Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə161/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   157   158   159   160   161   162   163   164   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

439 


Elə o vaxtdan da avtomatımla Siam əkizləri kimiyik; sağlığımda hər nə yadımdan çıxsa 

da, avtomatımı unutduğum, onun öz ilan soyuqluğu ilə qəlbimi isitmədiyi bircə an da 

olmayıb. 

 

Artıq iki sutkadır ki, Günəş mənim üzərimdə doğub-batır, aman vermədən yaxıb-



yandırır: iylənməyə, çürüməyə başlamışam. Meyitim tapılanacan, ya da dəyişdirilənəcən 

eləcə sümüklərim qalacaq. Başımın üstündə topa-topa milçək uçuşur, bir xeylisi də 

sifətimdə gəzişir. Qurdlar isə dinməzcə öz işindədir, hərəsi bir tərəfdən səbrlə didib yeyir 

məni. Hərdən elə bilirəm ki, qurdlar təkcə ətimi yemirlər. Onların bu səliqəsi, hövsələsi 

zamanın sonsuzluğuna, bədənimin nəhəngliyinə işarədir, üstümə hər tərəfdən 

daraşmaqları da nəsə qeyri-adi bir axtarışdan xəbər verir. Onlar mənim ruhumu axtarırlar, 

onu da əmib-sümürmək istəyirlər! ―Hardasa buralardadır o: seliyin-şirənin içində, 

damarların əyri-üyrü, qaranlıq keçidlərində, bədənin dik yerlərində, çala-çökəyindədir... 

Əlimizdən qaça bilməz!‖ Elə hey arayıb-axtarırlar: ürəyin mədəciklərində, iri, bərk 

xayaların qırışmış kisəsində, saçların qarğa tükünə çalan cod qıvrımlarında... 

 

Axı insanın ən dadlı yeri onun ruhudur! 



 

Səhərisi atışma başlandı. Yer xam dayça beli kimi titrəyirdi. Gürcülər təpənin üstünü 

kəsib, fürsət ikən bizi bu girdabda gömmək istəyirdilər. Vertolyotlar da peyda oldu. 

Gümüşü ―halqa‖lar başımızın üstündə səmanı yarıb-keçir, dalbadal raketlər yağdırırdı. 

Biz yerə sərələnmiş, ümidsiz halda quruyub qalmışdıq, pulemyot güllələrinin öz 

qurğuşun ağırlığıyla haçan kürəyimizə  çırpılacağını, öldürücü deşiklər açacağını 

gözləyirdik. 

 

Sonra təpəyə tanklar dırmanmağa başladı. Bununla da döyüş lap qızışdı - sevən bir qızın 



od tutub yanan bədəni kimi. Mən nəhəng, qaynar dalğanın qoynunda bihuş olmağın 

nəşəsini yaşadım. Ancaq çox çəkmədi bu: başıma zərblə nəsə çırpıldı, öldüm. 

 

Ölümlə təzə-təzə rastlaşdığım vaxtlar məni ən çox təəccübləndirən ölənlərin ona fas-



farağat tabe olmaları idi. Sakitcə, fağır-fağır uzanıb ―o tərəf‖i fikirləşirdilər! Halbuki, 

adama elə gəlirdi, yüngülvari hərdəm eləsələr, onları bürüməkdə olan buzu sındıra, 

ətrafdakılarda həm sevinc, həm də dəhşət oyadıb, ayağa qalxa bilərlər! Ölənlərin 

laqeydliyi, ərincəkliyi anlaşılmaz görünürdü mənə. Onda ölümün gücünə bələd deyildim, 

adamı necə bir məngənəyə saldığını bilmirdim. Bu an mənə bütün dünyanın, lap bütün 

kainatın gücünü toplayıb versələr, yenə bircə barmağımı da tərpətməyə yetməzdi. İçimdə 

hərəkətli hər nə vardısa, hamısı xırp dayanmışdı, özü də, yəqin ki, həmişəlik; daha məni 

heç nə hərəkətə gətirə bilməzdi. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

440 


Hər yeri toz-tüstü bürümüş, cingilti-gurultu götürmüşdü: boğuq-boğuq uğuldayan tanklar 

təpəyə dırmanmaqdaydı. Bir balaca əyilsəydim, güllə boşa çıxıb pərt olar, mən isə sağ 

qalardım... 

 

Gözlərin, qulaqların, əllərin, ayaqların – bax bunlarsan sən, hə, bir də bu sadə təsərrüfatı 



öz adətincə idarə edən beynin var. Səni kövrəldən, zəif salan ruhun isə lazımsızdır, qoy 

rədd olsun. İçində canlı nəsə varsa, darıxıb ötəri qımıldandısa, deməli, axırın çatıb, 

meyitsən artıq. Bir qırıq metal sənə doğru şığıyır, amma sən özün də metalsan, ancaq 

onun qədər sərt, amansız deyilsən. Qatar-qatar uçuşan güllələrin qarşısına yenilməz bir 

istəklə çırpınan zərif bədənimiz çıxır və... hansısa labüd səhvin ağrı-acısı bizi həyata 

qaytarır – ruhumuzu oyadır: köhnə, kökü dərinə işləmiş ölüm qorxusu təzədən dolur 

didilib-dağılmış bədənimizə.     

 

Buna qədər isə adicə ümid etmək haqqımız da olmur; ümid əsgər üçün çəkilməz yükdür, 



mən elə ilk günlərdən onu üstümdən atdım, Nuh əyyamından qalmış, ölü duyğu təki 

geriyə - keçmişə yolladım. 

 

Bircə kimsə məni basdırsaydı... Dərin qazmağa ehtiyac yoxdur, onsuz da torpaq daş 



kimidir; eləcə istehkamçı beliylə yeri bir az eşən olsa, qəbir hazırdır. Təki bədənim 

örtülsün: meyitin göylərin altında beləcə açıqda qalması yaxşı deyil, ölümün bu cür 

çılpaq şəkli mənzərəni korlayır. 

 

Özümə qalsa, bədənimin torpağın dərin, qatı sərinliyinə gömülməsini istərdim. Çayın 



üstündəki təpə bizim nəslin qəbiristanıdır; həyatla haqq-hesabı çürütmüş əcdadlarım 

vəfalı qohumlar, etibarlı qonşular kimi üst-üstə yığılıb, bu təpəni əmələ gətiriblər; orda 

torpağı yarıb, yerin dibinə qapı açıblar... 

 

Əzizlərinin sümükləriylə yan-yana uzanmaq, yavaş-yavaş çürüyüb torpağa qarışmaq – 



bundan artıq nə istəyirsən! Ancaq indi mən o doğma təpədən çox uzaqlardayam, Günəş 

də çox amansızdır! Torpaq bir yığın ağ sümüyü laqeydliklə qoynuna alacaq; çürüyən 

bədənimin munis xatirələrindən uzaq düşmüş sümüklərim yad yerdə yalqızlığa 

gömüləcək. 

 

Hər şey aydın idi əslində, heç o yan-bu yan yeri qalmamışdı; di gəl yenə də müharibənin 



hər keçən günü içimə qatı zülmət çökür, sonsuz bir gecə axıb calanırdı. Ancaq mən işığın 

nə olduğunu bilirdim: müharibənin bitməsiydi, sülh idi işıq. Ona qovuşmağa can atırdım 

mən, yarıyolda qalmaq istəmirdim. Bu zülmətdəki itkin ruhuma gəlincə, onun buradan öz 

bütövlüyü, zərifliyi ilə sıçrayıb çıxacağına inanırdım. Bircə bu ətdən və sümükdən ibarət 

bədənimi salamat apara bilsəydim, ruhum da onunla birgə mənzilə yetərdi... 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə