Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə155/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   151   152   153   154   155   156   157   158   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

422 


 

Çarlz Bukovski 

 

 

Mənə eşqini gətir 

 

 



Harri pilləkəndən enib bağçaya girdi. Xəstələrin çoxu bağçada idi. Arvadı Qloriyanın da 

bağçada olduğunu demişdilər. Arvadını gördü, masaların birində tək-tənha oturmuşdu. 

Astaca arxadan ona yaxınlaşdı. Masanın ətrafını fırlanıb üzbəüz oturdu. Qloria dimdik 

oturmuşdu. Çox solğun idi. Harriyə baxdı, amma onu görmədi. Sonra gördü.  

-Konduktor sənsənmi? deyə soruşdu. 

 

-Nəyin konduktoru? 



 

-Mümkün olanın konduktoru. 

 

-Xeyr, deyiləm. 



 

Üzü solğun, gözləri solğun idi, solğun mavi. 

 

-Necə hiss edirsən özünü, Qloriya? 



 

Oturduqları ağ rənglə  boyanmış bir əsrlik dəmir masa idi. Masanın ortasına kiçik dibçək 

qoyulmuşdu. Hüznlü, əyiri budaqlarından sallanan cansız çiçəklər. 

 

-Sən bir qəhbə xəstəsisən Harri. Qəhbə s...irsən. 



 

-Bu düzgün deyil Qloriya. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

423 


-Ağızlarına da alırlarmı? Əmirlərmi? 

 

-Ananı da gətirəcəkdim Qloriya, amma qripdən yatır. 



 

-O yaşlı yarasanın həmişə narahatçılığı olur...Konduktor sənsənmi?  

 

Xəstələrin bəziləri masalara oturmuş, bəziləri ağaclara söykənmiş, bəzilər isə çəmənlikdə 



uzanmışdılar. Hərəkətsiz və səssiz idilər.  

 

-Yeməklər necədir Qloriya? Yoldaşın varmı? 



 

-Qorxunc və xeyr, qəhbə s...ən! 

 

-Oxumaq üçün nə isə istəyirsənmi, Qloriya?Oxumağın üçün nə gətirə bilərəm? 



 

Qloriya cavab vermədi. Sonra sağ əlini qaldırdı, əlinə baxdı, yumruğunu sıxıb burnuna 

endirdi. Sərt. Harri uzanıb qadının əllərini tutdu.  

-Qloriya, lütfən. 

 

Ağlamağa başladı Qloriya.  



-Niyə şokolad gətirmədin mənə? 

-Şokoladda nifrət etdiyini demişdin mənə, Qloriya." 

 

Qadının gözlərindən yaş axmağa başladı.  



 

-Şokoladda nifrət etmirəm! Şokolad çox xoşuma gəlir! 

 

-Qloriya ağlama, lütfən... Şokolad gətirəcəyəm sənə, hər istədiyini gətirəcəyəm... Bura 



yaxın bir moteldə yerləşmişəm Qloriya, sənə yaxın olmaq üçün. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

424 


Qadının solğun gözləri böyüdü.  

 

-Motelə? Lənətə gəlmiş qəhbələrin biriylə bir yerdəsən! Porno filmlərə baxırsınız, tavan 



başdan-ayağa güzgüdür! 

 

-Bir neçə gün sənə yaxın olacağam Qloriya, Harri təskinlik verici bir tonla dilləndi. Nə 



istəsən gətirəcəyəm. 

 

-Elə isə eşqini gətir mənə, deyə qışqırdı Qloriya. Eşqini niyə gətirmirsən allahın bəlası? 



Xəstələrdən bir neçəsi dönüb baxdı. 

 

-Qloriya, kimsənin səni mənim qədər sevmədiyindən əminəm. 



-Mənə şokolad gətirmək istəyirsən? G...nə sox o şokoladları! 

Harri bir kart çıxardı cibindən. Motelin kartı idi. Qadına uzatdı.  

-Unutmadan bunu sənə verim. Zəng etməyinə icazə verirlər? Bir şeyə ehtiyacın olsa 

mənə zəng elə. 

 

Qloriya cavab vermədi. Kartı götürüb qatladı, kiçik bir kvadrat elədi. Sonra əyilib 



ayaqqabısını çıxardı, kartı ayaqqabının içinə qoydu və ayaqqabısını təkrar geyindi. 

 

Harri doktor Censenin onlara doğru gəldiyini gördü. Doktor Censen dişini ağardaraq 



yaxınlaşdı və "vay, vay, vay..." dedi. 

 

-Salam doktor Censen, Qloriya soyuq bir səslə dilləndi. 



 

-Otura bilərəmmi?  Həkim soruşdu. 

 

-Əlbəttə. Qloriya cavab verdi. 



 

Həkim gombul bir adamdı. Dikbaşlıq, məsuliyyət və nüfuz qoxusu gəlirdi ondan. 

Qaşlarının gur və ağır bir görünüşü vardı. Gur və ağır idilər. Sanki aşağı sürüşüb yumru 

ağızına girmək istəyirlər lakin həyat icazə vermirdi. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

425 


 

Həkim, Qloriyaya baxdı. Sonra Harriyə döndü.  

 

-Bəli, son günlərdə qeyd etdiyimiz irəliləmədən son dərəcə məmnunam... 



 

-Bəli doktor Censen,  bir az əvvəl Harriyə özümü çox balanslı hiss etdiyimi, konsultasiya 

və qrup müalicələrinin nə qədər faydalı olduğunu deyirdim. Məntiqsiz əsəbim, səbəbsiz 

çılğınlığım, dağıdıcı özümə acıma hissim azaldı... 

 

Qloriya əllərini qoynuna qoyub, gülümsəyirdi. 



 

Həkim Harriyə gülümsədi.  

 

-Qloriyada fövqəladə irəliləmə var! 



-Bəli, dedi Harri, fərqindəyəm. 

 

-Məncə yaxın vaxtda səninlə evə gedəcək, Harri. 



 

-Siqaretinizdən bir dənə götürə bilərəm? deyə soruşdu Qloriya. 

 

-Əlbəttə, dedi həkim. Cibindən ekzotik bir siqaret qutusu çıxarıb bir dənəsini ona uzatdı 



Qloriya siqareti götürdü. Həkim qızılı alışqanını uzadaraq siqareti yandırdı. Qloriya bir 

nəfəs alıb tüstüsünü havaya üfürdü... 

 

-Xariqüladə əlləriniz var dokto Censen, dedi Qloriya. 



 

-Təşəkkür edirəm canım. 

 

-...və xilaskar bir xasiyyətiniz, ovsunlayıcı..." 



 


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə