“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
426
-Hamımız əlimizdən gələni edirik burada... dedi doktor Censen yavaşca. İndi icazənizi
istəyirəm. Digər xəstələrlə də maraqlanmalıyam.
Cəmdəyini stuldan rahatlıqla qaldıraraq başqa bir masaya, xəstəsini ziyarət edən bir
qadının yanına getdi.
Qloriya gözlərini Harriyə tikdi.
-İyrənc gombul! Günorta yeməyi əvəzinə tibb bacılarının poxunu yeyir..."
-Səni görmək çox gözəl idi Qloriya, amma uzun yoldan gəlirəm, istirahət etməyə
ehtiyacım var. Həkim haqlıdır məncə. Səni daha yaxşı gördüm. Qadın bir qəhqəhə çəkdi.
Coşğulu bir qəhqəhə deyildi amma. Səhnədə çəkilən əzbərlənmiş qəhqəhələrdən biriydi. -
Heç irəliləmə olmayıb, gerilədim hətta...
-Doğru deyil...
-Xəstə mənəm, balıqbaş. Hər kəsdən daha yaxşı diaqnoz qoya bilərəm.
-Balıqbaş nə deməkdir?
-Başının balığı xatırlatdığını deyən olmayıbmı bu günə qədər?
-Xeyr.
-Təraş olarkən aynaya diqqətli bax. Çalış üzgəclərini kəsməyəsən.
-Mən gedirəm...Sabah yenə gələcəyəm...
-Gələn səfər konduktoru gətir.
-Niyə istəmirsən ki, sənin üçün nə isə gətirim?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
427
-Qəhbənlə s...işməyə gedirsən.
Sənə ―New York‖ jurnalı gətirimmi? Əvvəllər sevərdin o jurnalı...
-"New York‖ jurnalını g...nə sox, balıqbaş! Və ―TIME‖ ilə davam elə!
Harri uzanıb qadının öz özünü yumruqladığı əlini sıxdı.
-Güclü ol, özünü buraxma. Tezliklə yaxşılaşacaqsan...
Qloriya onu eşitdiyini hiss etdirmirdi. Harri yavaşca qalxdı, döndü və pilləkənə doğru
addımladı. Yarı yolda dönüb Qloriyaya yüngülcə əl elədi. Qadın heç tərpənmədi də...
Telefona zəng gələndə qaranlıqda özlərində deyildilər
Harri dayanmasada telefon da susmadı. Çox narahat idi. Yumşalmağa başladı.
-Allah lənət etsin! dedi və qadının üstündən qalxdı. Lampanı yandırıb telefonu açdı.
-Alo?
-Qəhbənlə s...işirdin? Zəng vuran Qloriya idi.
-Qloriya, bu saatda zəng vurmağa icazə verirlər? Yuxu həbi vermirlər, sənə?
-Niyə bu qədər geç açdın telefonu?
-Sən heç sıçmırsanmı? Sıçarkən yaxaladın məni. Tam ortasında...
-Ümid edirəm... Mənimlə danışdıqdan sonra bitirəcəksənmi?
-Qloriya, lənətə gəlmiş paranoyana görə ordasan.
-Balıqbaş. Get adamı s..k qurtar
Qloriya dəstəyi asdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
428
Nanın əynində gecəliyi vardı. Yatağın kənarına oturmuşdu, su qatılmış viskisi tumbanın
üstündə idi. Bir siqaret yandırıb qıçını qıçının üstünə aşırdı
-Həəəə, necədir sənin sevimli qancığın? deyə soruşdu.
-Harri özünə içki süzüb onun yanında oturdu.
-Təəssüf edirəm Nan...
-Niyə, kimin üçün? Mənim üçünmü, yoxsa onun üçünmü?
Harri viskisini başına çəkdi.
-Lənətə gəlmiş teleseriala çevirməyək olanları.
-Eləmi? Yaxşı, nəyə çevirək? Samanlıqda seyranamı? Qurtarmaq istəyirsənmi? Yoxsa
hamama gedib əlinə qurtaracaqsan?" Harri Nana baxdı.
-Düşüklük eləmə. Vəziyyəti ən azı mənim qədər başa düşürdün. Gəlmək istəyən sən idin!
-Səninlə gəlməsəydim bura qəhbənin birini uzadacağını bildiyim üçün!
-Allah lənət eləsin! dedi Harri. Yenə o söz.
-Hansı söz! Hansı söz? Nan içkisini başına çəkib stəkanı divara tolazladı.
Harri gedib stəkanı qaldırdı, doldurdu, Nana verdi və özünə yenə içki süzdü.
Nan stəkanına baxdı, bir qurtum içdikdən sonra tumbanın üstünə qoydu.
-Zəng edəcəm ona, hər şeyi izah edəcəyəm!
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
429
-Elə şey etməyəcəksən! O xəstə bir qadındır.
-Bəs sən? Sən də xəstəsən, qəhbə balası!
O an telefona zəng gəldi. Telefon Harriın qoyduğu yerdə, otağının ortasında yerdə idi.
İkisi də yataqdan telefona tərəf atıldılar. İkinci zəngdə ikisi də telefona çatmış, dəstəkdən
yapışmışdılar. Xalçanın üstündə, təngnəfəs, qollarla qıçlar çarəsizlik içində birləşmiş
halda diyirlənməyə başladılar. Bütün tavanı əhatə edən güzgüdə də beləcə əks olundular.
Tərcümə: Cəlil Cavanşir
Dostları ilə paylaş: |