Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə153/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   149   150   151   152   153   154   155   156   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

416 


  

Bu dəm qarğasifət oğlanın biləyi ―Hambal Məmməd bəy‖in əlinə keçdi. O biri uşaqların 

―ana-bacı‖ söyüşlərindən də hirslənərək oğlanı sillələməyə başladı. Oğlanın bağırtısıyla 

ətrafdakıların qışqırığına bir polis, iki gözətçi qaçaraq gəldilər. Dükançıların da 

köməkliyi ilə qarğasifət oğlanı ―Hambal Məmməd bəy‖in əlindən aldılar. Günahı ―bir 

uşağı küçənin ortasında sillələmək ‖- olan adam polis bölməsinə aparıldı. 

  

Küçüyə gəlincə... O özündən getmişdi. Kiçicik başı qabaq ayaqları üstünə düşmüş, 



kənarlarında yaşlar qurumuş, yumulu gözlərilə səssiz yatır, arada ağzı açılsa da heç bir 

səs çıxarmadan qapanırdı. 

  

Bir azdan qoca zibilyığan günəşin altında büsbütün qurumuşa bənzəyən və dünyasından 



razı olmadığını bəlli edən bezmiş halıyla heyvanının başını çəkərək gəldi. Arabanı 

küçüyün yanında saxladı. Adət etdiyi kürək hərəkətilə iti yerdən qaldırdı, arabaya atdı, 

sonra yenə o yorucu, hər şeydən bezmiş halıyla heyvanının başını çəkərək uzaqlaşdı. 

 

 



Tərcümə edəni: Elnarə Ağaoğlu 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

417 


 

Haruki Murakami 

 

İpanemalı qız

 

  



Bax, qəşəng, incə qamətli, günəşdə qaralmış 

İpanemalı qız keçib gedir yoldan 

Samba ritmində, 

Yırğalana-yırğalana, gedir... 

  

Amma... Niyə kədərliyəm? 



Ah... Etiraf etmək istəyirəm ona... 

Bəli!... Mütləq ürəyimi açmalıyam ona... 

Lakin baxmır mənə, 

Dənizə dikilib baxışları... 

  

İpanemalı qız altmış üçüncü ildə dənizə bax belə baxırdı. Elə indi də, səksən ikinci ildə



ipanemalı qız dənizə elə o cür baxır. O heç yaşlanmayıb. Öz qəlibinə möhürlənmiş 

şəkildə zaman dənizi ilə sakitcə üzür... Bəlkə də, yaşlanıb, elə isə yaşı qırxa yaxın 

olmalıdır. Ola bilsin ki, mənimlə razılaşmayanlar da var, amma onun qaməti, bəlkə də, 

əvvəlki kimi düz, dərisi ondakı kimi qaralmış deyil. Artıq üç uşağı var, günəş şüaları da 

dərisini yandırır və ağrıdır. Bəlkə də, o, yaraşığını hələ də itirməyib, lakin iyirimi il 

bundan əvvəlkitək gənc deyil, təbii ki... 

  

Ancaq valda o heç yaşlanmayıb, bunu dəqiq bilirəm. Bax indi o, Sten Qetsin tenor-



saksafonunun məxməri içində, həmişəlik olaraq on altı yaşlı, incə və düz qamətli 

ipanemalı qızdır. Mən patefonu işə salır, iynəni buraxıram və elə o dəqiqə onun xəyalı 

üzə çıxır. 

  

Ah... Etiraf etmək istəyirəm ona... 



Bəli!... Mütləq ürəyimi açmalıyam ona... 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

418 


Bu mahnını hər dinləyəndə məktəbin dəhlizi yadıma düşür. Mənim məktəbimin qaranlıq, 

az qədər rütubətli dəhlizi. Beton döşəmə ilə yeridikcə addımlar hündür tavanda əks-səda 

olunur. Bir neçə pəncərə şimala baxır, amma onların qarşısını yaxın yerləşən dağlar 

kəsib, ona görə də dəhliz həmişə qaranlıq olur. Qəbirdəki kimi qaranlıq və sakit. Hər 

halda, bu dəhliz mənim yaddaşımda dəhşətli dərəcədə səssizliyi ilə qalıb. 

  

Nəyə görə ―İpanemalı qız‖ı eşidər-eşitməz məktəb dəhlizini xatırlamağım heç mənim 



özümə də aydın deyil. Axı onların arasında heç bir əlaqə yoxdur. Çox maraqlıdır, 63-cü 

ilin İpanemalı qızının yaddaşımın quyusuna atdığı nə daşlardır elə? 

  

Məktəbin dəhlizi də öz növbəsində mənə tərəvəz salatını xatırladır. Xiyar, pomidor, kahı, 



acı bibər, sparja, halqa-halqa doğranmış baş soğan və bunlarının hamısının üzərinə əlavə 

olunmuş çəhrayı rəngli ―Min ada‖ sousu. Bu, təbii ki, o demək deyil ki, bizim məktəbin 

dəhlizinin axırında salat satırdılar. Dəhliz qapı ilə bitirdi, ondan iyirmi beş metr aralıda 

isə görkəmsiz üzgüçülük hovuzu yerləşirdi. 

  

Bəs nəyə görə məktəb dəhlizi mənə tərəvəz salatını xatırladır? Elə burada da, belə 



baxanda, heç bir əlaqə yoxdur. 

  

Tərəvəz salatı da mənə bir zamanlar azacıq tanıdığım bir qızı yadıma salır. 



  

Amma məhz elə bu assosiasiya kifayət qədər izaholunandır. O qız elə həmişə tərəvəz 

salatı yeyərdi. 

  

- Sən, xırt-xırt, ingilis dilindən olan tapşırığı, xırt-xırt, yerinə yetirmisən? 



  

- Xırt-xırt, hələ yox, xırt-xırt, lap az, xırt-xırt, qalıb. 

  

Elə mən özüm də tərəvəz həvəskarı idim, ona görə də salatı birlikdə yeyirdik. O qızın 



özünəməxsus əqidəsi vardı: bütün qəlbi ilə inanırdı ki, əgər balanslaşdırılmış tərəvəz 

diyetasına əməl olunsa, onda həyatda hər şey əla olacaq. Əgər bütün bəşəriyyət yalnız 

tərəvəz yeməyə başlasa, onda gözəllik və yaxşılıq bərqərar olacaq, dünya isə sağlamlıq 

və sevgi ilə dolacaq. Lap ―Çiyələk tarlası‖ yadıma düşdü... (İnqmar Berqmanın məşhur 

filmi nəzərdə tutulur. – S.T.) 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə