Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə159/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   155   156   157   158   159   160   161   162   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

434 


- Deyir, Həsəndən xəbər var, - nənəm cavab verdi. 

 

Heç gözləmirdi bunu. Yorğanı üstündən atdı. Beyni bir neçə saniyədəcə açılışdı. Yuxusu 



quş kimi uçdu başından. Özü də bilmədi nə vaxt geyindi. 

 

Avetlərin Paşosu tut ağacının altında arın-arxayın siqaret tüstülədirdi. O, kənddəki 



könüllülərin komandiriydi. Elə bil min ildi ki, üzünü qırxmırdı. Meşədən indicə çıxmış 

qaçaq kimi, üzünü-başını qıl basmışdı. Əlindəki siqareti söndürüb, təzəsini yandırdı. 

 

-Xeyir ola... – duruxa-duruxa soruşdu babam. 



- Gecə türklərin Ayrımını boşaltdıq... – Paşo ağır-ağır cavab verdi. 

Yanan kibrit çöpünü siqaretin altında tutmuşdu. İri əlləri titrəyən alovu mehdən 

qoruyurdu. Dünyadakı ən ciddi işlərdən biriylə məşğulmuş kimi, rahat və fikirliydi. 

Nəhayət, dilləndi: 

- Sadaxlıya çataçatda sənin kirvən Həsəni gördüm… 

Babamın heç hövsələsi qalmamışdı, nəfəsi daralırdı. 

– Ailəlikcə, köçlərini çəkib gedirdilər. Məni görəndə yaxınlaşdı, ayaqlarıma düşüb 

yalvardı ki, qurban olum, ay Paşo, bu pulu mənim qardaşım Aşota verərsən… 

Paşo əlini qoltuğuna apardı. Bir parça qəzet kağızına səliqəylə bükülmüş əlli dənə qırmızı 

Sovet onluğuydu. İnəyin pulunun qalanıydı bunlar, biz dərhal başa düşdük. Babamsa 

başa düşə bilmirdi. Təlaşdan sol gözünün altı, solgun yanağı titrəyirdi. Karıxıb qalmışdı: 

alsınmı, almasınmı… Hansı cibinə qoyacağını da bilmirdi. Bir cibindən çıxarıb o biri 

cibinə qoyurdu, o birindən götürüb bu birinə. 

O pul babamın heç ürəyincə deyildi, bilirdim. Sonralar, çox sonralar rublun tamam 

dəyərdən düşdüyü vaxtlar gəldi. Ancaq əslində babamdan ötrü onun buruşmuş əllərindəki 

Sovet rublunun heç əvvəlki dəyəri də qalmamışdı... 

 

7 fevral 2008-ci il, Ermənistan 



 

Bu hekayənin Ermənistanda çapından sonra müəllif Levon Cavaxyanı bəziləri 

azərbaycanpərəstlikdə və satqınlıqda ittiham etmişdilər. Türkiyənin "Aqos" qəzetində 

Türkiyə türkcəsinə tərcümədə dərc edilmiş əsəri Azadlıq Radiosunda Azərbaycan 

dilində çap edirik. 

 

Türkiyə türkcəsindən tərcümə edəni: Seyfəddin Hüseynli 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

435 


 

Daur Naçkebia 

 

Payıza az qalıb... 

 

Ölüb qalmışam od yağdıran Günəşin altında, Suxumun şimalındakı hündür təpənin 



döşündə. Beləcə, yerə quylanmadan çox qalaram hələ: yorğun savaş sükutuna, meyitlərin 

dəyiş-düyüş edilməsinə xeyli var; yenicə başlanan hücum öz axarındadır. Suxum hələ 

alınmayıb, döyüşün qızğın vaxtıdır. 

 

Güllə başımdan dəydi: gözlərim qaralmağa başladı, qatı zülmət çökdü. O sərt keçid 



anında birdən necə oldusa, ruhum sızıldadı, az qala ağlayacaqdım, ancaq bu qəhərlənmə, 

gözlərimin dolmağı çox çəkmədi – keçindim. 

 

Məni yandıran bu idi ki, heç ağrı-filan olmadı. Ağrı – həyatın mayasıdır: ağrıyırsansa, 



hələ sağsan. Amma o anda qatı zülmət, ovunu gözləyən yırtıcı kimi, üstümü alıb amanımı 

qırdı, müdhiş, parlaq ağrı isə gendən dolanıb keçdi. Kəsəsi, ―xoşbəxt ölüm‖dür: bir 

andaca sönürsən, alatoran içində uzun-uzadı ağrı-acı çəkmirsən. Ancaq mən – ölü bir 

adam, səsim çıxmasa da,  keyimiş ağzımla gücüm yetdikcə bağırıram: ―Xoşbəxt ölüm‖ 

söhbətinə inanmayın! Onu qorxaqlarla daşürəklilər uydurublar! ―Xoşbəxt ölüm‖dən 

acınacaqlısı yoxdur!‖ 

 

Biz o uzun yay günü boyu Günəşin dalınca düşmüşdük. O hərdən hündür ağacların 



yoğun gövdələrinin arxasında gizlənir, hərdən budaqların arasından görünüb iti, parlaq 

şüalarıyla gözümüzü qamaşdırır, hərdən də ya sıx yarpaqların, ya da təpələrin ardında 

yoxa çıxırdı. Meşə sakitcə, ehtiyatla irəliləyən insan dəstəsini gərginlik içində izləyir, 

onun gileyli pıçıltıları biz yeridikcə kəsilir, sonra yenə də arxamızca səslənirdi. 

 

Biz elə hey gedirdik; Günəş artıq düz təpəmizə döşəyirdi, meşənin isə sonu görünmürdü. 



Elə bil meşə gur işığın altında seyrəlir, istidən təngiyirdi; indi dalımızca yalnız alayuxulu 

pıçıltılar sürünürdü. 

 

Yorulmuşduq, tər aparırdı bizi, çiynimizdəki yük boynumuzdan aşağı basırdı. Hələ nə 



qədər gedəcəkdik – kimsə bilmirdi. Bələdçimiz – qarayanız, gülərüz yunan o qaramat 

meşənin içində ilan kimi qıvrılan insan zəncirini təkcə özünün tanıdığı cığırla apardıqca 

qəlbimizdəki gizli narahatlıq artırdı; dayanıb nəfəs dərdiyimiz dəqiqələrdə onu şübhəylə, 

çəp-çəp süzürdük. Gönüqalınlığı, öküz kimi kütlüyü üzündən bəzi xeyirsöyləməzlərin 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

436 


Kötük dedikləri komandirimizə baxıb toxtayırdıq: o, dinməz-söyləməz, inamla 

addımlayır, qıvraq bələdçidən geri qalmırdı, biz də qabaqdakıların ardınca, onların 

həmahəng yerişinə ayaq uydurub, getdikcə gedirdik. 

 

Meşədə toran düşürdü. Ağacların başı hələ işıqlıydı, amma aşağıda qaranlıq yavaş-yavaş 



qatılaşıb hər yeri bürüməkdəydi. Səma tamam qaralanda meşəyə zülmət çökdü. Ətrafa 

qəribə, mürgülü səslər, devikib-vurnuxan cürbəcür canlıların hay-küyü yayılmağa 

başladı. Yamacla üzüaşağı xeyli getdikdən sonra çaya çatdıq. Rahat bir nəfəs aldıq... 

Qərbə doğru axıb gedən işıq selindən orda-burda zəif işartılar qalmışdı; bezgin-üzgün 

Günəş nəhəng qırmızı kürə kimi dənizin üzündəydi, ya bəlkə də tamam qüruba enmişdi. 

 

Suyun sərinliyi bizi dirçəltdi. Çay yorğunlumuzu yuyub apardı, qarşı sahilə gümrahlaşıb, 



yüngülləşib çıxdıq; qətiyyətimiz özümüzə qayıtmışdı. 

 

Çay soyuq, axar bir sərhəd xətti kimi araya düşəndə dönüb meşəyə boylandım. Ala-tala 



bəyaz dumanın içində tutqun görünürdü meşə, tədricən səmaya doğru yüksəlib onunla 

qovuşurdu. Meşə yuxunun girdabında qərq olur, məni, hamımızı unudub uyuyurdu. 

Dilxor oldum: meşə məni öz hüdudsuz yaddaşının ucqar bir küncünə dürtmüşdü – axı elə 

bu gün birlikdəydik! – və yada salması, həm cismimi, həm ruhumu xatırlaması üçün onun 

bağrına təkrar ayaq basmaq mənə nəsib olacaqdımı, bunu bilmirdim. 

 

Göyün dərinliyindən ulduzlar boylanmağa başladı: böyükdən-kiçiyə düzüldülər, əvvəlcə 



iri, nisbətən parlaq, sonra isə, onlardan azca aralıda, topa-topa, tək-tək görünən xırdaca 

ulduzlarla doldu səma. 

 

Çayın soyuq şırıltısı gecəni başına götürmüşdü: amma hərdən yuxulu quşların çığırtısı 



eşidiləndə adamın əti ürpəşirdi. Nəfəsimizi içimizə çəkib, o vəhşi çığırtının güllə səsi 

kimi yenidən yayılacağını gözləyirdik. Ancaq sakitlik idi: həmin çılğın, yanıqlı səsin qəfil 

qopub yayıldığı sonsuzluq onu yenidən udmuşdu. 

 

Qısa, amma qızğın döyüşdən sonra yüksəkliyi ələ keçirdik. Düşmən pərən-pərən düşüb 



geriyə - bir kilometr yarım şərqdəki kəndə tərəf çəkildi. 

 

Son bir həftədə bizə aman verməyən üç qaubitsa indi qatır kimi qısır qalmışdı, ətrafa 



çoxlu boş giliz səpələnmişdi. Biz həm hərbə-zorba gəlmək, həm də məzələnmək xatirinə 

bomboş lülələri kəndə tuşlayıb, yalandan gətir-götürə başladıq, guya atəş hazırlığıydı bu. 

Zarafat qanmayan komandirimiz bunu ―havayı əziyyət‖ bilib deyinsə də, mane olmadı: 

qoy oynaqlasınlar bu cavan gicbəsərlər! 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə