Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə168/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   164   165   166   167   168   169   170   171   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

458 


- İndi polis gəlməni axtarır. Deyirlər, cümə axşamı gəlib, dünən axşamsa onu qapının 

həndəvərində hərlənən görüblər. 

Damaso ömründə heç üzünü də görmədiyi həmin o yad, o gəlmə adamı düşündü; hansısa 

anda ona hətta elə gəldi ki, bütün bu həngamənin baiskarı həqiqətən odur. 

- Camaat danışır ki, hələ onu bu vaxtacan tapmayıblar. Kim bilir, bəlkə də artıq çıxıb 

gedib. 


Damasonun bəzənib-düzənməsi həmişəki kimi yenə düz üç saat çəkdi: əvvəlcə bığlarını 

düzəltdi, sonra səliqə ilə yuyunubqırmızı rəngli dama-dama köynəyini geyindi. Anna 

Damasonunyuyunub-daranma mərasiminə əvvəldən axıradək tamaşa elədi, çıxmazdan 

qabaq onun təzədən güzgüyə baxdığını görəndə isə öz gözündə özünə xeyli qoca, xeyli 

də pinti göründü. 

Damaso peşəkar boksçu cəldiyi ilə yerində yüngülcə geri fırlanıb döyüş mövqeyi 

tuturmuş kimi onunla üzbəsurət dayandı; Anna ərinin qolundan yapışıb soruşdu: 

- Pulun var? 

- Bəs necə?! Düz iki yüz peso! – Damasonun kefi əməlli-başlı durulmuşdu. 

Anna divara sarı çönüb əlini qoynuna saldı, korsajın ara-sında gəzdirdiyi pul dürməyini 

çıxarıb ordan bir peso ayırdı və Damasoya uzatdı. 

- Buyur, Xorxe Neqrete. 

Axşamüstü Damaso öz curlarıyla birgə meydana gəldi. Ətraf kəndlərdən bazara gəlmiş 

adamlar stolların, yeşiklərin arasındaca tökülüşüb yatışmışdılar; havanın təzəcə 

qaralmasına baxmayaraq, artıq hər tərəfdən xorultu səsi eşidilirdi. Deyəsən, beysbol 

çempionatı cavanları bilyardxananın yarılmasından daha çox maraqlandırırdı; qapı bağlı 

olduğundan indi yarışların radio verilişlərini izləyə bilməyəcəkdilər. Çempionat barədə 

öz aralarında qızğınca danışa-danışa, çəkişə-çəkişə heç kinoteatrın qabağına necə gəlib 

çıxdıqlarnı da hiss etmədilər və nə göstərilə-cəyinin fərqinə varmadan bilet alıb içəri 

keçdilər. 

Baş rolda Kantinflasın çəkildiyi hansısa kinokomediya idi; Damaso eyvanın ön 

cərgəsində oturub ürəkdən şənlənib gülür, dialoqlararası fasilələr zamanı araya çökən ani 

səssizlikdə, kinoteatrın açıq damından görsənən gözəl iyun gecəsinin ağır sükuta dalmış 

ulduzları altında heç bir vicdan əzabı çəkmədən, narahat-çılıqdan yavaş-yavaş 

qurtardığını hiss edirdi. 

Birdən ekrandakı təsvir yoxa çıxdı və arxa tərəfdən səs-küy qalxdı. Dərhal işıqlar yandı 

və Damasoya elə gəldi ki, onu dövrəyə alıblar, hamı da ona baxır. O, az qala yerindən 

sıçramaq istədi, ancaq camaatı öz yerində sakitcə oturmuş görüb toxtadı. Polis biləyinə 

doladığı qayışın mis toqqasıyla kimisə çırpa-çırpa qovurdu. Döyülən zırpı bir zənciydi. 

Arvadlar bərkdən çığırışır, polisin səsi isə bütün səsləri üstələyirdi: 

- Oğru! Oğru! 

Zənci bağıra-bağıra cərgələrin arasıyla qaçır, arxasınca qovan digər iki polis kürəyini 

qamçılayırdı. Axırda onu tutdular.Mis toqqa ilə vuran bayaqkı polis zəncinin əllərini 

çəkib qayışla daldan bağladı və hər üçü yumruqlaya-yumruqdaya onu qapıya doğru 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

459 


itələməyə başladılar. Hər şey bir göz qırpımında və elə sürətlə baş verdi ki, bütün olub-

keçənlər Damasoya yalnız zənci salondan çıxarılandan sonra çatdı. Köynəyi tikə-tikə 

cırıqlanmış zəncinin tərli üzü al qan içində idi. O, hönkürə-hönkürə, zarıya-zarıya eyni 

sözü təkrar-təkrar bağırırdı: 

- Qatillər! Qatillər! 

İşıqlar söndü, kino təzədən başlandı. 

Damaso bundan sonra daha bir dəfə də olsun gülmədi. O, siqareti siqaretə calamışdı və 

gözü ekranda olsa da, fikrini heç cürə cəmləyə bilmirdi. Nəhayət, işıqlar yandı; bir-

birinin üzünə indi hamı elə bil aşkar qorxu içində baxırdı. 

- Əntiqə idi! – Damaso lap böyründə kiminsə heyrət dolu nidasını eşitdi. 

-Kantinflasa söz ola bilməz, – deyə o, həmin adama tərəf baxmadan qısaca cavab verdi. 

İnsan seli Damasonu qapının düz ağzına gətirdi; adamlar itələşə-itələşə bayıra axışırdı. 

Küçədə yeməli şeylər satan alverçi qadınlar şey-şüylərini də dallarına şəlləyib yavaş-

yavaş evlərinə dağılışırdılar. Saat on ikiyə işləsə də, küçə adamla doluydu: zəncinin necə 

tutulması barədə bir şey öyrənmək məqsədilə hamı kinodakıların çıxmasını gözləyirdi. 

Damaso bu dəfə evə çox asta, ayalarınının ucunda girdi; Anna onun gəldiyini biləndə, o 

artıq ikinci siqareti çəkirdi. 

- Yemək plitənin üstündədir, – Anna köksünü ötürdü. 

- Aclığım yoxdu, – Damaso cavab verdi. 

- Yuxuda görürəm ki, Nora yağdan balaca oğlan fiqurları düzəldir, – deyə Anna yuxulu-

yuxulu dilləndi və heç özü də hiss etmədən yuxuladığını yalnız bu vaxt anladı. Tez də 

çaşqın halda Damasoya tərəf döndü. – Xəbərin var, gəlməni tutublar. 

Damaso dərhal cavab vermədi; onun təzədən dillənməsi bir xeyli çəkdi.- Nə bildin? 

- Hə, kinoda tutublar, – deyə Anna danışmağa başladı, – elə indicə hamı ora getdi. 

Sonra da kino vaxtı baş verənlərin təfsilatını öz bildiyi kimi, tam təhrif olunmuş şəkildə 

ətraflı nəql elədi. Damasonun düzəliş verməyə həvəsi yox idi. 

- Yazıq! – deyə axırda Anna ah çəkdi. 

- Yazıq deyirsən?! – Damaso cinləndi. – Bəs sən istəyirdin məni tutsunlar? İstəyirdin 

onun yerində mən olum? 

Damasoya yaxşı bələd odlduğundan Anna bir söz demədi,ta xoruzların birinci banınacan 

yerində sakitcə uzanıb, siqareti siqaretə çalayan ərinin xırıltılı nəfəsinə qulaq asdı. 

Gecənin bir aləmində isə onun qalxdığını və otaqdan çıxmadan qaranlıqda əlhavasına 

nəsə elədiyini eşitdi. Damaso çarpayının altını qazırdı; təxminən on beş dəqiqədən sonra 

işi bitirib qaranlıqda astaca soyunmağa başlayanda heç ağlına da gəlmirdi ki, bayaqdan 

bəri, bütün bu vaxt ərzində arvadı ona mane olmamaq üçün yalandan özünü yuxululuğa 

vurub. Annanın qəlbinin dərinliklərində nəsə tərpənən kimi oldu və Damasonun kinoda 

olması, hər şeyi öz gözləriylə görməsi, buna görə də çarpayının altını qazıb şarları yerə 

basdırması ona yalnız indi çatdı. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə