Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə158/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   154   155   156   157   158   159   160   161   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

432 


- Mən alıram, Aşot kirvə, - dedi. – Sən gətir o Ceyran inəyini, mən alıram… 

Erməni milli hərəkatı hələ təzəcə qızışırdı. Hər tərəfdən azərbaycanlılar əleyhinə 

çağırışlar ucalır, qazan qaynara düşürdü. Həsənə bizim inəyin bol südümü, yoxsa iti, sivri 

boynuzlarımı xoş gəlirdi, demək çətindi. Ancar hər halda, kirvəmiz beh kimi 100 rubl 

verdi, Ceyranı qabağına qatıb türklərin Ayrımına sarı yola düzəldi. Onlar eyni yolla 

getdilər. «Dünya isə məhvərindən çıxmışdı». Sabahlarımız təlaşlı açılırdı. 

 

Azərbaycandan gələn xəbərlərin gətirdiyi narahatlıq gündən-günə artırdı. Bircə anam 



halını pozmurdu. ―Kim sənə daş atsa, sən ona alma at, nar at‖ - deyirdi. Anam həlim 

təbiətli, şairanə ruhluydu, ancaq ən əsası, anaydı... 

 

…Hə, belə, mənim gözəl oxucum. Bu sözlərimlə mən təkcə yazımı yox, ürəyimi də 



kağıza büküb sizin ixtiyarınıza verirəm… 

 

Ayrım türklərin deyildi, Lori bölgəsində bir azərbaycanlı məskəniydi. Milli hərəkat oraya 



da yayılmışdı. Ara qarışmışdı. Kənd danüzünün qırovunda oyanırdı. Amma çöldə-

bayırda kimsə görünmürdü, hər yan bomboşdu. Adamlar küyükmüş toyuqlar kimi 

evlərindən çıxmırdılar. Onlar öz Tanrısına sığınmışdı, biz də öz Tanrımıza. Onlar Quran 

oxuyurdular, biz İncil. Dava bu ikisinin davasıydı. Mənə qalanda, inancım bir az ayrı 

cürdür: mən Tanrıya inanıram, amma hansısa kitabda, ya da kitablarda yazıldığı kimi 

yox, eləcə, Onun özünə inanıram, olduğu kimi! O, Barışdırandı, Birləşdirəndi, Qüdrətlidi. 

İnsanlar o Barışdırıcını itirmişdilər. Ölkə isə yaman qarışmışdı. Yeni bütlər ortaya 

çıxmışdı, cadu kimi bir sevginin dadı yayılmışdı damaqlara. Tanrı sevgidir, amma sevgi 

Tanrı deyil. Sevginin tərsi nifrətdir. Adamlar dava gəzirdilər. Onlar davanın «dadından 

ləzzət alırdılar». Əgər adamlar Tanrını ―özümünkü-özgəninki‖ deyib bölməsəydilər, 

Onun yaratdıqlarını da bir-birindən seçib-ayırmazdılar, yəqin ki!... 

 

O gecə babam alt köynəyini yeddi dəfə dəyişdi. Gözlərini yumur, eyni pis yuxunu görüb 



oyanır, tir-tir titrəyirdi. Canı suya batır, soyuq tər mitilə hopurdu. Alt paltarı, dəyişdirdiyi 

köynəklər yaş kəfən kimi bədəninə yapışırdı. Dişləri şaqqıldayırdı. Şaxta iliyinə 

işləyirmiş kimi üşüyürdü. 

 

- Aşxen, alt köynəyimi gətir, dəyişim... – babam inildəyirdi. 



 

- Yenə?… - ağır yuxunun içindən hay verirdi nənəm. 

 

…Göz qapaqlarının altında «Qaydzon» alayıydı: Avetlərin Paşosu, Bednaların Kotosu, 



Mırçanların Şalosu, Tırtmanların Gikosu, Grapın, Osanın Purçulu, Azarların Vahanı, 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

433 


Inanların Kamsarı, Hansaların Mişosu, Cicilin Pilisi, Hobosların Gevosu, Boşaların 

Samatı, Çiçoların Surosu, Iritslərin Tatosu, Cvaxların Cavahiri… Hücuma keçirdilər. 

Ayrım alova, tüstüyə qərq olmuşdu. Cicilin Pilisi «Villis»in çadırını arxaya atıb, 

pulemyotun lüləsini çölə çıxarmışdı. Arxa tərəfə keçib, eynən Çapayev kimi, gülləyə 

tutduğu evləri aşsüzənə döndərməkdəydi. Çılpaq qalmış kənd əllərini havaya qaldırmaq 

əvəzinə, özü havaya qalxırdı… Elə bil, nağıllardakı uçan əşyalar kimi, havaya qalxır, 

göylərə üz tutub, buludların arxasında gizlənmək istəyirdi. Ancaq göylərdə də nicat 

görünmürdü. Buludların arasıyla sürüşən evlər bir-birinə dəyirdi. Evlər böyükdü, adamlar 

balaca… Balaca adamlar böyük evlərdən çıxır, göyün dəlmə-deşiyindən keçir, buludların 

arasından sıyrılıb ələnir, hardasa irəlidə bir təpə kimi tığlanırdılar. Onlardan ən günahkarı 

da indi günahsızdı. Təpə yeriyən qarışqa topasıydı elə bil. 

 

- Aşot, Aşot… - ―topa‖nın içindən səs gəlirdi... 



 

Həsən kirvəydi, qəribə bir şəkildə Ceyranın belinə qalxmışdı. İnsanların altından, 

arasından sürünüb çıxmaq istəyirdi sanki. Ceyranın belinə təkcə özü yox, yaxınlarının 

hamısı minmişdi. Həsən ha dəhmərləsə də, inək yerimək bilmirdi. Boynunu burub geriyə 

baxırdı. Gölə bənzər gözlərində bir dənizlik həsrət vardı. Anasından ayrılan buzov kimi 

burnunu dikəldib böyürürdü… 

 

- Aşot, Aşot… 



 

Günəş başını qaldırıb, şüalarını uzadaraq babamın burnunu qaşıyırdı. O, əllərini qeyri-

ixtiyari burnuna aparıb anlaşılmaz kəlmələr sayıqlayır, ancaq nədənsə heç cür gözlərini 

açmaq istəmirdi. 

 

- Aşot, Aşot…- göz qapaqları elə bil qırsaqqızla yapışmışdı bir-birinə, açılmırdı. 



 

Bezdirici bir səs qulaqlarının pərdəsini titrədirdi. Səsin hardan - öz qulağındanmı, yoxsa 

pəncərədənmi - gəldiyini kəsdirə bilmirdi... Hər nə isə… Gözləri açılır, yavaş-yavaş 

işığın mənbəyini seçirdi. 

 

- Aşot, səni çağırırlar… - bunu səhər tezdən həyəti süpürməyə çıxmış Aşxen nənəm dedi. 



 

- Xeyirdimi… - babam gözlərini ehmalca ovuşdura-ovuşdura soruşdu. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə