Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə164/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   160   161   162   163   164   165   166   167   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

447 


 

Beslan indi özünü xeyli zəifləmiş hiss edirdi, guya əvvəllər əynində nəsə bir zireh vardı, 

indi onu soyundurub almışdılar. Həm də elə bil bayaq Minaşın həyətindən çıl-çılpaq, 

yağışın-yağmurun altında təkcə öz dərisinin ümidinə qalan adam kimi çıxmışdı. 

Müharibə başlayandan görüb-götürdüyü nə vardısa – onun istədiyi vur-tut soyuq, 

hissiyyatsız bir daşa dönmək, ürəyini yumşalda biləcək heç nəyi özünə yaxın 

buraxmamaqdı – indi hamısı əlindən gedirdi. 

 

Beslana elə gəldi ki, artıq qorxunun o üzünə adlayıb. Qorxu ümidin hesabına var olur. 



Ümid ölürsə - gözlər həsrətlə gələcəyə dikilmir, o gələcək adamı öz ağuşuna çəkmirsə – 

onda qorxudan da əsər-əlamət qalmır, Günəş doğanda əriyib gedən alatoranlıq kimi yoxa 

çıxır… Ancaq bu an Beslanın hissləri fərqliydi. Özü də bunun günahını Minaşın uzun 

illərin o tayından daşıyıb bugünə gətirdiyi ümiddə görürdü. Müharibənin onun ürəyində 

açdığı ölüm cığırının üstünə həyatın parlaq izləri düşməkdəydi. Elə ölüm də, həyatın özü 

kimi, onunla birgə Beslanın bu qədər vaxtdan sonra ilk dəfə sərbəst vurmağa başlayan 

ürəyinə axıb dolurdu. İndi hər şeydə həyat izləri vardı: bu gecə vaxtı yol getməsi də, 

bəlkə bu an hardasa ondan ötrü ayağa verilən güllə də həyat deməkdi… 

 

Beslan tələyə düşmüşdü, ancaq çırpınmır, inad etmirdi. Bilirdi ki, bundan sonra yükü ağır 



olacaq: bundan belə damarlarındakı qan soyumamalıdır. Güllənin dəydiyi yerdən süzülən 

qan mütləq isti olmalıdır, yalnız bundan sonra səma inanar ki, o, əslində nə imiş... 

 

Onlar yolu başa vuranda Minaşın bu qədər vaxtda özüylə gəzdirdiyi ümidin də axırı 



çatacaq. Ancaq incə bir ümid teli həmişəlik yerində qalacaq, o ümidi bu dəfə başqa birisi 

– Beslan götürəcək. Ondan sonra da kimlərsə… 

 

Səhər tezdən Tkuarçal tərəfə qaçqınlarla dolu bir maşın gedirdi. Minaşı da onunla yola 



saldılar. Ayrılanda bağlamasını açıb, parçadan tikilmiş bir torba çıxartdı. 

 

- Bəlkə gərəyiniz oldu, bala… 



Yerlərinə qayıdanda baxdılar torbanın içinə: artıq heç nəyə yaramayan, nimdaş təkliklərlə 

doluydu. Ancaq Beslan bunu görəndə nə utandı, nə də duruxdu. O, işıq saça-saça səmaya 

sancılan, amma onlar üçün cızılmış sərhədləri aşa bilməyən güllələri xatırladı… 

 

İki gündən sonra Tkuarçaldan xəbər gəldi ki, Minaş ölüb. 



 

Rus dilindən tərcümə edəni:  Seyfəddin Hüseynli  

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

448 


 

Ara Nazaretyan 

 

Atəşkəs 

 

 



Başını aşağı salıb, dirsəklərini dizlərinə dayamış komandir çatıq qaşlarının altından gah 

danışanın çəkmələrinə, gah da papağına baxırdı: bu papaqla çəkmələrin arasında yalnız 

onun qulağının ucunu görmək olurdu. 

 

- Dedi, gedirəm yatam. Meşəyə tərəf getdi. Yəqin ki, gecə saat üç olardı...   



 

Ondan sonra leytenant Avakimovu kimsə görməmişdi. 

 

- Kefliydi? – acığından komandirin göz qapaqları səyridi. 



 

- Lül-qəmbər... Amma başı işləyirdi. Boğazını çırtmalayıb dedi: hazıram... bəs deyincə… 

xirtdəyəcən... Saxlamaq mümkün deyildi. Dedi, Qaşqabağın əmridi: döyüş mövqeyində 

bir nəfər də içkili olmasın... - Danışan qeyri-ixtiyari baxışlarını komandirin sifətində 

gəzdirdi. – Ağlı yerindəydi... 

 

Başqa vaxt olsaydı, çiynindən dümsükləyər, ələ salardılar onu, ancaq indi zarafat yeri 



deyildi – adam itmişdi. 

 

Hamının gözü Qaşqabaqdaydı. 



 

Komandir həmişəmi belə qaşqabaqlı, yaxud dilxor, ya da bəlkə yorğun olurdu - burasını 

demək çətindi, amma radiorabitə üçün nəsə bir şərti ad vacibdi, onu nə cürsə 

səsləməliydilər, beləcə, «Qaşqabaq»da dayandılar. Ondan ötrü isə fərq eləməzdi: uzun-

uzadı nitqlərlə arası yoxdu, xəlbirlə su daşımaq onluq deyildi. Nəsə desəydi də, məğzi 

eyni olacaqdı: qalib gələcəyik! Bunu isə o, bir dəfə demişdi artıq... 

 

Ancaq indi hamı komandirə baxırdı – qərarı o verməliydi. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

449 


 

- Lap türklərdən salamat qurtarsa da, öz əllərimlə gəbərdəcəm... 

 

Səhər açılandan meşəni ələk-vələk eləmişdilər, gün haracan qalxmışdı, hələ də 



axtarırdılar. 

 

Birdən: 



 

- Tank… 


 

Gərginlik, anlaşılmazlıq toz çəkilincə davam etdi: salamat bir tankı ələ keçirmək istəyi ilə 

onu dərhal vurmaq cəhdi arasındakı zaman, ilişib irəli-geri hərlənən çarx kimi, yerində 

saydı, ta bir qərara varılınca...  

 

Toz seyrələndə üstü ayparalı qüllənin oyuğundan… 



 

Kəşfiyyatın rəisi karıxdığından yerə yatdı: 

 

- Avakimov, sənin ananı!.. 



 

Ağır maşın, mövqeyə çataçatda, meşəni biçilməmiş zəmidən ayıran torpaq yolda birdən-

birə peyda olduğu kimi, eləcə də qəfildən həmin yerdə donub qaldı, qabağından toz 

buludu qalxdı. 

 

Qaşqabaq bir çiynini dikəldib hirsli-hirsli ona sarı yeridi. Hələ o birilər toplaşmamışdılar, 



leytenenat Avakimov barmaqlarını tırtılın üstünə qoyub, eynən tankın yellənən antennası 

kimi, komandirin önündə ləngər vururdu. 

 

Altdan-yuxarı çəpəki yumruq atmağa hazırlaşırmış kimi, qollarını qurşağında qatlayan 



Qaşqabaq bu ləngərin bitməsini gözləyirdi, ancaq əbəs yerə: leytenant yalnız bu cür, 

birtəhər ayaq üstə dura bilirdi. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə