Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə148/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   144   145   146   147   148   149   150   151   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

400 


 

- Hələ yox! Siz ki, bu gün gəlmisiniz... 

 

- Bəs siz? 



 

- Mən iki gündür burdayam. 

 

Ayrılarkən onlar, ertəsi gün səhər birgə çıxıb dağda qəzmək üçün vədələşdilər. 



 

*** 


 

Səhər günəş qalxıb ətrafı işığa qərq etmişdi. Jan Monye soyuq duş qəbul edib çıxarkən 

fikirləşdi: "Yaşamaq necə gözəldir!", sonra özü də öz fikrinə təəccüb etdi. Onun cəmisi 

bir neçə dollar pulu və bir neçə gün vaxtı qalmışdı. Jan köksünü otürdü-"Saat ondur! 

Klara məni gözləyəcək". 

 

O tələsik geyindi. Ağ kətan kostyumda özünü daha da gümrah hiss edirdi. Jan, Klara 



Kibri Şou ilə tennis meydançasında görüşdü. Klara da ağ geyinmişdi, dünən gəlmiş 

balaca Avstriyalı qızlarla söhbət edə-edə gəzinirdi. Qızlar Monye yaxınlaşan 

kimi aralanıb getdilər. 

 

- Yoxsa məndən qorxurlar? 



 

- Xeyr, onlar sizdən utanırlar. Mənə öz əhvalatlarını danışırdılar. 

 

- Maraqlıdırmı?.. Mənə də danışarsınız... Yaxşı yata bildinizmi? 



 

- Çox yaxşı yatmışam. Qorxuram bu hiyləgər Bersteker bizim içkilərə narkoz qatmış ola. 

 

- Zənn etmirəm, bu gecə yuxum çox şirin olub, təbii bir yuxu ilə yatmışam. Bu səhər 



özümü yaxşı hiss edirəm. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

401 


Bir andan sonra Jan əlavə etdi: 

 

- Həm də çox xoşbəxtəm. 



 

Klara gülümsəyərək ona baxdı, ancaq bir söz demədi. 

 

- Gəlin, bu cığırla gedək, -Jan uzağa aparan bir cığır göstərdi. -Mənə bayaqkı balaca 



avstriyalılardan danışın... Siz burada mənim Şəhrizadım olacaqsınız... 

 

- Amma bizim gecələrimiz min bir olmayacaq. I 



 

- Heyhat!.. "Bizim" gecələrimiz.., 

 

Klara onun sözünü kəsdi: 



 

- Bu qızlar əkiz bacıdırlar. Əvvəl Vyanada, sonra Budapeştdə yaşayıblar. Bir yerdə 

böyüyüblər, özlərindən başqa yaxın dostları olmayıb. On səkkiz yaşda onlar keçmiş 

zadəgan ailəsindən olan bir macar oğlanla tanış olublar. Oğlan çox gözəl imiş, həm də 

yaxşı çalıb-oxuyurmuş. Qızların ikisi də eyni vaxtda oğlana dəlicəsinə vurulur. Bir neçə 

ay sonra oğlan bacılardan biri ilə evlənmək fikrinə düşür. O biri bacı ümidsizlikdən 

özünü suda boğmaq istəyır, ancaq onu xilas edirlər Onda nişanlı bacı da qraf Nikiyə ərə 

getməkdən imtina edir. Bacılar ikisi bir yerdə ölmək qərarına gəlirlər... Elə həmin vaxt 

sizin kimi, mənim kimi, onlar "Tanatos"un məktubunu alıblar. 

 

- Səfeh iş görüblər! - deyə Jan Monye təəssüf etdi -Onlar gənc, həm də çox qəşəngdirlər... 



Gedib Amerikada yaşasınlar, orda bu qızlardan ötrü çoxları dəli-divanə olar. Bir-iki həftə 

səbr etmək lazım idi, sadəcə. 

 

- Əslində elə bizim hamımız səbrsizliyin ucundan buraya gəlib çıxmışıq. - Klara 



melanxolik səslə dilləndi. -Lakin hər birimiz öz ağlımızı başqaları üçün daha yaxşı 

işlədirik... Kim deyir ki, ruhi əzablara dözmək üçün insanda həmişə kifayət qədər qüvvə 

tapılır? 

 

"Tanatos"un sakinləri bütün günü parkda, qaya döşündə, dərədə gəzinən ağ geyimli kişi 



ilə qadına rast gəldilər. Onlar şirin-şirin mübahisə edirdilər. Hava qaralanda 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

402 


mehmanxanaya qayıtdılar. Meksikalı bağban onların qucaqlaşdığını görüb üzünü yana 

çevirdi. 

 

 

Nahardan sonra bütün axşamı Jan Monye kimsəsiz balaca salonda Klara Kibri Şounun 



yanında əyləşib nə isə pıçıldayır, elə bil onu ovsunlayırdı. Direktor iri qara bir jurnalı 

vərəqləyirdi. O, hesablara göz gəzdirir, hərdən qırmızı qələmlə sətirlərdən birini pozurdu. 

 

- Axşamınız xeyir, cənab Monye!.. Mənə bir qulluğunuz, varmı? 



 

- Bəli, cənab Bersteker, ümidvaram ki, kömək edərsiniz... Yəqin sözlərim sizə qəribə 

görünəcək... Qəfildən hər şey deyişdi.... Bəli, həyat özü belədir... Sözün qısası, mən 

fikrimi dəyişmişəm... Daha ölmək istəmirəm... 

 

Cənab Bersteker təəccüblə ona baxdı: 



 

- Siz zarafat etmirsiniz ki, cənab Monye? 

 

- Anlayıram, sizə iradəsiz və dəyişkən adam təsiri bağışlaya bilərəm... - deyə gənc fransız 



izah etdi. - Təbii haldır kı, yeni şərait insanda yeni duyğular yaradır. Səkkiz gün əvvəl 

sizin məktubunuzu alarkən özümü ümidsiz və bütün dünyada kimsəsiz hesab edirdim. 

Elə zənn edirdim ki, mübarizəyə başlamağına dəyməz... Bu gün hər şey dəyişdi... 

Əslində, bu sizin sayənızdə oldu, cənab Bersteker. 

 

- Mənim sayəmdəmi, cənab Monye? 



 

- Əlbəttə. Mənimlə stol arxasında üz-üzə əyləşdirdiyiniz qəşəng qadın bu cür möcüzə 

yaratdı... Miss Kibri Şou çox gözəl qadındır, cənab Bersteker. 

 

- Mən ki, sizə deyirdim, cənab Monye. 



 

- Həm gözəldir, həm də cəsarətli... Mən ona öz əhvalatımı söylədim. O, məmnuniyyətlə 

mənim səfil həyatıma yoldaş olmağa razılaşdı... Sizə təəccüblü gəlir, eləmi? 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə