Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə162/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   158   159   160   161   162   163   164   165   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

441 


Kaş ki, hələ ölüm özünü yetirməmiş, ağrıdan keçinəydim. Onda ölüm yaşamadığım 

illərin, çəkmədiyim iztirabların hesabına qat-qat qalınlaşmış, möhkəm bağlanmış 

qapıların ardında qalar, yerində sayardı... 

 

Payıza az qalıb... 



 

 

Abxaz yazıçının hekayəsini rus dilindən Seyfəddin Hüseynli tərcümə edib 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

442 


 

Daur Naçkebia 

 

Minaş 

 

Beslan Minaşla bağlı eşitdiklərini, gördüklərini yol boyu bir-bir yadına salırdı. Minaşın 



oğlu irəliki – Böyük davada itkin düşmüşdü. Ordan gələn kağızı poçtalyon Mahyala üç 

dəfə oxutmuş, amma çox da inanmamışdı. 

 

Axı kağızda yazılmışdı ki, oğlu itkin düşüb: öldüyü, ya qəhrəmanlıqla həlak olduğu 



haqda bir kəlmə də yox idi. O da durub oğlunun yolunu gözləyirdi. Aradan əlli ildən artıq 

vaxt keçsə də, onun ümidi üzülməmiş, daha da möhkəmlənmişdi. 

 

Görünür, adamın bu qədər intizar çəkməsi izsiz ötüşmür. Üstəlik, illər əvvəl yuxu kimi 



əriyib itmiş, sümükləri də torpağa qarışmış birini gözləyirsənsə… Bəlkə Minaş da buna 

görə belə qəribəydi. Tutalım, biri gəlib ona desəydi ki, bəs yenə dava qopub, yenə kişiləri 

yığıb aparırlar, o bu şad xəbəri gətirən qonaqdan ötrü əldən-ayaqdan gedərdi: süfrə açar, 

özünün məşhur arağından çıxardıb gətirər, qaldıqca tündləşmiş araqla dolu butulkanın 

tozunu ətəyilə silib qonağın qabağına qoyardı. 

 

Kim bilir, bəlkə Minaş, od odu söndürən sayaq, əvvəlki davada əlindən gedən oğlunu 



yeni bir davanın geri gətirəcəyinə ümid bağlamışdı. 

 

Minaşın evi kəndin qırağındaydı, işi düşməsə, yanına kimsə gedib-gəlməzdi. Bunlar da, 



əksərən, meşəbəyilər, ovçular, odun yığanlar olardı. Bir də, poçtalyon Mahyal öz qoca 

velosipediylə hər ay onun təqaüdünü gətirib verirdi. Mərdümazar adamların təzəlikcə nə 

hoqqalardan çıxdıqlarını bircə ondan soruşa bilirdi. Amma o da çox dərinə varmaz, üzdən 

gedərdi: kişilərin, ucdantutma, bıçaq altına yollanacağı günün guya yaxında olduğuna 

işarə vurardı. Yağlı, sürtük təklikləri Minaşın cibinə dürtər, adəti üzrə, bir çapma stəkan 

arağı başına çəkəndən sonra velosipedinə minib tərpənərdi. 

 

Mahyal Minaşın evinə lap axırda - bütün kəndi dolaşıb, özünün dediyi kimi, bir ayağı 



gorda olanların hamısının təqaüdünü çatdırandan sonra gələrdi: ancaq onların ölməsini 

heç istəmirdi, yoxsa işsiz qalardı. Hər evdə də bir çapma stəkan onu gözləyirdi. 

İçdiklərinin üstünə Minaşın tünd arağı da calananda Mahyal keflənərdi. Qapıdan çıxar, 

velosipedinin dəstəyindən yapışıb yanınca çəkə-çəkə addımlayar, hirsli-hirsli deyinərdi: 

"Tərsliyə bax da…" 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

443 


 

"Tərslik" araqdandımı, velosipeddəydimi - Minaş burasını bilmirdi, ancaq ürəyində 

Mahyalın yenə də yolu piyada getməli olacağına sevinirdi, çünki vəd elədiyi qırmızıları 

bu dəfə də gətirib çıxarmamışdı. 

 

Qırmızıların məsələsi beləydi: Mahyal, adətən, onun təqaüdünü işlənməkdən əprimiş 



təkliklərlə verirdi. Minaş isə üstündə Leninin keçəli olan qırmızılardan istəyirdi. Mahyal 

elə hey söz versə də, vədinə əməl eləmirdi. Arağı vurub dilinin düyünü açılanda 

velosipedinə əl basıb and içirdi ki, gələn dəfə mütləq onun təqaüdünü keçəlli kağızlarla 

verəcək, ancaq yenə də həmin təkliklərdən gətirirdi… 

 

Bu üzdən Minaş Mahyalın guya tezliklə dava qopacağı barədə dediklərinə də bir elə 



inanmırdı, hərçənd o gedəndən sonra üç-dörd gün qulağı qapıda qalır, yetişməkdə olan 

davanın amansız addımlarını dadlı, həyəcanlı bir intizarla gözləyirdi. Qürub yeri dəfələrlə 

- o Böyük davadan qabaqkı axşam kimi - qan-qırmızı rəng almış, amma səhərisi heç nə 

olmamış, müharibənin sorağı, yalından yapışan adamı alacan eləyən yüyənsiz at təki, 

özünü kəndə salmamışdı. 

 

Bir dəfə, təqaüdünü aldığı günün ertəsi Minaş dükana getmişdi. Adətən, qəşəng ətirli 



sabun alar, hərdənbir kişi odekolonu da götürərdi. Üzü maskanı xatırladan gonbul satıcı 

qadın Minaşı görən kimi qaş-qabağını tökdü. Qarının, doğrudan da, müşkül xasiyyəti 

vardı. Hər malın neçəyə, nədən ötrü olduğunu xəbər alar, bir-bir götürüb baxardı. 

Dişlərini qıcayan, az qala hirsindən partlayan satıcı qadın indi də, səsini çıxarmadan, 

onun dediklərini edirdi. Minaş isə öz işindəydi: mallara baxır, götürüb əlləyir, çevirib 

baxır, iyləyirdi. Axırda, adəti üzrə, çirkli bir təklik uzadıb, sabun aldı. Sonra da qaytarılan 

xırdanı saydı, dodağının altında "Qiymətlərə bax e…" - mızıldanıb, ildən-ilə boyuna uzun 

gəldiyindən, birucdan gödəltdiyi əl ağacına dayana-dayana dükandan çıxdı. 

 

Bir yol da məktəbdə Qələbə Günü qeyd olunurdu. Beslangilin pioner dəstə rəhbəri 



tösmərək, amma çox diribaş bir qız idi. Hamının yadından çıxan Minaşı bu bayramda 

təbrik etmək də elə onun ağlına gəlmişdi. Böyük Davada həlak olanların və itkin 

düşənlərin - önsözdə tam arxayınlıqla vəd edildiyi kimi- "istisnasız olaraq, hamısı" 

haqqında məlumat verilən kitablardan biri də o ərəfədə çapdan çıxmışdı. Növbəti, 1962-

ci cild… 

 

Qırmızı, xışıldayan qalstuklarını bağlayıb, üstündə qızılı hərflər həkk olunmuş qara dəri 



cildli kitabı götürüb, günorta Minaşın evinə üz tutdular. Dodaqlarına qalın pomada 

çəkmiş, dikdabanları hesabına onlardan azca hündür görünən dəstə rəhbəri qabaqda 

gedirdi. Günəşin göydən yağdırdığı şüalar göz qamaşdırırdı. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə