Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə150/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   146   147   148   149   150   151   152   153   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

407 


- Mən onlara göz olaram, - dedim. 

  

- Əlbəttə.... Mən sizə arxayınam. 



  

- Birinci dəfə deyil... 

  

- Bilirəm.... Yaxşı bilirəm... Tələbə Cəmiyyəti də elə sizi məsləhət gördü. Çox 



təriflədilər... 

  

O, iki qədəh şərab süzdü. İçdik və mən qədəhi yerə qoyanda üşərgələndim, ancaq bunun 



nədən olduğunu bilmədim. Kişinin üzündəki mehribanlıq ifadəsi hələ də çəkilməmişdi və 

gülümsəyib dedi: 

  

- Bəlkə tez qayıtdım. Yubileyə gedirik. Baxaram, çalışıb tez qayıdaram...... Bu 



nigarançılıq məni çox oturmağa qoymaz. 

  

- Bir-iki saat nədir ki! - dedim. 



  

- Yox, çoxdur! Sadəcə olaraq, uşaqlardan ayrı dura bilmirəm, ürəyim onların yanında 

qalır. Fabrikdə də elə onları düşünürəm... Biz uşaqlarımız üçün yaşayırıq, başqa şey 

bilmərik.... Arvadım da, mən də... Ancaq siz onlara yaxşı baxacaqsınız.... Sizə 

inanıram.... Bəlkə də özüm tez qayıtdım.... 

  

- Hər şeyi nəzərə almışam, - dedim, - hətta kitab-dəftərimi də özümlə gətirmişəm, nə 



qədər istəsəniz, qala bilərsiniz. 

  

O qalxıb şərabın qalanını bir dəfəyə atdı, saata baxıb, əlinin arxası ilə ağzını sildi. 



  

- Onlar artıq öz balaca ağ çarpayılarında yatıblar, - dedi. – Mariya birinci yatıb... 

  

Onun hamıdan tez yatması lap möcüzədir. Ancaq indi oraya girmək olmaz. Getsəm, 



ayrıla bilmərəm. Görürsünüzmü, sizə kimi ümid olub gedirik?! Onu da bilin ki, bizim 

məhəbbətimizə göz olursunuz.... 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

408 


  

Əlini mənə uzatdı. Koppuş əli isti idi və birdən mənə elə gəldi ki, əlimi nəvazişlə sıxan 

həmin əldən ayrılığın kədərini, onu bürüyən iztirabı duydum. Üzü də, gözləri də, kədərli 

təbəssümü də titrədi, sifətindəki şiş, səsindəki mehribanlıq səyridi. Bu vaxt arxadan xırda 

addım səsləri eşidildi. Həmin addım səsi bir pillə də endi, bizə yaxınlaşdı, sonra kəsildi 

və kəsilən kimi də kişinin qırışığı açıldı, yumşaldı, sakitləşdi. 

  

- Sizə arxayınam, - dedi. 



  

İkimiz də eyni vaxtda geri döndük və mən qadını görən təki bildim ki, hardansa 

tanıyıram, ya da ona çox oxşayan bir adama rast gəlmişəm. Yumrusifət, sarışın, cavan 

qadın idi. Ən çox da enli, boyalı dodaqları və bir də boynundakı qara rəngli xaç yadımda 

qalmışdı. O, gözucu mənə baxıb başını tərpətdi: yəni çox sağ ol ki, gəldin. Hiss olunurdu 

ki, səbri tükənib. Kişi paltosunu götürüb mənə əl elədi. Elə bil əli ilə öz qayğısını, 

inamını yellətdi. 

  

Gənc qadın çiyinlərini ona tərəf çevirdi, kişi bu səssiz-sözsüz əmri başa düşdü, mantonu 



onun çiyninə saldı və bayaqkı sərt addım səsləri təzədən eşidildi, uzaqlaşdı, daş döşənmiş 

eyvandan keçəndə təzədən eşidildi, sonra qumlu yola qarışıb yox oldu. 

  

Motor uğultusu eşidildi. Pəncərədən baxanda, maşının hasara düşən işıqlarını gördüm. 



İşıq hasarın üstündə ―gəzişməyə‖ başladı, elə bil çıxmağa yol axtardı və birdən dayandı. 

Kişi düşüb geri qayıtdı, bayaqkı mehriban təbəssümü ilə üzr istədi, təqvimin üstünə bir 

telefon nömrəsi yazdı, vərəqi cırıb qabağıma qoydu. 

  

- Əgər bir şey olsa, - dedi, - işdir, olsa... Əlbəttə, onlar indi şirin yuxuya gediblər, 



durmazlar... Ancaq hər təsadüfə qarşı... Bu nömrəyə zəng edərsiniz.... Görün sizə kimi 

ümid olub gedirik... - O yenə üzr istədi, pilləkəni dinşəyib çölə çıxdı. 

  

Oturub gözləməyə başladım. Gözləyirdim ki, yenə qayıdacaq. Ancaq maşın işığı bir daha 



görünmədi. İndi qarşımda bir telefon nömrəsi vardı. Özünün də altından xətt çəkilib 

dairəyə alınmışdı... 

Gözümü ona zilləmişdim: -.... əgər bir şey olsa.... əgər... Vərəqi bir kənara qoydum, 

dəftər-kitabımı çantadan çıxarıb stolun üstünə yığdım.- ―... özünüz bilirsiniz, kimi ümid 

olmuşuq...‖ Dəftərdəki qeydlərə baxdım. Yalnız qeydlər, tələsik yazılmış illər, bir-birilə 

əlaqəsi olmayan sözlərdi. Hərəsindən sonra da bir nida işarəsi! Görəsən bunlar nə demək 

idi? İlk dəfə anladım ki, mühazirədə qeyd götürmək havayı şeydir. Dəftəri boş sözlərlə 

doldurmuşdum... 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

409 


  

Pəncərənin qabağındakı telefon səsləndi. Diksinib yerimdən dik atıldım, dəstəyi götürüb 

yavaş-yavaş qulağıma apardım, nəfəsimi içimə çəkib gözlədim. Kişi səsi eşidildi. Ancaq 

bayaqkı mehriban səs deyildi. Kəskin, kinayə dolu bir kişi səsiydi: 

  

- Milli, hardasan, Milli? Niyə zəng eləmədin? Eşidirsən, Milli? - Və səs kəsildi. İndi 



növbə mənimkiydi. Təkcə ―bağışlayın‖ deyə bildim, ancaq elə bu da bəs elədi, şıqqıltı 

eşidildi və telefon susdu. Dəstəyi asdım. İndi qadının adını bilirdim və harda gördüyümü 

xatırladım: bərbərxanada qalın, əldən-ələ gəzdiyi üçün didik – didik olmuş şəkilli bir 

jurnalda, xoş ətir iyindən məst ola-ola görmüşdüm. Sağlam, sarışın, yumrusifət bu qadın 

Milli idi və sanki deyirdi: kinoya təzə ulduz gəlir.... 

  

Sobadakı çökə odunu çırtıldadı və onun açıq yerlərindən süzülən titrək alov dilimləri 



ağac karnizlərin ucunda yonulmuş İsa Peyğəmbər və onun həvarilərinin üstünə düşdü. 

Ümidsizlik içində əlləri yanına düşmüş həmin əzabkeşlər mənalı-mənalı bu dünyaya 

baxırdılar... 

  

Siqaret yandırıb kitab-dəftərin yanına qayıtdım. Onları üst-üstə yığıb, gözümü telefona 



zillədim. Fikirləşdim ki, indicə zəng eşidiləcək, mehriban səsli kişi mehriban qayğı ilə 

uşaqlarını - özünün ciyər-paralarını soruşacaq. Elə bilirdim, qonaqlıq yerinə çatan kimi 

zəng eləyəcək. Və mən bunları fikirləşərkən kimsə məhəccərin baş tərəfindəki qapını 

çırmaqladı, sonra səs kəsildi, dəstək tərpəndi, aşağı-yuxarı buruldu. Sanki qapını zorla 

açmaq istəyirdilər. Ancaq, deyəsən, qıfıllı idi, çünki dəstək nə qədər zərblə burulsa da, 

qapı açılmadı. 

  

Siqareti söndürmüşdüm və dayanıb yuxarıdakı qapıya baxırdım. Birdən qulağıma inilti 



səsi gəldi. Elə bil kimsə yalvarır, nəsə anlaşılmaz sözlər deyirdi və yenə sakitlik çökdü, 

sanki qapının arxasındakı adam öz inilti-sızıltısının əks-sədasına qulaq asdı. Kiminsə onu 

eşidəcəyinə ümid edirdi. Mən isə səssiz-səmirsiz dayanıb gözləyirdim. Həmin sızıltının 

mənə dəxli yox idi, çünki buraya uşaqlara baxmaq üçün gəlmişdim. Ancaq qapı qəfildən 

bərk-bərk döyülməyə başladı, kimsə özünü ona çırpdı, ufuldadı, inildədi, dəli kimi özünü 

bir də ona çırpdı. Dik pillələrlə asta-asta qapıya tərəf qalxdım, bir xeyli ordaca dayandım 

və gördüm ki, açar üstündədir. O biri üzdəki adamın ciddi-cəhdini dinşədim. Deyəsən, 

ümidini tamam üzmüşdü. Hiss olunurdu ki, heydən düşüb, tövşüyür, geri çəkilir. Elə 

həmin anda açarı burdum, ancaq qapını açmadım. Gözüm dəstəkdə idi və o tərpənənə 

kimi xeyli keçdi. Sonra burulanda da lap ehtiyatla buruldu, sanki yoxlayırdı, açılacağına 

inanmırdı. Mən bir az geri çəkildim, qapı açıldı, qoca bir kişinin başı göründü. Üzü tüklü 

idi, gözləri qızarmışdı, qeyri-müəyyən, mənasız bir təbəssümlə - əsil sərxoş təbəssümu ilə 

gülümsəyirdi. Qapının açıldığına heyrətləndi, sevindi, çölə baxıb qırıq-qırıq güldü, 

qollarını geniş açaraq mənə tərəf gəldi. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə