Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə152/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   148   149   150   151   152   153   154   155   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

413 


 

Orxan Kamal 

 

"Küçük" 

 

  



Şəhərin əsas prospektindəki zərgər dükanlarından birinin səkisi qarşısında bir köpək 

balası qabaq ayaqlarının üstündə uzanıb sızıldanır, arada başını o yan bu yana çevirib 

ətrafına toplaşan məhəllə uşaqlarına baxırdı. 

  

Köpək balasının iki arxa ayağını bir az əvvəl dəmir təkərli bir yük arabası əzmişdi. 



Oynaqlardan aşağı qaxaca dönmüş, ayaqları yalnız bir dəriylə bağlı qalmış, sallanırdı. 

Əzilmiş hissə boyu qan axırdı. Arabir boynunu bükür, səsini yüksəldərək bir şey demək 

istəyir, səsi ağırlaşır, yüksəlir, sonra yavaşıyıb kəsilirdi. 

  

Ətrafına toplaşan məhəllə uşaqları isə yaramaz və kobuddular... Tatara bənzəyən, 



yastıburun oğlanın əlində bir dəyənək var idi. Şaqqıldaqlı paltarının kürəyindəki cırıq-

söküyündən əti görünürdü. Yanında paslı bir həlqə tutmuş çox arıq bir oğlana: ―Ağlıyır 

ha!‖- dedi. 

  

Arıq oğlan başını yellətdi. 



  

-Ala, ver əlindəkini... 

  

Tatara oxşayan oğlanın əlindən dəyənəyi aldı. 



  

- Neniyəssən? 

  

Arıq oğlan cavab vermədi. 



  

Keçirtdiyi ağrını-acını insanlara heç cür başa sala bilməyən köpək balasının əzilmiş, qanlı 

ətini dümsüklədi. Köpək balasının bədəni birdən dəhəştli bir ağrı keçirtdi və yanıqlı-

yanıqlı bağırdı. Başda arıq oğlan, bütün uşaqlar sevinclə qışqırdılar. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

414 


  

- Ala, bi dəfə də dümsüklə... 

  

Dəyənəklə bir daha dümsüklədilər, sonra yenə, yenə.... Köpək balası hər dəfə elə müdhiş, 



elə gözlənilməz səslər çıxartdı ki, sanki bütün qüdrətini bu fövqaladə səylərlə itirdi... İt 

çarəsiz bir təslimiyyətlə yan yatan, bağlanmış gözləri, ağrı hiss edən, amma inləməyə halı 

olmayan sükutu ilə əvvəlcə uşaqların, sonra onları əhatələyən daha böyüklərin, lap 

böyüklərin kefini qaçırtdı. 

  

Tatara oxşayan oğlan: ―Ay ibnə.. Heç bağırmır da.‖ 



  

Qısa bığlı bir nəfər: ―Ayağından bas yoxla!‖- dedi. 

  

Qısa, göy şalvarının dizi iri qara parçayla yamanmış, böyürdən qarğaya oxşayan başqa 



bir oğlan atasının geydiyi köhnə, sarı ayaqqabısıyla köpəyin əzilmiş arxa ayaqlarını 

basdaladı. Özündən getmiş, daha doğrusu ölmüşə bənzəyən köpək balası ondan 

gözlənilməyən yeni bir həmləylə şahlanaraq vəhşi bir səs çıxartdı... 

  

Köpəyin ətrafında duran uşaqlar, onları əhatələyən böyüklər, lap böyüklər birdən qorxub 



çəkindilər. Sonra köpəyin qabaq ayaqları arasında saxladığı başıyla təpəsi üstə qəribə 

çevrilişini görən kimi qorxulacaq bir şey olmadığını başa düşərək təkrar toplaşdılar və 

sevinc qışqırıqları yüksəldi. 

  

Böyüklərdən biri: ― Afərin, sənə― –dedi. 



  

―Afərin‖i qazanan qarğasifət oğlan yumruqlarını sinəsinə vuraraq qürurla dilləndi: 

  

-Ura, bunu bu qəhrəman edibe. Necədi? 



  

Bütün uşaqlar qarğasifət oğlana qısqanclıqla baxdılar. Daha yeni bir şey tapıb ―afərin‖ 

qazanmaq üçün düşünməyə başladılar. 

  

Köpək balasının ölümü yaxınlaşırdı. Tatara oxşayan, yastıburun oğlanın ala gözləri 



birdən bərələ qaldı, parıldamağa başladı... Qarşıdakı səkinin üstündə sökülmüş bir 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

415 


döşəmə daşı var idi. Qaçdı, daşı yerindən zorla qaldıraraq köpək balasına tərəf gəlirdi ki

―Hambal Məmməd bəy‖ hardansa çıxdı. Tatara oxşayan oğlanın niyyətini başa düşdü və 

qolundan yapışdı: 

  

-Vay, vay, vay.. Yazıq. 



  

Tatara oxşayan oğlan müvazinətini itirdi, döşəmə daşı yerə düşdü. Oğlan bunu 

məğlubiyyət saydığından hirslə ona qışqırdı: 

  

- Sənə nə, oğlun zadındı, nə qarışırsan? 



  

Hamı qəhqəhəylə güldü. Oğlan lap sırtıqlaşdı. 

  

- Əcəb edib atıram... Atanın köpəyi deyil ki.. 



  

- Yazıqdı, günahdı, oğlum. 

  

―Hambal Məmməd bəy‖ danışdıqca yastıburun oğlan yumruqlarını belinə dayayıb ona 



elə əzəmətlə baxırdı ki... 

  

- Sən hambal adamsan, bizə ağıl öyrədəsi deyilsən, odur ki, get yükünü daşı. 



  

Hamı qarnını tutub gülürdü... 

  

Qulaqlarına qədər keçmiş solğun boz rəngli şlyapası, balaqları dizinə qədər çırmanmış 



qara şalvarı, yalın ayaqlarıyla ―Hambal Məmməd bəy‖i qıçı boyda uşağın qabağında 

təlxəyə bənzədən qarnı tox tacirlər o biri uşaqları da onun üstünə qaldırdılar. İş 

məcrasından çıxmışdı. ―Ehey‖lərə, qarpız qabıqları, ovuc – ovuc toza tutulan ―Hambal 

Məmməd bəy‖ çaşıb qalmışdı. Sağa-sola vurnuxduqda başına daş ilişdirdilər, geri 

dönmək istəyəndə alnından yediyi yekə bir qarpız qabığı onu lap özündən çıxartdı. 

  

Getdikcə adamlar çoxalırdı... Günün altındakı bu qələbəlik elə hey gülür, özlərini daha 



bərkdən gülməyə vadar edirdilər. 


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə