Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə149/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   145   146   147   148   149   150   151   152   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

403 


- Xeyr, təəccüblənmirəm... Burada belə əhvalatlar tez-tez olur... Mən bu işə çox 

sevinirəm, cənab Monye... Siz hələ gəncsiniz, çox gəncsiniz... 

 

- Əgər siz narazı olmasanız, biz miss Kibri Şou ilə sabah Diminqə yola düşərik. 



 

- Deməli, miss Kibri Şou da sizin kimi... fikrini deyişib? 

 

- Bəli... Əlbəttə. Özü gəlib sizə danışacaq... İndi bircə mürəkkəb məsələ qalır... Sizə 



verdiyim üç yüz dollardan başqa demək olar ki, pulum yoxdur. Həmin pul toxunulmaz 

əmlak olur, yoxsa, mən yol pulu üçün bir az götürə bilərəm? 

 

- Biz namuslu adamlarıq, cənab Monye... Görülməmiş iş üçün pul almırıq. Sabah səhər 



kassa günə iyirmi dollardan pulunuzu hesablayacaq, qalanı isə sizə qaytarılacaq. 

 

- Siz çox nəcib və alicənab adamsınız... Ah, cənab Bersteker, mən sizə çox borcluyam! 



Yeni bir səadət tapdım... Yeni bir həyat.. 

 

- Qulluğunuzda hazırıq, -deyə cənab Bersteker gülümsündü. Sonra çıxıb uzaqlaşan Jan 



Monyenin arxasınca baxdı. Masanın üstündə bir düyməni basdı və dedi: 

 

- Sarkonini yanıma göndərin. 



 

Bir neçə dəqiqədən sonra qapıçı gəldi. 

 

- Siz məni çağırmısınız, senyor direktor? 



 

- Çağırmışam, Sarkoni... Bu axşam.., Bu axşam 113-cü otağa qaz buraxmaq lazımdır... 

Saat ikiyə yaxın. 

 

- Senyor direktor, ölüm qazından əvvəl yuxu qazı göndərmək lazımdırmı? 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

404 


- İnanmıram kı, lazım ola... O çox yaxşı yatır. Sarkoni... Sabah danışdığımız kimi 17-ci 

otaqdakı balaca qızları da... 

 

Qapıçı çıxan kimi miss Kibri Şou kabinetin qapısında göründü. 



 

- Gəl içəri, - deyə cənab Bersteker çağırdı. - Elə indicə istəyırdım səni çağırtdırım. 

Müştərin gəlib mənə elan etdi ki, yola düşməyə hazırlaşır. 

 

- Zənnimcə, məni tərifləməyə dəyər, - deyə Kibri Şou lovğalandı. - İş təmiz görülüb. 



 

- Bəli, həm də tez... nəzərdə saxlayıram. 

 

- Deməli, bu gecə? 



 

- Hə, bu gecə. 

 

- Zavallı oğlan! Mehriban və xəyalpərvər adamdı... 



 

- Onların hamısı xəyalpərvər olur, - deyə Bersteker donquldandı. 

 

- Yaman qəddar adamsan, hər dəfə bu zavallılar həyatın qədrini bilməyə başlayanda 



nəfəslərini kəsirsən. 

 

- Qəddaram?.. Əksinə, bizim üsulumuzun əsil insanpərvər cəhəti də elə burasındadır: 



gözlənilmədən işimizi həyata keçirmək. Bu adam dini əqidələrdən çəkinirdi... Çalışıram 

günahsız ölsün. 

 

O, qarşıdakı vərəqə baxıb əlavə etdi. 



 

- Sabah istirahət edirsən... Birisi gün isə sənin üçün təzə müştəri var... O da bankirdir, 

ancaq bu dəfə İsveçdən... özü də çox cavan deyil. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

405 


Klara fikirli-fikirli dilləndi: 

 

- Bu fransız oğlan hamısından yaxşı idi. 



 

Direktor ciddiləşdi: 

 

- İş vaxtı ayrıseçkilik olmaz. Al, bu sənin on dolların, bu on dollar isə mükafatdır. Klara 



pulları götürüb çantasına qoydu. Sonra köksünü ötürdü. 

 

Klara qapıdan çıxan kimi cənab Bersteker qələmini götürdü. Balaca dəmir xətkeşi səliqə 



ilə siyahının üstündə gəzdirib, adların birində saxladı, üstündən səliqəli bır qırmızı xətt 

çəkdi. 


  

Tərcümə edəni: Hamlet Qoca 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

406 


 

Ziqfrid Lents 

 

Məhəbbət yuvası 

 

 



Onlar təzə sifariş almışdılar və məni çay kənarındakı qəsəbəyə göndərdilər. Çox tez 

gəlmişdim, ona görə də evin yan-yörəsində bir xeyli dolaşdım, kəmər yerinə çatan hasar 

uzunu qumlu küçədə gəzişdim. Hər yan sükuta qərq olmuşdu. Heç çaydakı gəmilərin 

uzun, boğuq fit səsləri də eşidilmirdi və mən gəzişə-gəzişə evə baxırdım. 

  

Təzə, qamış damlı bir ev idi, küçəyə baxan balaca pəncərələrinə tor çəkilmişdi, lap top 



lülələri çıxan qala deşiklərinə bənzəyirdilər və heç birindən də işıq gəlmirdi. Evin başına 

bir dəfə də dolandım, hasarın dibində gəzişdim və qəflətən eşitdiyim xışıltıdan diskindim. 

Böyük eyvana işıq düşdü, evin cənub tərəfi tamam işıqlandı, həyətdə iki projektor birdən 

yandı və onların gur işığı çökə ağaclarının yarpaqları arasından ətrafa süzüldü. Ev indi 

çökə ağaclarından süzülən qırmızımtıl işığa bələnərək uyuyurdu... 

  

Elə sakitlik idi ki, düyməni basanda, zəngin səsini özüm də eşitdim. Sonra mikrofon 



xırıldadı və qəflətən eşidilən sakit, mehriban bir səs məni diskindirdi: ―Gəlin! – bunu 

həmin mehriban səs dedi. – Gəlin, sizi gözləyirik.‖ 

  

Alaqapıdan keçib evə tərəf getdim. İstədim onun da zəngini basam, ancaq qapı yavaşca 



öz-özünə açıldı, həmin mehriban səs pıçıltı ilə məni salamladı. İçəri girdim və ikimiz də 

asta addımlarla qonaq otağına keçdik. 

  

- Buyurun əyləşin, - mehriban səsli kişi dilləndi, - utanmayın, elə bilin öz evinizdir.... 



  

Bəstəboy, kök bir kişi idi. Üz-gözü şişmişdi. Mehribanlıqla gülümsədi, paltomu, içində 

kitab-dəftər olan çantamı aparıb asdı. Geri qayıdanda da qısa, ətli barmaqlarını ovuşdura 

- ovuşdura şirin bir təbəssümlə başını yırğaladı: 

  

- Bizim üçün çətindir, - dedi, - elə çətindir ki, hətta ―yox‖ demək istədim. Axşam çağı 



uşaqları tək qoymağa ürək eləmirik. Ancaq bu dəfə ―yox‖ deyə bilmədim. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə