Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə151/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   147   148   149   150   151   152   153   154   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

410 


- Sağ ol, - dedi, - çox sağ ol! 

  

Əynindəki qalın kətan köynəyin ucunu şalvarın altına qoydu, uşaqlar yatan otağı dinşədi, 



sakitləşdi: 

  

- Yatırlar, - dedi, - hələ oyanmayıblar... 



  

Sonra qabağa düşüb pillələri bircə-bircə endi, əllərini sobaya tutdu, onları geniş açdı. Elə 

açdı ki, biləyinə tuşla döyülmüş yelkənli gəmini gördüm. Sonra da əllərini ovuşdura-

ovuşdura dedi: 

  

- Sahilə çıxdılar.... İkisi də getdi.... Pəncərədən gördüm... 



  

Dikəlib diqqətlə yan-yörəsinə baxdı, sanki axırıncı dəfə burda olduğu vaxtdan nəyin 

dəyişdiyini müəyyənləşdirmək istəyirdi. Pərdələri, sobanı, çırağı yoxladı və nəhayət, 

balaca stolun üstündəki şərab şüşəsini, qədəhləri gördü. İçindəkinin nə olduğuna fikir 

verməyib şüşənin ağzını açdı, qədəhləri doldurdu. 

  

- Ayrı qədəh gətirim? - deyə soruşdum. 



  

- Lazım deyil, bu qədəh yaxşıdır. Bundan oğlum içib, başqası lazım deyil. 

  

Məni də özünə yoldaş eləmək istədi, qədəhini bircə dəfəyə boşaltdı və o dəqiqə də 



təzədən doldurdu. 

  

- İndi mən də sahilə çıxmışam, - dedi, - ikisi də gedib. Ona görə də sahilə çıxmaq olar... 



Onlar burda olanda, heç göyərtəyə də çıxmaq olmaz! İç, oğul, iç..... 

  

İkinci qədəhi də başına çəkdi, yenə doldurdu, gülümsəyə-gülümsəyə mənə tərəf gəldi: 



  

- Bu azadlıq üçün sağ ol, - dedi, - yoxsa məni buraya buraxan kim idi?! Nə oğlum, nə də 

arvadı... heç biri çölə çıxmağa qoymur... Çox diribaş oğlum var, məndən fərasətli çıxdı, 

fabrik sahibi oldu... Mən isə adicə matros olmuşam.... Ona görə də çölə buraxmırlar, 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

411 


oğul, ona görə də quruya çıxmağı mənə yasaq eləyiblər. Qorxurlar... Yaman qorxurlar ki

görən olar.... Qonaqlar gələndə, orda bir şüşə ilə başımı qatırlar. Daha içə də bilmirəm... 

  

- Bəlkə siqaret götürəsiniz? - dedim. 



  

Əlini yellətdi: 

  

- Lazım deyil. 



  

Qoca oturdu, başı sinəsinə düşdü, əlləri əsə-əsə qədəhi döşünə sıxdı, sonra onu azacıq 

yuxarı qaldırıb, içində çalxanan şəraba baxdı, nəsə mızıldadı. Sonra başını qaldırıb, 

dalğın nəzərlərlə məni süzdü, ―iç, oğul, iç...‖ – dedi və başını geri ataraq qədəhi bir 

dəfəyə boşaltdı. Elə qanrıldı ki, mən dedim, daha o dünyalıq oldu. Ancaq yenə dikəldi, 

oturduğu yerdə ləngər vurdu, təzədən qəddini düzəltdi. 

  

Telefon zəngi ikimizi də səksəndirdi. Sıçrayıb qalxdıq. Çox qorxmuş qoca səndirləyə-



səndirləyə qapıya tərəf qaçdı, özünü məhəccərə güclə çatdırdı, ondan yapışıb dayandı. 

  

Dəstəyi götürdüm. Elə bilirdim bu dəfə yanılmaram, kişi zəng eləyib. Ancaq yenə səhv 



eləmişdim, zəng vuran Milli idi. Çox sakit danışırdı və sözgəlişi soruşdu: 

  

- Ərim gəlib çıxdı? 



  

- Xeyr, - dedim, - hələ gəlməyib. 

  

- İndi çatar, yoldadır. Mənə zəng vuran oldu? 



  

- Bəli. 


  

- Sağ ol. 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

412 


Yenə nəsə demək istədim, ancaq dəstəyi asmışdı və mən də əlimdəki dəstəyə baxanda, 

bir cüt fənər işığı pəncərədən süzülüb tavana düşdü, havada qövs cızaraq divarlarda 

―gəzişdi‖. Bunu qoca da görmüş və deyəsən, bayaq telefonla deyilənləri də anlamışdı. 

Ona tərəf dönəndə, kişi artıq qapıya çatmışdı, əl-qolunu ölçə-ölçə nəyəsə işarə eləyirdi. 

Oraya cumdum və bildim ki, bunu yalnız onun xətrinə elədim. 

  

- Bağla, - dedi, - ağzımı bağla! 



  

Və əlimi sıxdı. Bu, sidq-ürəkdən ―sağ ol‖ demək idi.... 

  

Qapını bağlayıb aşağı düşdüm, stolun arxasına keçdim. Dəftərlərdən birini yenicə 



açmışdım ki, artırmadan addım səsləri eşidildi. Kişi vaxtından əvvəl, mən gözlədiyimdən 

də tez qayıtmışdı. Uşaqlara olan məhəbbəti oturmağa qoymamışdı! Elə qapıdanca onun 

mehriban səsi eşidildi: 

  

- Səni incitmədilər ki? 



  

Cavab gözləməyib, elə paltolu-ayaqqabılı yuxarı qalxdı. Cəftə şıqqıldadı. Azacıq sonra 

bir də şıqqıldadı və gördüm ki, aşağı düşür. Üz-gözündən sevinc yağırdı və qoca olan 

otağın yanından keçərək mənə tərəf gəldi. Xırda, ətli əlini çiynimi qoydu, dərindən nəfəs 

aldı, ―yatırlar‖ - dedi və hörmət əlaməti olaraq bir də soruşdu: 

  

- Mənim can-ciyərlərim sizi incitmədilər ki? 



  

- Xeyr, - dedim, - incitmədilər.... 

 

 

* Alman yazıçı, dramaturqu. 1926-clı ildə anadan olub. 12 roman və bir çox hekayə 



müəllifidir.  

 

Alman dilindən tərcümə edəni: Vilayət Hacıyev 

 

 

 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə