağzını, – dedi. 

Çənəsini sinəsinə dirəmiş Damaso başını buladı: 

- Biz kişilər belə şey yemirik. Bu – arvad xörəyidir. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə