Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə160/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   156   157   158   159   160   161   162   163   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

437 


 

Kənd heç də zarafata oxşatmadığı bu vurhavurun qarşısında büzüşmüş, donub qalmışdı. 

Küçələrdə bircə kölgə də gözə dəymirdi, ölüm qorxusu hər yeri basmışdı. Az əvvəl 

döngələri, həyətləri, bağları səllimi dolaşan külək də qəfildən, izsiz-soraqsız harasa 

sovrulub getmişdi. 

 

Əhali kənddən çıxmağa başladı: əvvəlcə tək-tək, çəkinə-çəkinə, sonra hamılıqla, hay-



küylə. Qorxu adamları birləşdirmişdi, qığılcım kimi çaxnaşma da çıxırdı arada. 

 

Uzaqdakı partlayışlardan, bir də təkəm-seyrək açılan yeknəsəq atəşlərdən savayı səs-



səmir gəlmirdi. Gərək qulaqlarını dibinəcən şəkləyəydin ki, gündüzün parlaq cingiltisini 

eşidə biləydin. Elə bil heç müharibə getmirdi: o, yaddaşımızın qaranlıq bir küncünə, sərt, 

ağrılı nöqtəsinə çəkilmişdi. 

 

Gecəki leysandan sonra bürkü öz yerini sərinliyə verəndə anladıq ki, yayın axırıdır. İkicə 



günəşli gün bəs edər ki, hava yenə də qızsın, amma bu qızmarlıq yayın qovurucu istisini 

uzaqbaşı ötəri xatırlada bilər: rahat, zəif, abırlı istidir bu. Günün işığı elə də gur deyil, 

yer-göyü gözqamaşdıran şüalar tutmayıb deyə, dünyanı yuxu kimi göstərən ilğımlar da 

yoxdur – hər şey aydın görünür. 

 

Abxaziyada payız gələndə dünya büllur kimi saflaşır: duyğularımız hələ heç vaxt bunca 



həssas olmamışdı. 

 

Dünyanın cansıxıcı əlvanlığı, ölümcül xəzan dalğası... 



 

Uzaqda dəniz görünür – sakit, həyəcansız. Onun nəhəng bədənində torpağın ağrısından 

əsər qalmır, ləpədöyəndən o yanda bu ağrı itib-batır, anlaşılmaz bir şəkildə tutqun 

dərinliklərə dalır: eynilə güllənin suda gücdən düşməsi, öldürücü qızmarlığını itirməsi 

kimi. Dənizin sərinliyi, rütubəti bizi - bu alışıb-yanan yüksəkliyi də vururdu. Onun parlaq 

səthi oynaq bir qövslə bitir, ordan isə səma divar kimi ucalırdı. 

 

Keçmişin qaranlığını yarıb, əcdadlarımın bədənindən, ruhundan keçib gələn uzun, parlaq 



teli öz canımda hiss edirdim mən. Qıllı əcdadımın ilk dəfə qadınının bətnində əkdiyi 

toxumda da var imişəm, şirin qapışmalarla, ləzzətli boşalmalarla keçən sonrakı gecələrdə 

də. Nəslimin kişiləri məni - bəlkə milyon dəfə - qaynar bir axınla qadın bətninin 

qaranlıqlarına püskürdüblər. Onlar artıq ölüb-gediblər, bu torpağa bürünüb, ona 

qarışıblar. Tezliklə mən də bu torpağa bürünəcəyəm... 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

438 


Avtomatımı sinəmə sıxıram: sağlığımda onun dürüst biçimli qara bədəni, qurğuşun canı 

məndən ötrü çox şirin idi, sevimliydi. Axı təkcə onu ürəkdən sevməyə macalım olmuşdu. 

Avtomatın adi vaxtlardakı yalançı soyuqluğuna fikir verməzdim, çünki işə düşəndə onun 

necə qızışdığını bilirdim. 

 

Davanın ilk günlərində onu necə arzulamışdım! Avtomatı olanlara necə paxıllıq 



eləmişdim! Belələri az idi: çoxları - mənim kimi – qüssəli, atəşli gözlərlə Eşerayla 

Qudauta arasında yol ölçürdü. Tək bircə arzu - avtomat tapmaq istəyi dincliyimi əlimdən 

almışdı. Müharibənin onuncu günüydü, mən isə avtomatsız, boş-boşuna Eşeranın tozlu 

yollarında it döyürdüm; Qudautada, bizim – Suxumdan olan qaçqınların yerləşdirildiyi 

istirahət evlərində naharı pomidorla yola verəndə, hər dəfə ―Yeniliklər‖, ―Xəbərlər‖ üçün 

televizorların qabağına yığışanların tüstü-dumanından, hay-küyündən ürəyim sıxılırdı: 

belə məqamlarda təmkinli diktorun hər sözünə adamın başını xarab eləyən min cür 

sətiraltı məna yüklənirdi – hərbi əməliyyatlara dərhal son qoyulmasından, təcavüzkarın 

cəzalandırılmasından tutmuş, bizim doğma yurd-yuvamızdan qovulmağımıza qədər...  

 

Ancaq mən tezliklə avtomat tapa bildim. Davanın ilk günlərindən qərargahda özünə yer 



eləmiş bir qohumum, çox yalvar-yapışdan sonra, hansısa çeçenlə bu barədə danışacağına 

söz verdi. Çeçen iki yüz dollar istəmişdi. Mənim yüzcə dollarım vardı. Bilirdim ki, 

―çeçen söhbəti‖ fırıldaq qohumumun uydurmasıdır, avtomat onun özünündür... Amma 

burası mənim vecimə deyildi. Pulun hamısını düzəldə bilməməyim qohumbalanın kefinə 

soğan doğradığından, qərargahda sakit bir işə düzəldəcəyini vəd edib, məni bu 

niyyətimdən daşındırmağa çalışdı. Qərarım qətiydi, odur ki, qohumluğumuzu üzümə 

tutub dirəşdim. ―Qərargah adamı‖ duruxdu, ―həmişəyaşıl‖ yüzlüklərin xışıltısı onu 

yoldan çıxarmışdı. Amma qohumluq məsələsi tamahını üstələdi, ―tərs çeçeni razı 

salmağa‖ çalışacağını ağzından qaçırtdı. ―Razı saldı‖ da: qalan yüz dollar borca yazıldı. 

Ancaq dilimdən söz aldı: evdəkilər bunu bilməsinlər, işdir, başıma bir iş gəlsə, kimsə 

qınamasın ki, ―qanmaz uşağın sarsaqlamağı‖nda onun da barmağı var. 

 

Dümağ bədəni adamın ağlını alan Səriyyə mənim üçün ―lifçik‖ tikdi, öz əlləriylə də 



geyindirdi. Qızın qoxusunu duyduqca beynim çönürdü. Arada zarafatlaşdıq - bir-

birimizin gözlərinə baxmadan... 

 

―Lifçiy‖imə güllə qutuları yığdım, onlar bütün ağırlığıyla sinəmə qısılıb, doğma adamlar 



kimi qucaqladı məni. Başıma yaşıl lent dolayıb, uzun müddət güzgünün qabağında 

dayandım: özümə baxmaqdan doymurdum. Yox, o dəqiqə Qumistaya tərəf yüyürmədim: 

neçə vaxtdan bəri təşnəsi olduğumu birdən-birə əldə elədiyim üçün bütün bədənim 

boşalmışdı, özüm öz xoşbəxtliyimə inanmırdım; avtomatımı bağrıma basıb iki gün 

Qudautada veyilləndim, ta qara paltarlı bir qadının sərt, həm də haqlı qınağına tuş 

olanacan: ―Sən burda sülənirsən, orda isə qardaşların qırılır!‖ Elə bil yuxudan ayıldım: 

tez ön xəttə sarı götürüldüm. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə