Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə157/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   153   154   155   156   157   158   159   160   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

430 


 

Levon Cavaxyan 

 

Kirvə 

 

Biz müharibəyə getmədik, müharibə bizə gəldi. O vaxtacan firavanlıq, əmin-amanlıq 



hökm sürürdü. Saat 17-də radio ―Danışır Bakı!‖ deyəndə sevincimiz yerə-göyə sığmazdı. 

Səsini axıracan qaldırardıq. O dalğa bizim təsəlli yerimizdi. Ordan yanıqlı bir səs, ürək 

parçalayan, qəmli-qüssəli muğam sədası gələrdi… 

 

- Bu toy kimin toyudu belə? – soruşardı Aşxen nənəm. Onu qınamaq olmazdı. Bizim 



kənddə ancaq toylarda mahnı oxunurdu. 

 

O hava radiodan daşıb çıxar, evə dolar, çölə yayılar, küçələr boyu axıb, meydanı bürüyər, 



Azərbaycanı addım-addım dolaşardı. Dünya SSRİ adlı böyük bir dövlətdi. Xoşbəxtlik 

dedikləri isə, kommunist ahəngli qüssəylə dolu, yanıqlı bir muğamdı. Yayın damlardakı 

kirəmitlərə hopmuş istisi yavaş-yavaş öləziyər, qızartdaq toz ayaq altından ahəstəcə 

havaya qalxar və o dərdli, yanıqlı muğamın doğma qüssəsi burula-burula, behişt ətri kimi 

axıb, bal kimi süzülüb, keyimiş beynimizə dolardı. Kommunizm yolundaydıq... 

 

Aşot babam hərdən öz məxməri bariton səsiylə: ―Həyatımız itkin bir mahnıdır‖ - deyərdi. 



Bizim kənd mahnı-nəğmə söhbətində ən usta adam kimi onu tanıyırdı. Əlini qulağının 

dibinə verib, bəlkə dünyanın qulağına çatsın deyə, ucadan bayatı çağırardı. Səsi də 

Şınoğun suyu kimi çağlardı. 

 

Onun türklərin Ayrımından Həsən adlı bir kirvəsi vardı. Mahnısı da oralardan gəlirdi. 



Onların münasibəti əsl dostluqdu. Babam Həsənə ―özünü dağdan at‖ desəydi, atardı. 

Amma babam ona ―dağdan atıl‖ demirdi. Onu dağ başına qaldırırdı. 

 

1988-in fevralıydı. Dağlardan təpəsi aşağı enmək vaxtı gəlmişdi. Müharibə özünü 



yetirəndə biz də boş dayanmamışdıq, mitinqlər keçirirdik. Müharibənin özündən qabaq 

sorağı gəlib çatdı: Sumqayıtda qırğın olmuşdu. Biz 32 qurbanın şəkillərini götürüb 

Dzidzernakapertə çıxdıq. Tarix təkrarlanırdı. Sonra Bakı qırğınları oldu. ―Nə vaxta qədər 

qırılacaqdıq?!‖ Mən onda Təhsil Nazirliyində işləyirdim. Bizim binaya bitişik, neçə ildən 

bəri işləməyən Azərbaycan teatrı vardı. Baltanı götürüb, xalqımın intiqamını almağa 

getdim. Rəhbərlik imkan vermirdi: mən baltanı qaldırırdım, onlar altdan aşağı çəkirdilər. 

―Olmaz, qoymarıq‖- deyirdilər. Moskva belə tərbiyə eləmişdi... 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

431 


 

Əvvəlcə ―olmaz, qoymarıq‖ deyənləri ―sındırdım‖. Sonra qapıya cumdum. Baltanı 

qaldırıb alnının ortasına dalbadal vurdum... Qapı hönkürürmüş kimi cırıldadı, geriyə aşdı. 

İçəri rütubət qoxuyurdu, bomboş salon, boş kreslolar vardı orda... Məyus olmuşdum bir 

az, istəyimə çata bilməmişdim. Hardasa, Hind cəngəllikləriylə qarşılaşan Makedoniyalı 

İskəndər kimiydim həmin an. O, dünyanın o biri başına gedib çıxdığı kimi, mən də teatr 

salonunda səhnənin arxasına atdım özümü. Bizim qəhrəmanlıq xəyallarımıza bura çox 

dedikcə dar gəlirdi. Ancaq sonralar başa düşdüm ki, uzaqbaşı, bağlı bir qapıyla 

döyüşürmüşəm. İndi utanıram buna görə. Amma onda utanmırdım. Onda qəhrəmandım 

mən. Ta öz adamlıq halıma dönənə qədər. Qəhrəmanlıq dəmləri gedər-gəlməzdə qaldı. 

İnsan, adətən, şərə qarşı cəsarətlə mübarizə aparır. Ancaq şər hansı tərəfdəydi?! Gəl indi 

bundan baş aç görək!... 

Xoş halına sadəcə insan ola bilənlərin! ―Bəxtəvər qəhrəmanların başına‖ demirəm mən. 

Qoy vətən fəxr eləsin onlarla... Mənim qəhrəmanlarımsa adi, sadə insanlardır. Əsl insan 

üçün düşmənçilik sədləri yoxdur. Onun vətəninin ərazisi ürəyi ilə vicdanının olduğu 

yerlərdir. Vay bu ərazidən çıxanların gününə! Bizim kirvə elələrindən deyildi, amma 

neyləmək olardı: getdi!... Mənim hekayəm də elə bundan danışır… 

 

Aşot babamın Ceyranından kənddə bircə dənəydi. Onun qədər süd verən tapılmazdı, 



ancaq onun kimi təpik atan da yoxdu. Ceyranın gölə bənzər gözlərində bir dənizlik qüssə 

vardı. O, qüssəli gözlərilə dünyanı seyr edə-edə qabağındakı otu rahatca yeyəndə bu 

qəmgin halından hədsiz narazı olduğu kimsənin ağlına gəlməzdi. Axşamüstü şişman 

cəmdəyini, tox qarnını aramla yırğalayaraq, astadan mələyə-mələyə örüşdən qayıdardı. 

Adamlar onu adi bir inək bilib, yanından arxayınca keçib gedərdilər. Ancaq həmin 

anlarda onun içində bir inəkmi mürgüləyirdi, yoxsa bir buğamı oynayırdı, burası qəliz 

məsələydi. Dumanlı nəzərlərilə bir anlıq ötüb-keçənləri süzərdi. Qara, nəmli burun 

pərələrindən qaynar buğ qalxardı. Birdən başını aşağı, sinəsinə əyər, iti buynuzlarını irəli 

verib adamların üstünə yeriyərdi. Kişilər birtəhər özlərini qoruyardılar. Allah 

göstərməsin, qabağına çıxan qadın olsaydı... Bir andaca buynuzlardan sallaşıb qalar, 

həyasıyla ağrısı bir-birinə qarışardı. Heç o yan-bu yana yer qalmazdı: ətəyi başına keçər, 

bədəni arxaya qanrılar, çılpaq ayaqlarısa havada yellənərdi… 

 

Yazıq babamın gözünə yuxu getmirdi. Onun öhdəsindən gəlməkçün çox əlləşmişdi... 



Dəyənəyilə inəyin qızartdaq belini odlayırdısa da, xeyri olmurdu. Ceyran müti bir halda 

dayanır, sevgi və qüssə dolu gözlərini sahibinə zilləyirdi. Hər zərbədən sonra astadan 

səslənir, boynunu uzadıb babamın üzünü yalamaq istəyirdi. Çarəsizlikdən, babamın 

əlindəki dəyənək havadan asılı qalırdı. Di gəl, dilsiz-ağızsız heyvanı başa sal!... Yox, 

bıçaq çəkməyə əli gəlməzdi. Ən yaxşısı satmaqdı. Amma belə dəli heyvanı kim alardı?... 

 

 



Yenə kirvəsi Həsən yetdi dada. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə