Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə181/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   175   176   177   178   179   180   181   182   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

492 


 

Dino Buttsati 

 

Sənətşünas 

 

  



  

  

 



Biennalenin 622-ci zalında, tanınmış sənətşünas, tənqidçi Paolo Malusardi qarıxmış halda 

ayaq saxladı. Leo Skuittinnanın fərdi yaradıcılıq sərgisi idi: otuza yaxın, ilk baxışda eyni 

görünən, Mondrian üslubunda perpendikulyar xətlər torunu təsvir edən rəsmlər; ancaq bu 

dəfə fonun rəng çalarları daha parlaq idi, həmin o, necə deyərlər, şəbəkə daxilindəki

şaqulilərdən daha geniş olan üfüqi xətlər isə, bəzi yerlərdə daha da qatılaşdığından, nəbz 

vurması, sıxılma və spazma təsiri yaradırdı, necə ki, çətin bir həzmetmə zamanı, mədədə 

nəsə ilişıb qalaraq ağrı verir, sonra isə, tədricən sovrularaq, öz daxili yolu ilə keçib gedir. 

Ətrafa gözucu nəzər salan tənqidçi əmin oldu ki, zalda təkdir. Tamamilə tək. Günortadan 

keçmiş bu istidə qonaqların sayı az idi, olanlar da artıq dağılışırdı. Bir azdan sərgi 

bağlanmalı idi. 

Skuittinna? Tənqidçi beynində götür - qoy etməyə başladı. Romada rast gəldiyi bir nəfər 

olmalı idi, üç il öncə, əgər səhv etmirdisə. Ancaq, o vaxt bu rəssam hələ sadəcə, əşyaları 

çəkirdi: insan fiqurlarını, təbiət mənzərələrini, vazadakı armudları, bir sözlə, köhnə, 

çürük ənənənin tələb etdiyi kimi. Başqa heç nə yadına düşmədi. 

Kataloqu vərəqlədi. Sərgiyə qoyulan rəsmlərin siyahısı Ermanno Lais adlı birisinin qısa 

giriş sözü ilə açılırdı. Siyahıya nəzər saldı: adi söz yığını idi. Skuittinna, Skuittinna, - 

deyə o, astadan təkrar etdi. Soyadı ona bu yaxınlarda baş vermiş nəyi isə xatırladırdı. 

Ancaq, nə idisə də, huşundan çıxmışdı... Hə, əlbəttə! İki gün öncə bu adı ona bütün 

nüfuzlu incəsənət sərgilərinin daimi iştirakçısı olan qozbel Tamburini, uğursuz 

yaradıcılıq yanğısını rəssamların kölgəsində söndürən həmin o manyak xatırlatmışdı, - 

zəhlətökən, çərənçi, hamının qorxub ehtiyat etdiyi Tamburini. Ancaq böyük həyat 

təcrübəsinə və təmənnasızlığına minnətdarən, təsviri sənətdəki fenomenləri yanılmadan 

duyub üzə çıxarmağı, hətta qabaqcadan müəyyən etməyi bacardığına görə, bir- iki il də 

keçməzdi ki, bütün şəkilli jurnallar, rəsmi tənqidin dəstəyinə arxalanaraq, onun 

seçimlərinə neçə - neçə tam həcmli, rəngli səhifələr həsr edərdi. Bəli, məhz təsviri 

incəsənət məsələlərində ―iynəyib‖ çözdələməyin mahir ustası olan bu Tamburini iki 

axşam öncə ―florian‖ kafesindəki bir masa arxasında, çoxlarının ona məhəl qoymamasına 

baxmayaraq, həmin bu Skuittinnanin,Venetsiya biennalesinin yeganə kəşfinin, - o, bunu 

israrla deyirdi, - ―qeyri - fiqurativ konformizm bataqlığı üzərində ucalan ― (kəlməsi - 

kəlməsinə) bu yeganə fərdiyyətin məziyyətləri barədə uzun - uzadı nitqlər irad etmişdi. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

493 


Skuittinna, Skuittinna... qəribə soyadıdır. Tənqidçi, həmkarlarının sərgi barəsində indiyə 

qədər yazdığı onlarla məqaləni beynində araşdırdı. Heç kim Skuittinnaya iki - üç sətirdən 

artıq yazı həsr etməmişdi. Skuittinnanın üstündən sükutla keçmişdilər. Nə isə, əl 

dəyməmiş xam torpaq. Onun kimi öndə gedən bir tənqidçi üçün əla fürsət idi.  

O, rəsmləri diqqətlə nəzərdən keçirməyə başladı. Əlbəttə, ona təsir etməli olacaq bu 

çılpaq həndəsə onu qətiyyən təsirləndirmirdi. Düzünə qalsa, bütün bunlar onun üçün qara 

qəpik qədər əhəmiyyətsiz idi. Ancaq bu, yaxşı bir başlanğıc ola bilərdi. Kim bilir, bəlkə 

tale onun üçün yeni, dahi bir sənətkarı kəşf etmək kimi həsəd oyadacaq qismət ayırmışdı? 

O, rəsmlərə bir də nəzər saldı. Skuittinnanın xeyrinə təmayül etmək risk olmazdımı? - 

deyə düşündü. Həmkarlarından kimsə birisi onun üzünə vurmazdımı ki, o, biabırçı bir 

yanlışa yol verib? Yox, qətiyyən. Bu rəsmlər elə dəqiq, elə açıq, vulqar emosiyaların 

oyada biləcəyi hansısa bayağı zövqdən elə uzaq idi ki, onları tərif edəcək hər bir tənqidçi 

özünü dəmir zirehin arxasında hiss etməli idi. Belə bir fərziyyəni də istisna etmək 

olmazdı ki, - niyə də onun apriorisini nəzərə almayaq ? - söhbət, həqiqətən də, insanları 

illər boyu özü barədə söz açmağa məcbur edəcək, bəxtinə Skira nəşriyyatının neçə - neçə 

cildini öz rəngli reproduksiyaları ilə dəyərləndirmək qisməti yazılmış bir dahidən gedir.  

Beləcə, ürəklənərək, yağlı bir tikənin əllərindən çıxacağına görə həmkarlarını paxıllıqdan 

partlamağa məcbur edəcək bir məqalə yazmaq niyyəti ilə o, özünü öz vicdanı qarşısında 

yüngülcə imtahana çəkdi. Skuittinna barəsində nə demək olardı? Şübhəsiz, az-az hallarda 

baş versə də, olurdu ki, tənqidçi heç olmasa, özü-özünə münasibətdə səmimi qalmağı 

bacarırdı. Və o, özünə belə cavab verdi: ― Demək olar ki, Skuittinna abstraksionistdir və 

onun rəsmlərində təsvir olunacaq konkret bir şey yoxdur. Yaradıcılığının ―dili‖ də 

dördbucaq sahələrin və onları tamamlayan xətlərin sırf həndəsi oyunundan başqa özgə bir 

şey deyil. Ancaq Mondrianı açıqdan - açığa təqlıd etməsini o, mahir bir yeniliklə 

bağışlatmaq istəyir: üfüqi xəttləri genişləndirir, şaquliləri isə daraldır və bu sıxlıqları 

müxtəlif şəkillərə salmaqla, beləcə, maraqlı bir nəticəyə nail olur: adama da elə gəlir ki, 

rəsmin səthi yastı deyil, dalğalıdır. Qısası, abstrakt ―trompe d`oeil‖...1 

―Lənət şeytana, bu ki, əla tapıntıdır‖, - deyə o, öz-özünə söylədi, - ― yox, sən elə də 

axmaq deyilsən, axmaq deyilsən.‖ Bu yerdə onu ani bir titrəmə tutdu, necə ki, birisi qayğı 

bilmədən gəzişirkən, birdən-birə gözlərini açır və görür ki, uçurumun düz kənarında 

dayanıb. Əgər o, bütün bu ideyalarını, sadəcə, elə-belə, ağlına gələn kimi kağız üzərinə 

köçürsəydi, onda ― florian ‖dakı masalar arxasında, via Marquttada2, rəsmi dairələrdə və 

Brera küçəsindəki kafedə onun barəsində nələr danışmayacaqdılar? O, bunu bir anlığa 

təsəvvür edib, gülümsədi. Yox-yox, Allaha şükür, o, öz işini dərindən bilirdi. Hər şeyin 

öz dili var, rəssamlıq barədə danışmalı dilə gəldikdə isə o, bunda mahir idi. Yaxşımı, 

pismi, ancaq indi yalnız Polterqayster onunla bəhsə girə bilərdi. Avanqard tənqidin eniş-

yoxuşlarında bəlkə də hamıdan görkəmli və zəhmli məhz o, Malusardi idi !  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə